Məhkəmə qərarları › İş №3(001)-705/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-705/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-705/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, xadimə işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 02 fevral 2025-ci ildə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Ozan dairəsi” adlanan yerin yaxınlığında Binəqədi RPİ-in PPXB-in polis nəfərləri X1 və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru X6 tərəfindən 02 fevral 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi RPİ-in PPXB-in polis nəfərləri X3 və X5 02 fevral 2025-ci ildə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Ozan dairəsi” adlanan yerin yaxınlığında küçədə 3 nəfər şəxsin yüksək səslə mübahisə etdiklərini, bir-birilərinə əl ilə zərbələr endirdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən biri Şəxs, digəri onun qızı, üçüncüsü isə bacısı oğlu Ümid olmuşdur. Şəxs küçədə qızının saçlarından tutub yolmuş, bacısı oğlu Ümid isə Şəxs yaxınlaşaraq sifətindən zərbə endirmişdir. Buna görə onlara yaxınlaşmış polis nəfərləri X3 və X5 həmin şəxsləri, o cümlədən Şəxs intizama dəvət etsələr də, o polisin tələblərinə məhəl qoymamış, “gedin işinizlə məşğul olun”, “polis kimdir” demiş, habelə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs əsassız yerə mübahisə etdiyinə və polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə əraziyə avtopatrul xidməti çağırılmışdır. Sonra Şəxs və digərlərinin 6-cı PB-yə aparılması təmin edilmişdir. Binəqədi RPİ-in PPXB-in polis nəfərləri X3 və X5 raport yazaraq həmin şəxslərin, o cümlədən Şəxs barəsində tədbir görülməsini xahiş etmişlər. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həkimdə müayinə olunmaq üçün fevral ayının əvvəlində qızı və bacısı oğlu ilə birlikdə Bakı şəhərinə gəlmişlər. 02 fevral 2025-ci ildə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Ozan dairəsi” adlanan yerin yaxınlığında olarkən qızı onu əsəbiləşdirdiyi üçün onun saçından tutub dartmışdır. Bundan sonra 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Polislərə bir ailənin üzvləri olduqlarını deyib məsələni öz aralarında həll edəcəklərini demişlər. Buna görə aralarında mübahisə yaranmışdır. Sonra əraziyə avtopatrul xidməti çağırılmışdır. Onları 6-cı PB-yə aparmışlar. Heç bir tabesizlik göstərməmişdir. Ona görə də özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, Binəqədi RPİ-in PPXB-in polis nəfəridir. İş yoldaşı X5 ilə birlikdə 02 fevral 2025-ci ildə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Ozan dairəsi” adlanan yerin yaxınlığında xidmət apararkən küçədə 3 nəfər şəxsin yüksək səslə mübahisə etdiklərini, bir-birilərinə əl ilə zərbələr endirdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən biri Şəxs, digəri onun qızı, üçüncüsü isə bacısı oğlu Ümid olmuşdur. Şəxs küçədə qızının saçlarından tutub yolmuş, bacısı oğlu Ümid isə Şəxs yaxınlaşaraq sifətindən yumruqla zərbə endirmişdir. Buna görə onlara yaxınlaşıb həmin şəxsləri, o cümlədən Şəxs intizama dəvət etsələr də, Kəmalə polisin tələblərinə məhəl qoymamış, “gedin işinizlə məşğul olun”, “polis kimdir” demiş, habelə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs əsassız yerə mübahisə etdiyinə və polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə əraziyə avtopatrul xidməti çağırılmışdır. Sonra Şəxs və digərlərinin 6-cı PB-yə aparılması təmin edilmişdir. Daha sonra raport yazaraq həmin şəxslərin, o cümlədən Şəxs barəsində tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in PPXB-in polis nəfəri X5 E.E.Gülməmmədovun izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in PPXB-in polis nəfərləri X3 və X5 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs 02 fevral 2025-ci ildə saat 17 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Ozan dairəsi” adlanan yerin yaxınlığında Binəqədi RPİ-in PPXB-in polis nəfərləri X1 və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru X6 tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı № ******* saylı xx.xx.2025-ci il tarixli protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 6-cı maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə bu xarakterli inzibati məsuliyyətə cəlb olunmasını və qadın olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə görə fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması inzibati qaydada tutma hesab olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar