Məhkəmə qərarları › İş №3(001)-711/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-711/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-711/2022 25.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, İİİ dərəcəli əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 25.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(001)-1880/2021 nömrəli icra sənədində əsasən 18.02.2008-ci il təvəllüdlü X4 və 28.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 fevral 2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment sabit pul məbləğində tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(001)-1880/2021 nömrəli icra sənədi üzrə Şəxs borcunu tam icra etmədiyindən hazırkı günə kimi 3250 (üç min iki yüz əlli) manat borcu yaranmışdır. Şəxs bu günədək aliment borcundan cəmi 650 (altı yüz əlli) manat ödəniş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(001)-1880/2021 nömrəli icra sənədində əsasən 18.02.2008-ci il təvəllüdlü X4 və 28.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 fevral 2021-ci il tarixdən başlayaraq, ondan hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment sabit pul məbləğində tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. O, yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmadığını bildirmiş, sadəcə sözügedən qətnamədən xəbəri olmadığından aliment borcunu ödəyə bilməmişdir. İcra məmuru tərəfindən həmin qətnamədən xəbərdar olduqdan sonra 650 (altı yüz əlli) manat borcundan ödəniş etmişdir. Bundan başqa icra məmuruna maddi imkanı yaxşı olmadığından borcunu tam ödəyə bilməyəcəyini, tikintidə fəhlə işləməklə 300 (üz yüz) manat əmək haqqı və 3-cü dərəcəli əlilliyə görə 120 (yüz iyirmi) manat pensiya aldığını və yaranmış aliment borcunu gəlirinə yönəldilməsini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(001)-1880/2021 nömrəli icra sənədində əsasən 18.02.2008-ci il təvəllüdlü X4 və 28.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 fevral 2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment sabit pul məbləğində tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(001)-1880/2021 nömrəli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə ona 3250 (üç min iki yüz əlli) manat borcu yaranmışdır. Şəxs ona yalnız bir dəfə 650 (altı yüz əlli) manat aliment borcu ödəmişdir. O, Şəxs pulunu tam tələb edir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(001)- 1880/2021 nömrəli icra sənədində əsasən 18.02.2008-ci il təvəllüdlü X4 və 28.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 fevral 2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment sabit pul məbləğində tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. 26.10.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Qəbzdən görünür ki, Şəxs tərəfindən X2 650 (altı yüz əlli) manat aliment borcu ödənilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin portal çıxarışından görünür ki, Şəxs fəhlə işləməklə 300 (üz yüz) manat əmək haqqı və əlilliyə görə 120 (yüz iyirmi) manat pensiya alır. 25.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(001)-1880/2021 nömrəli icra vərəqəsi üzrə Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, sadəcə sözügedən qətnamədən xəbərsiz olduğundan ödəmədiyini, xəbərdar olduqdan sonra isə müəyyən qədər ödəniş etdiyini bildirmişdir. Bu hal icra məmuru və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı məhkəməyə təqdim edilmiş qəbzdə öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, Şəxs barəsində toplanmış iş materiallarında icra məmuru tərəfindən borclunun gəlirinin olub-olmaması məsələsinin müəyyən edilməsi vacibliyini araşdırmalı olsa da, icra məmuru bununla bağlı zəruri məcburi icra tədbirlərini həyata keçirməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun maddi gəlirinə, manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. İcra məmuru isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri görmək əvəzinə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 25.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 25.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar