Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-700/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə akı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Bölmədə barəsində aparılan icraat zamanı da bildirmişdir ki, X1 əmlakına ziyan vurmamışdır. Onlar arasında uzun müddətdir ki, aralarında hörülmüş divarla bağlı mübahisə vardır. Mübahisə yaradan da o yox, qarşı tərəfdir. X1 himayəsində 7 övladı vardır. Vaxtilə torpaqlarına girməklə hasar çəkəndə anası uşaqlarına görə xahiş etmişdi ki, mübahisə yaratmasın. Bu gün isə vətəndaş onun öz çəkdiyi hasardan istifadə etməklə 3 tərəfə daş hörüb özünə ev tikib. Mübahisə də onun üstündədir, haqlı olduğunu bildiyi üçün qabaqcadan bu tədbirlərə əl atır. Təhqiqatçı isə məsələni araşdıran zaman heç bir araşdırma aparmadan, ziyanın həcmini müəyyən etmədən 300 manat ziyanla bağlı qənaətə gəlmiş və barəsində inzibati xəta haqqında əsassız protokol tərtib etmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı X6 bildimrişdir ki, xx.xx.2024-cü il tarixdə 43-cü Polis Bölməsinə zərərçəkən X4 müraciət edərək, qonşusu Şəxs tərəfindən onun əmlakına zərər vurulduğunu bildirmişdir. Onlar hadisə yerinə getsələr də axşam saatları olduğundan hər hansı bir söküntü aşkarlamamışlar, yalnızca bəzi yerlərdə torpaq üstündə taxta parçaları görümüşlər. Zərərçəkənin izahatı əsasında isə vurulmuş zərəri və onu həcmini müəyyən edərək, cinayət işinin başlanmasını rədd edərək, Şəxs barəsində inzibati qaydada icraat aparılması və protokol tərtib edilməsi üçün material təhvil verilmişdir. Hadisə nəticəsində zərərçəkənə ümumilikdə 300 manat maddi ziyan dəyidiyindən Şəxs barəsində inzibati icraat başlanmış və protokol tərtib edilmişdir. Şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyindən sonuncudan şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, sonuncuya məxsus əmlakı qəsdən zədələmiş Şəxs barəsində İM-in 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır.
5. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X3 məxsus divarı sökərək maddi ziyan vurmuşdur. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
6. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
7. Belə ki, iş üzrə aparılmış inzibati xəta haqqında araşdırma üzrə əldə edilmiş sübutlar Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlamətlərinin olması üçün kifayət etmir. Belə ki, təhqiqatçının məhkəmədə verdiyi ifadədən də göründüyü kimi hadisə ilə bağlı hər hansı bir ziyan-zərər müəyyən edilməmiş (axşam qaranlıq olması səbəbi ilə vizual olaraq belə görülməmişdir), bununla bağlı hər hansı bir ekspertiza aparılmamış, yalnız ifadələr əsasında qarşı tərəfin verdiyi izahatlara isə münasibət bildirilmədən yekun nəticəyə gəlinmişdir. Məhkəmə qeyd etmək istəyir ki, həmin izahatı təkzib edəcək heç bir sübut isə əldə edilməmişdir.
8. Göründüyü kimi, Şəxs qeyd olunan inzibati xətanı törətməsi üzrə əsaslı şübhələr vardır və səlahiyyətli orqan tərəfindən iş üzrə lazımi araşdırma aparılmamışdır. Belə olan halda isə məhkəmədə Şəxs həmin inzibati xəta üzrə təqsiri müəyyən edilmir.
9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.
10. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
11. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
13. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
14. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
15. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
16. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
17. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
18. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
19. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
20. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova