Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-712/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs nümayəndəsi X1, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 100813.30 ABŞ Dolları məbləğində vəsaiti 09 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13157.25 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs məhkəməyə etiraz təqdim edərək "Alfa Nuts” MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EP0190937 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olmasını qeyd etmişdir. Belə ki, Şəxs MMC tərəfindən “MCWAY FALLS TO FİLL FOOD” şirkətindən xx.xx.2022-ci il tarixli 0V0232 nömrəli hesab-faktura (invoys (surəti əlavə olunur)) əsasında 100.813,30 (yüz min səkkiz yüz on üç dollar, otuz sent) ABŞ dolları məbləğində müvafiq mallar alınmışdır. Sifariş olunmuş malların dəyəri isə xx.xx.2022-ci il tarixli OX1 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Həmin mallar ölkəyə idxal olunmuş və xx.xx.2022-ci il tarixli **********6137 nömrəli gömrük bəyannaməsi (surəti əlavə olunur (malların alqı-satqısı ilə bağlı digər sənədlərin surətləri də (1. qablaşdırma siyahısı (packing list); 2. malların mənşə sertifikatları; 3. fitosanitar sertifikatlar)) ilə bəyən olunmuşdur. Həmin gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixində təsdiq edilmiş və gömrük rəsmiləşdirilməsi bitmişdir (müvafiq təsdiqedici sənədlər əlavə olunur). Tərtib olunmuş xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan 13.157,25 ABŞ dolları məbləğində vəsait isə tamam başqa bir əməliyyat ilə bağlıdır. Belə ki, məlumat üçün bildirilməlidir ki, “Alfa Nuts" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyə Respublikasının “X5 ithalat ve İhracat LTD STİ” şirkəti arasında xx.xx.2022-ci il tarixli Pro forma hesab-fakturaya (Proforma İnvoice) əsasən 52.045,5 (əlli iki min qırx beş dollar, əlli sent) ABŞ dolları məbləğində malların alınması barədə razılıq əldə edilmişdir. Pro forma hesab-fakturaya (Proforma İnvoice) görə ödəniş metodu kimi əvvəlcədən ödəniş müəyyən edilmişdir (2-ci səhifə: “ödeme şekli: ön ödemeli peşin"). Həmin Pro forma hesab-fakturaya (Proforma İnvoice) uyğun olaraq, xx.xx.2022-ci il tarixində 52.045,5 (əlli iki min qırx beş dollar, əlli sent) ABŞ dolları "X5 ithalat ve İhracat LTD STİ" şirkətinin TR********************0103 nömrəli bank hesabına köçürülmüşdür. Tərəflər arasındakı yekun razılaşmaya uyğun 23 dekabr 2022-ci il tarixli ********************608/1-2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15-16-17-18-19-20-21-22-23-24- 25 nömrəli hesab-fakturaya (İnvoice) uyğun olaraq, "X5 İthalat ve İhracat LTD STİ" şirkətindən 38.888,25 (otuz səkkiz min səkkiz yüz səksən səkkiz dollar, iyirmi beş sent) ABŞ dolları deyərində mal alınmışdır. Şəxs MMC tərəfindən “X5 İthalat ve İhracat LTD STİ” şirkətindən xx.xx.2022-ci il tarixli ********************608/1-2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15-16- 17-18-19-20-21-22- 23-24-25 nömrəli hesab-faktura (invoice) əsasında alınmış mallar xx.xx.2023-cü il tarixli **********0624 nömrəli gömrük bəyannaməsi ilə bəyən olunmuşdur. 2024-cü il 9 dekabr tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş elektron poçtdan sonra “X5 İthalat ve İhracat LTD STİ” şirkətindən qalıq məbləğin geri qaytarılması tələb edilmişdir. 17 dekabr 2024-cü il tarixində (inzibati xəta haqqında protokolun tərtib olunduğu gündən 12 gün əvvəl) 13.073,4 (on üç min yetmiş üç dollar, qırx sent) ABŞ dolları dəyərində qalıq məbləği “X5 İthalat ve İhracat LTD STİ” şirkətinin TR********************0103 nömrəli bank hesabından Şəxs "xxxx" Açıq Səmdar Cəmiyyətindəki AZ34AİİB401600D**********221 nömrəli bank hesabına geri qaytarılmışdır. Vəsaitin geri qaytarılması ilə əlaqədar 17 dekabr 2024-cü il tarixli 000İCZV24352006B nömrəli ödəniş tapşırığı və digər sənədlər xx.xx.2025-ci il tarixli 080125/1 nömrəli məktubla Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektron poçt vasitəsilə təqdim edilmişdir. Göstərilənlərə əsasən, İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 28 12.2024-cü il tarixli, EP0190937 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və "Alfa Nuts” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X2 etirazın məzmununa uyğun çıxış edərək məhkəmədən Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatət verilməmişdir. Məhəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 100813.30 ABŞ Dolları məbləğində vəsaiti 09 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13157.25 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə 13157.25 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli, OX1 nömrəli ödəniş tapşırığından görünür ki, 100813.3 ABŞ dolları məbləğində vəsait Şəxs tərəfindən “MCWAY FALLS TO FİLL FOOD” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, OV 0232 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Şəxs MMC və “MCWAY FALLS TO FİLL FOOD” arasında müqavilə bağlanmışdır. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 16213 nömrəli məktubdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən "X5 İTHALAT VE İHRA CAT LTD STİ" şirkətinin xeyrinə xx.xx.2022-ci il tarixində 690 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aparılmış 52045,50 USD (ǝlli iki min qırx beş ABŞ Dolları 50 sent) avans ödənişi **********0624 saylı gömrük bəyannaməsi ilə 38888,25 USD (otuz səkkiz min səkkiz yüz səksən səkkiz ABŞ dolları 25 sent) və xx.xx.2024-cü il tarixində "ALFA NUTS MMC-nin hesabına daxil olan 13073.40 USD (on üç min yetmiş üç ABŞ Dollar 40 sent) vəsaitlə bağlanmışdır. Avans üzrə qalıq 83.85 USD səksən üç ABŞ dolları 85 sent) təşkil edir. xx.xx.2022-ci il tarixli, **********6137 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ümumilikdə invoys dəyəri 100812,7 ABŞ dolları təşkil edən mallar “MCWAY FALLS TO FİLL FOOD” şirkəti tərəfindən Şəxs MMC-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, OX1 nömrəli ödəniş tapşırığı əsasında “MCWAY FALLS TO FİLL FOOD” şirkətinin hesabına köçürülmüş 100813.3 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ölkəyə idxal olunmuş və həmin mallara dair xx.xx.2022-ci il tarixli, **********6137 sorğu nömrəli gömrük bəyannaməsi verilmişdir. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı baş verməmişdir. Belə ki, Şəxs tərəfindən 09 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 100813.30 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına göndərilmişdir. Bu isə onu göstərir ki, xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-712/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-712/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver