Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7128/2025 09.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1, “Bakı Baş Səhiyyə Mərkəzi” X19in nümayəndəsi Nümayəndə3, qərardan şikayət vermiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X9 şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev tərəfindən qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən Bakı Baş Səhiyyə Mərkəzi X13 10 nömrəli şəhər Poliklinikasının baş həkimi X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən cərimə məbləği adı çəkilən qurum tərəfindən 04 aprel 2025-ci il tarixində ******* saylı protokol əsasında tərtib edilmiş qərara görə qəbul olunmuşdur. Barəsində şikayət edilən qərar 08 sentyabr 2025-ci il tarixində rəsmi qaydada onlara təqdim olunduğu üçün həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tələblərinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Bildirir ki, qeyd edilən qərar AR Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən qəbul edilərkən AR Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 saylı Fərmanının 3-cü bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Belə ki, qeyd edilən fərmanın 3-cü bəndinin tələblərinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: • ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübikonstruktor işləri; • ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; • həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; • radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. X6 baş həkimi olduğu 10 saylı şəhər poliklinikası Bakı Baş Səhiyyə Mərkəzi X13 balansındadır. Yəni poliklinika müstəqil bir hüquqi şəxs deyildir. Poliklinikanın müstəqil balansı və inventarı olmadığı üçün hər hansı bir maddi sərvət və ya avadanlıq üzərində sərəncam vermək hüququ poliklinikaya aid deyil, onun bilavasitə balansında olduğu Bakı Baş Səhiyyə X16 Şəxsindədir. AR FHN-nin müvafiq qurumu tərəfindən qəbul edilmiş qərarda istinad edilən AR Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 saylı Fərmanının tələblərinə əsasən də ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istifadəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti rolunda çıxış edən AR Fövqəladə Hallar Nazirliyindən xüsusi icazənin alınması səlahiyyəti və vəzifəsi birbaşa Bakı Baş Səhiyyə X16 Şəxsinə aid bir məsələdir. Belə ki, poliklinikada radiasiya təhlükəsizliyi üçün istifadə olunan və ionlaşdırıcı şüa mənbəyi sayıılan rentgen aparatı da bilavasitə yuxarıda adı qeyd edilən qurumun inventarıdır və onun balansındadır. Yəni qeyd edilən qurum ionlaşdırıcı şüa mənbəyi sayılan rentgen aparatını özünün balansında olan istənilən poliklinikada quraşdırılmasına dair sərəncam vermək səlahiyyətinə sahib yeganə orqandır. Bundan başqa, 10 saylı şəhər poliklinikası tərəfindən 2023-cü il tarixində poliklinikada istifadə edilən rentgen aparatına dair-ionlaşdırıcı şüa mənbəyi olması səbəbindən AR Fövqəladə Hallar Nazirliyindən xüsusi icazənin alınması məqsədi ilə Bakı Baş Səhiyyə X16 Şəxsinə müraciət olunmuşdur. Belə olan halda FHN-nin yoxlaması zamanı cərimədən yayınmaq üçün poliklinika rəhbərliyinin tək yolu qalırdı: “Poliklinikada istifadə edilən rentgen aparatını poliklinikanın binasından kənara çıxartmaq və başqa yerdə saxlamaq.” Bu isə qeyd edilən birbaşa balansında və tabeçiliyində olduğu Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin göstərişlərini heçə saymaq kimi tövsif edilə bilərdi. Yəni rentgen aparatı ilə bağlı dəfələrcə yuxarı orqana xüsusi icazə alınması ilə bağlı müraciət edilir, heç bir tədbir görülmür, AR FHN Nüvə və X4 üzrə Dövlət Agentliyi protokol yazmaqla və qərar tərtib etməklə poliklinikanın baş həkimini cərimələyir. Məlumat üçün bildirilməlidir ki, 21 aprel 2025-ci il tarixində yenə AR Fövqəladə Halar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı qərara əsasən yenə 10 saylı poliklikasının baş həkiminin müavini X10 vəzifəli şəxs qismində 2.500 (iki min beş yüz) manat məbləğində cərimələnmişdi. X10 tərəfindən Binəqədi Rayon Məhkəməsinə qeyd edilən qərarın ləğv edilməsi üçün şikayət olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3 (001)-3214/2025 saylı 22 may 2025-ci il tarixli qərarı ilə X10 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3 (103)-1869/2025 saylı 21 iyul 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyi rəisi Murad Paşayev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 3(001)- 3214/2025 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hər iki qərarda da məhkəmə qərarı qəbul etmiş orqan tərəfindən lazımi araşdırma aparılmadığını, məhz bu araşdırmanın aparılması məqsədi ilə işin yenidən baxılmaq üçün inzibati orqana qaytarıdığı qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyi tərəfindən heç bir araşdırma aparılmadan sadəcə cərimələnən şəxsin ad və soyadını dəyişdirilməklə bu səfər baş həkim-X9 inzibati qaydada cərimələnmişdir. X9 işdə olan materiallardan da göründüyü kimi Bakı Baş Səhiyyə Mərkəzi X13 10 saylı şəhər Poliklinikasında baş həkim vəzifəsində işləyir və ona aylıq 2.300 (iki min üç yüz səkkiz) manat əmək haqqı ödənilməkdədir. Hesab edirik ki, AR FHN Nüvə və X4 üzrə Dövlət Agentliyi tərəfindən X6 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tələbləri əsasında qərar qəbul edilərkən qeyd edilən Məcəllənin tələbləri pozulmuşdur. Belə ki, X7 vəzifəli şəxs kimi yanaşan AR Fövqəladə Hallar Nazirliyinin qeyd edilən qurumu AR İnzibati Xətalar Məcəlləsinin vəzifəli şəxs barəsində qeyd etdiklərini düzgün tövsif etməmiş və yekunda düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 17- ci maddəsinin tələblərinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin "QEYD" hissəsində vəzifəli şəxs anlayışının nədən ibarət olduğu qeyd edilmişdir. Belə ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə idarə və müəssisələrində, o cümlədən X19lərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Yuxarıda qeyd edilənlərdən və AR İnzibati Xətalar Məcəlləsinin vəzifəli şəxsə dair müvafiq qeydinə nəzər salındığında da görülməkdədir ki, X9 qeyd edilən qərar üzrə vəzifəli şəxs kimi tövsif edilərək barəsində inzibati qərar qəbul edilə bilməzdi. Çünki, adı qeyd edilən şəxsin özü Bakı Baş Səhiyyə X16 Şəxsi ilə əmək müqaviləsi bağlamaqla muzdlu işçi qismində əmək faəliyyətinə cəlb olunmuşdur. Belə olan halda ortaya haqlı olaraq bir sual çıxmaqdadır: AR FHN Nüvə və X4 üzrə Dövlət Agentliyi tərəfindən X6 barəsində tərtib edilmiş qərara əsasən hesablanmış olan cərimə məbləği baş həkim olaraq aldığı 2.300 (iki min üç yüz) manatdan mı tutulacaqdır? Axı qeyd edilən şəxs əmək haqqından başqa hər hansı bir gəlirə malik deyildir və aldığı əmək haqqı onun vəxifəli şəxs olmasından irəli gəlmir, əksinə qeyd edilən poliklinika üzrə əhaliyyə tibbi xidmət göstərilməsindən irəli gəlir. Bundan başqa ortaya haqlı olaraq bir sual çıxır: X5 hərəkətində hər hansı bir inzibati xəta varsa və adı qeyd edilən şəxs inzibati məsuliyyətə cəlb edilmə haqqında qərar əsasında cərimələnirsə, ancaq buna baxmayaraq Bakı Baş Səhiyyə X16 Şəxsi özünün inventarında və balansında olan rentgen aparatını poliklinikadan götürmürsə, o zaman AR FHN Nüvə və X4 üzrə Dövlət Agentliyi növbəti dəfə yenə də X8 cərimələyəcək və bu hal həmin rentgen aparatı poliklinikada qaldığı müddət ərzində sonsuza qədər mi davam edəcək? Bakı Baş Səhiyyə Mərkəzi X13 10 saylı şəhər poliklinikasının baş həkimi X6 hərəkətində hər hansı bir inzibati xətanın tərkibinin yaranmadığı səbəbindən iş üzrə icraata xitam verilməsi və inzibati orqan tərəfindən qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.” xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X9 bildirmişdir ki, 2022-ci il iyul ayının 1-dən “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər Poliklinikasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin yanvar ayında isə onlara “Bakı Baş Səhiyyə Mərkəzi” X19i tərəfindən yeni rəqəmsal rentgen aparatı verilərək quraşdırılmışdır. O, isə işin icraçısıdır, əmək müqaviləsi ilə 2022-ci ilin iyul ayının 1-dən orada işləyir. 2023-cü ilin yanvar ayının 18-də icazələrin alınması ilə bağlı məktubla Bakı Baş Səhiyyə İdarəsinə müraciət etmişdir. Birinci dəfə inzibati tənbeh vermə haqqında qərar isə 2025-ci ilin aprel ayında qəbul edilmişdir. Həmin rentgen aparatı quraşdırıldıqdan təxminən 10 gün sonra isə o müraciət etmişdir. 2025-ci ilin aprel ayında planlı yoxlama ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin əməkdaşları yaxınlaşmış, həmin zaman o kursda olduğundan, həmin müddətdə vəzifələri müavin işləyən Aygün Əliyeva tərəfindən icra edilmişdir. Planlı yoxlama nəticəsində müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Çatışmazlıq əsasən xüsusi icazənin alınmaması ilə bağlı olmuş, bununla əlaqədar olaraq kursdan qayıtdıqdan sonra bir daha “Bakı Baş Səhiyyə Mərkəzi” X19inə müraciət edərək çatışmazlığının aradan qaldırılmalı olduğunu, onlara 30 gün vaxt verilməsini bildirmişdir. Buna baxmayaraq barələrində inzibati tənbeh tətbiq edilmiş, X12 Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə cərimə olunmuşdur. Həmin inzibati təbeh vermə haqqında qərardan verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qismən təmin eedilərək, inzibati tənbeh vermə haqqında qərar ləğv edərək yenidən araşdırılması üçün səlahiyyətli orqana geri göndərilmiş, məhkəmənin həmin qərarından verilmiş şikayət isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlamışdır. İkinci dəfə plandan kənar yoxlama 2025-ci ildə keçirilmiş, həmin vaxt isə o məzuniyyətdə olmuş, yoxlamanın müddəti uzadılmış, məzuniyyətdən qayıdandan sonra tam araşıdırılma aparılmamış, təkrarən həmin maddə ilə bir daha inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin çıxışından sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəinin qeyd etdiyi müəssisə X19dir, özünün ayrıca balansı var, və eyni zamanda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) mövcuddur. 10 saylı Poliklinikanın isə müstəqil balansı mövcud deyil, ayrıca əmlakı, balansı və hesabı yoxdur və eyni zamanda sahibkar deyildir. Onlar “Bakı Baş Səhiyyə Mərkəzi” X19in VÖEN-i ilə fəaliyyət göstərirlər, icbari tibbi sığortanın ödənişlərini də ora ödəyirlər. O, sadəcə xidmət yerinə yetirir. Xüsusi icazənin alınması üçün isə vəsait tələb olunur. Bu proseslərin həyata keçirilməsi üçün həm səlahiyyəti, həm də vəsaiti olmadığı üçün baş idarəyə müraciət etmişdir. Birbaşa özü FHNə müraciət edə bilməz. O, həmin PHŞ-nin bir filialında fəaliyyət göstərir, özbaşına iş görə bilməz. Bununla bağlı isə 3 dəfə qeyd edilən nöqsanların aradan qaldırılması üçün məktub yazmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyi tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər Poliklinikasında plandan kənar yoxlama keçirilmişdir. Yoxlama ilə 6 nöqsan aşkar edilmiş, şikayət vermiş şəxsin qeyd etdiyi kimi birinci yoxlama aprel ayında keçirilmiş və protokol baş həkimin müavini Aygün Əliyeva barəsində tərtib edilmişdir. Həmin protokol əsasında Aygün Əliyevanın inzibati məsuliyyətə cəlb edilməsi barədə qəbul edilmiş qərardan verilmiş şikayətə Binəqədi Rayon Məhkəməsində baxılmış, qeyd edilən qərar ləğv edilərək iş yenidən araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılmışdır. Həmin qərardan tərəflərindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi subyektin düzgün müəyyən edilməməsi əsası ilə Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Qərarda yazılmasa da, nəticə olaraq o qənaətə gəlmişlər ki, protokol baş həkimin barəsində tərtib edilməlidir. İkinci dəfə plandan kənar yoxlama keçirilmiş, həmin vaxtı Rüstəm Rzayev məzuniyyətdə olmuş, ona görə də sahibkarlıq sahəsində yoxlama keçirilməsi haqqında qanunun 20.4-cü maddəsini, yəni müddətin uzadılmasını əsas götürərək yoxlama keçirilmişdir. Yoxlama nəticəsində 6 nöqsan aşkar edilmişdir. Belə ki, radioloji şəraitin istehsalat nəzarəti daimi olaraq aparılmır. Radiasiya təhlükəsizliyinə cavabdeh şəxs və Radiasiya təhlükəsizliyi xidmətlərinin heyət üzvləri xüsusi hazırlığa malik deyillər. Müəssisənin Radioloji-Gigiyenik pasportu yoxdur. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 134 nömrəli qərarının pozulmasıdır. Daha sonra İon şüa mənbələri ilə xüsusi icazə, yəni fəaliyyət üçün xüsusi icazə olmalıdır. Qeyd olunanlar ümumi olaraq Radiasiya təhlükəsizliyinin təmin edilməməsidir. Müəssisə lisenziya olmadan fəaliyyət göstərir. Şikayətçi qeyd edir ki, bu barədə “Bakı Baş Səhiyyə Mərkəzi” X19inə yazmışdır. Lakin, “Bakı Baş Səhiyyə Mərkəzi” X19in 70 və ya 90-a yaxın belə poliklinikaları var, əgər rentgen avadanlığının xüsusi icazəsi yoxdursa, təhlükəsizlik, yanğın təhlükəsizliyi, radiasiya təhlükəsizliyini baş həkim yəqin ki, özü orada icra etməlidir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rüstəm Rzayev “Bakı Baş Səhiyyə Mərkəzi” X19inə və ya FHN-ə rentgen avadanlığının məhdudlaşdırılması, radiasiya təhlükəsizliyinin təmin edilməməsi, təhlükə olması barədə müraciət etməli idi. Onların agentliyinə baş həkimlərin oxşar müraciətləri var. Rüstəm Rzayevin təqsiri ondadır ki, sonuncu 2022-ci ildən işə başlamış, Radiasiya təhlükəsizliyi bağlı heç bir müraciəti olmamışdır. “Bakı Baş Səhiyyə Mərkəzi” X13 90 belə müəsissəsi var, onlardan da bəzilərinin icazəsi var, bəzilərinin isə yoxdur. Həmin poliklinikalar da xüsusi icazəni almışlar, lakin konkret müraciətlərin kimlər tərəfindən olunmasını xatırlamır. Növbəti məhkəmə iclasında müraciətlərlə bağlı bəzi sənədləri təqdim edə bilər. Maliyyə vəsaitləri olduğu üçün baş həkim onlara müraciət etməmişdir, növbəti məhkəmə iclasında onunla bağlı bəzi sənədləri təqdim edə bilər. Hazırki iş üzrə poliklinikanın 6 pozuntusu var. Həmin pozuntularda olan tələblərin çoxu maliyyə vəsaiti tələb etdiyindən müəssisələrin əksəriyyəti öz hesabına edir. Nümunə olaraq “Nerocərahiyyə”-ni qeyd etmək mümkündür. Rüstəm Rzayevin təqsirli olması qənaətinə ona görə gəlmişlər ki, sonuncu xüsusi icazəni alan müəssisənin rəhbəridir, yəni baş həkimdir. Xüsusi icazənin alınması üçün dövlət rüsumu yoxdur, lakin müraciətlər olunmalı və təhlükəsizlik təmin olunmalıdır. Bu dedikləri isə müqavilə bağlanılmaqla maliyyə hesabına həyata keçirən prosedurlardır. Onlar iddia etmirlər ki, baş həkim bunları öz şəxsi vəsaiti hesabına etməlidir. Lakin ən azından həmin rentgen avadanlığının istifadəsinin məhdudlaşdırılması ilə bağlı müraciət etməlidilər. Hazırda onlar tərəfindən rentgen avadanlığının istifadəsini qadağan etməmələrinin səbəbi qazilər tərəfindən şikayət olunması ehtimalıdır. Aparatıların istifadəsini onlar məhdudlaşdırmalıdır. Yoxlama zamanı isə rentgen avadanlığının istismarının qanunsuz olması, xüsusi icazəsi olmadan istifadə edilməsi müəyyən edilmişdir. Lakin məhdudlaşdırmamışlar, çünki qanunsuz olduğu təqdirdə ilk olaraq sanksiya tətbiq olunur. Azərbaycan Respublikasında bu il 400-ə yaxın yoxlama keçirmişlər, demək olar 300 yoxlama zamanı radiasiya təhlükəsizliyi təmin olunmur deyə cərimə tətbiq olunmuşdur. Həmin avadanlıqların istifadəsini məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyətləri var, lakin 10 saylı Poliklinika dövlət qürumu olduğu üçün məhdudlaşdırma tətbiq etməmişlər, müayinəyə gələn şəxslərin şikayətlərinin olunacağını nəzərə alaraq cərimə tətbiq etmişlər. 09 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasında ümumi 105 poliklinika olmalıdır, onlardan 70-i rentgen avadanlıqları istismar edir. Xüsusi icazə rentgen avadanlıqlarının quraşdırılması, istismarı üçün verilir. Bununla bağlı dövlət rüsumu olmasa da, bəzi icazəli şirkətlər vardır ki, özləri müəyyən qiymətlər müəyyən etmişlər. Həmin şirkətlər radiasiya təhlükəsizliyi təlimi keçilməsi, layihələndirilmə aparılması və sair sahələr üzrə xidmət göstərirlər. Həmin şirkətlərin nə qədər pul müqabilində iş görmələri barədə qurum olaraq onların məlumatı yoxdur. Rentgen avadanlığı xüsusi icazəsiz fəaliyyət göstərdiyi halda baş həkim tərəfindən müraciət olunmalı və avadanlığın məhdudlaşdırılmalı olduğunu bildirməlidir. Rentgen avadanlığının xüsusi icazəsiz fəaliyyət göstərdiyini aşkar etdikləri üçün baş həkimi inzibati məsuliyyətə cəlb etmişlər. Çünki sahibkarlıq sahəsində aparılan yoxlamada qeyd olunur ki, insan sağlamlığı və həyatına təhlükə olduqda məsuliyyətə cəlb edilməlidir. Yoxlama Ədliyyə Nazirliyinin çıxarışında göstərilən suallar əsasında həyata keçirilir.. Hesab edirlər ki, xüsusi icazəni poliklinika özü almalıdır. Fəaliyyətin qadağan edilməsi yalnız metrologiyadan istismara yararsızlıq barədə sənəd təqdim edildikdə olur. Baş həkimin “Bakı Baş Səhiyyə Mərkəzi” X19inə olan müraciətləri nəzərədən keçirmişlər, lakin həmin məsələ poliklinika ilə “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ arasındadır. Baş həkimin əməlində inzibati xəta tərkibi ona görə yaranır ki, avadanlıq xüsusi icazə olmadan istismar olunur. “Bakı Baş Səhiyyə Mərkəzi” X19i hüquqi şəxs qismində 12000 manat cərimə olunur və xüsusi icazəyə yenə də heç bir müraciət olunmur. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub göndərilib ki, “Bakı Baş Səhiyyə Mərkəzi” X19in nəzdində olan bütün xəstəxanalar xüsusi icazə olmadan fəaliyyət göstərirlər. Xüsusi icazə tək “Bakı Baş Səhiyyə Mərkəzi” X19inə verilmir, hər poliklinikanın öz avadanlıqları, öz təhlükəsizliyi və təlimatları vardır. Hər müəssisəyə ayrı-ayrı xüsusi icazələr verilməlidir. 10 saylı poliklinikanın əsasnaməsində bu məsələ ilə bağlı heç nə qeyd edilməmişdir, lakin təhlükəsizliyin təmin olunması baş həkimin işidir. 09 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında “Bakı Baş Səhiyyə Mərkəzi” X19in nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, poliklinika müstəqil hüquqi şəxs olmadığından 10 nömrəli şəhər poliklinikasının “Bakı Baş Səhiyyə Mərkəzi” X19inə qeyd edilən nöqsanlar və həmin nöüsanların aradan qaldırılması barədə müraciətləri var. “Bakı Baş Səhiyyə Mərkəzi” X19indən də artıq həmin o daxil olmuş məktublardan sonra bütün hərəkətlər olunur ki, çatışmayan sənədlər alınsın. Xüsusi icazə alınması üçün poliklinikaların özlərinin müraciət etmək səlahiyyəti yoxdur, poliklinikalar “Bakı Baş Səhiyyə Mərkəzi” X19inə müraciət edir, onlar da həmin müraciət əsasında müvafiq qurumlara müraciət edirlər. “Bakı Baş Səhiyyə Mərkəzi” X13 nəzdində hazırda 99 qurum vardır. Baş həkim Rüstəm Rzayev qeyd edilən xüsusi icazəni almaq səlahiyyətinə malik deyil. Əslində “Bakı Baş Səhiyyə Mərkəzi” X19i də bu işlə bağlı məsul deyil, onlar üst qurumları Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” hüquqi şəxsinə müraciət edirlər, daha sonra isə İcbari Tibbi sığorta Agentliyinə müraciət olunur və maliyyənin ayrılması ilə bu proseslər həyata keçirilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyi tərəfindən yazılmış nöqsanlar da baş həkimin öz vəsaiti hesabına deyil, dövlət hesabına aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 36 saylı Şəhər Poliklinikasının xüsusi icazəsi ilə bağlı qeyd etməlidir ki, həmin poliklinikada özü müstəqil müraciət edə bilməz. Onlar da “Bakı Baş Səhiyyə Mərkəzi” X19in vasitəsi ilə müraciət etmişdilər. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X9 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X9 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri 10 saylı şəhər Poliklinikasının radiasiya təhlükəsinin müayinəsi zamanı AR Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli fərmanının 3-cü bəndinin pozulması aşkar edildiyindən vəzifəli şəxs X9 Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, işə götürən “Bakı Baş Səhiyyə Mərkəzi” X19i və X8 barəsində bağlanmış müqaviləyə əsasən X9 10 nömrəli Şəhər Poliklinikasına baş həkim vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 10 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinə edilmiş müraciətdən görünür ki, JBA GROUP şirkəti tərəfindən “DİGİTAL X-Ray İMAGİNG SYSTEM” rentgen aparatı xx.xx.2023-cü il tarixində poliklinikada quraşdırılmış və istifadəyə verilmişdir. Bu səbəbdən, digər sənədlərdə yanaşı Azərbaycan Respublikası FHN-nin Nüvə və X3 üzrə Dövlət Agentliyinin “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınması üçün köməklik göstərilməsi Bakı Baş Səhiyyə Mərkəzindən xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 direktoru Elçin Əmirova məktub ünvanlayaraq rentgen kabinetinin yoxlanılması zamanı aşkarlanan çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş etmiş, həmin məktubdlarda aşkarlanmış nöqsanlar ayrı-ayrılıqda sadalanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3214/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1869/2025 saylı qərarından görünür ki, həmin qərardan verilmiş ikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3214/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və şikayətə əlavə olunmuş sənədləri qarşılıqlı şəkildə araşdırararaq verilmiş şikayətin qismən təmin edilməsi, X9 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana geri qaytarılması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 758 nömrəli, 19 avqust 1998-ci il tarixli Fərmanının 3-cü bəndində göstərilmişdir ki: Müəyyən edilsin ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: “ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübikonstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi” qaydalarının 1.2-ci maddəsinə əsasən bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi Tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Göründüyü kimi ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilir. Hazırki iş üzrə isə Bakı Baş Səhiyyə Mərkəzi X13 10 nömrəli şəhər Poliklinikasında istifadə edilən “DİGİTAL X-Ray İMAGİNG SYSTEM” rentgen aparatı üçün “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na aid edilən xüsusi icazə alınmadığı üçün həmin poliklinikanın baş həkimi X9 inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, 10 saylı şəhər poliklinikası hüquqi şəxs deyil yaxud X2 fəaliyyəti ilə məşğul olan şəxs deyildir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən qaydaların 2-ci bəndində xüsusi icazə almaq üçün ərizəçinin Fövqəladə Hallar Nazirliyinə təqdim etdiyi ərizədə hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü; fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən məlumatlar (seriya, nömrə, nə vaxt və kim Tərəfindən verilmişdir, ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü göstərilməsi qeyd edilmişdir. Odur ki, Bakı Baş Səhiyyə Mərkəzi X13 10 nömrəli şəhər Poliklinikasının baş həkimi ümumiyyətlə həmin xüsusi icazənin alınması ilə bağlı müraciət etmək səlahiyyətində deyildir. Məhkəmə iclasında bu faktı “Bakı Baş Səhiyyə Mərkəzi” X13 nümayəndəsi də təsdiq etmiş, o digər poliklinikalara münasibətdə xüsusi icazələrin hüquqi şəxs tərəfindən alındığını bildirmişdir. Qeyd edilməlidir ki, 10 nömrəli Şəhər Poliklinikası “Bakı Baş Səhiyyə Mərkəzi” X13 tabeliyində olan müəssisədir. Poliklinikada xx.xx.2023-cü il tarixdə quraşdırılmış “DİGİTAL X-Ray İMAGİNG SYSTEM” rentgen aparatı ilə bağlı “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınması üçün 10 nömrəli Şəhər Poliklinikasının baş həkimi X9 tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinə dəfələrlə müraciətlər ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən “Bakı Baş Səhiyyə Mərkəzi” X13 nümayəndəsi də bildirmişdir ki, çatışmayan sənədlərin alınması üçün bütün hərəkətlərin icra edilməkdədir. Göründüyü kimi, X9 10 nömrəli Şəhər Poliklinikasında baş həkim vəzifəsini icra etməsinə baxmayaraq onun “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınması üçün müraciət etmək səlahiyyəti olmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən inzibati xəta hadisəsinin olması müəyyən edilsə də, inzibati xətanın subyekti düzgün müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərarla “Bakı Baş Səhiyyə Mərkəzi” X13 10 nömrəli şəhər Poliklinikasının baş həkimi X9 İXM-in 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimələnmişdir. Lakin inzibati qərarda nə inzibati xəta hadisəsinin obyektiv tərəfi, nə də xətanın törədilməsində şəxsin subyektiv təqsiri tam və dolğun şəkildə əsaslandırılmamışdır. Qərar sadəcə “xüsusi icazənin olmaması” faktına istinad etməklə qəbul edilmiş, icazənin alınmasının kim tərəfindən təmin edilməli olması məsələsi araşdırılmamışdır. Bu, İXM-in 75 və 76-cı maddələrinin tələblərinə ziddir, çünki inzibati məsuliyyət yalnız təqsir müəyyən edildikdə tətbiq oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 ilə “Bakı Baş Səhiyyə Mərkəzi” X19 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə bağlanmış və Rüstəm Rzayev 10 nömrəli şəhər Poliklinikasına baş həkim vəzifəsinə təyin olunmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, 10 nörməli şəhər Poliklinikasının müstəqil hüquqi şəxs statusu, ayrıca balansı, VÖEN-i və qeyd edilənləri müstəqil həyata keçirmək səlahiyyəti yoxdur. Buna görə də o, xüsusi icazə almaq və ya bu icazə üçün müraciət etmək səlahiyyətinə malik subyekt hesab edilə bilməz. Bu fakt Bakı Baş Səhiyyə X16 Şəxsin nümayəndəsinin ifadəsi ilə də təsdiqlənmişdir. Qurumun balansında olan rentgen aparatına görə icazənin alınması məsuliyyəti həmin hüquqi şəxsə aiddir. Bu səbəbdən də X9 inzibati xətanın subyekti hesab edilə bilməz. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2023, xx.xx.2025 və xx.xx.2025ci il tarixli məktublar X6 “Bakı Baş Səhiyyə Mərkəzi”nə xüsusi icazə alınması və aşkarlanan nöqsanların aradan qaldırılması üçün dəfələrlə müraciət etdiyini sübut edir. Bu məktublar göstərir ki, baş həkim öz səlahiyyəti çərçivəsində qanunvericiliyin tələblərini yerinə yetirmək istiqamətində zəruri addımlar atmış, lakin xüsusi icazənin alınması üçün zəruri tədbirlərin görülməsi onun səlahiyyətləri və imkanları xaricində olduğundan xüsusi icazənin alınması prosesi başa çatdırılmamışdır. Eyni zamanda Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 3214/2025 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)- 1869/2025 nömrəli qərarlarından görünür ki, eyni poliklinika üzrə baş həkimin müavini Aygün Əliyevanın barəsində tərtib edilmiş inzibati tənbeh vermə barədə qərar eyni hüquqi əsaslarla ləğv edilmiş və iş yenidən araşdırılmaq üçün səlahiyyətli orqana geri qaytarılmışdır. Bu fakt inzibati orqanın eyni məsələ üzrə lazımi araşdırma aparmadan, sadəcə cərimələnən şəxsi dəyişməklə yeni qərar çıxardığını göstərir. İXM-in 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər yalnız öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında inzibati məsuliyyət daşıyırlar. Lakin hazırkı iş üzrə müəyyən olunmuşdur ki, X9 xüsusi icazənin alınması üçün tabe olduğu yuxarı orqana yazılı müraciətlər etmiş, rentgen aparatının təhlükəsizliyi üçün tədbirlər görülməsi barədə təşəbbüs göstərmiş, lakin səlahiyyət və maliyyə imkanları olmadığından prosesi özü həyata keçirə bilməmişdir. Bu hallar onun hərəkətində inzibati xəta tərkibinin (actus reus və mens rea) yaranmadığını göstərir. Yəni inzibati xəta hadisəsi mövcud olsa da, təqsir onun deyil, həmin işləri yerinə yetirməli hüquqi şəxs statusuna malik “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Huquqi şəxsindir. Belə ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanunun 10-cu maddəsinə və Prezidentin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanına, həmçinin Nazirlər Kabinetinin 12 aprel 2004-cü il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, xüsusi icazə yalnız hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilir.Poliklinika hüquqi şəxs olmadığından, bu icazəni almaq onun, yəni baş həkimin səlahiyyətinə daxil deyildir. İnzibati orqan bu hüquqi meyarı nəzərə almadan, vəzifəli şəxs anlayışını səhv tətbiq etmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan, yuxarıda qeyd edilən xüsuatlar araşdırılmadan, X6 vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməli olub-olmaması, qeyd edilən nöqsanların aradan qaldırılmasının onun səlahiyyətinə aid olub-olmaması, həmin inzibati xətanın törədilməsində onun təqsirinin olub-olmaması, həmin nöqsanların aradan qaldırılmasının kimin səlahiyyətinə aid olması aydınlaşdırılmadan, sadəcə xüsusi icazənin alınmaması əsası ilə 10 saylı Şəhər Plolkilinikasının baş həkimi X9 barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X9 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 əməlində inzibati xəta olubolmaması, sözügedən inzibati xətanın törədilməsində onun təqsirinin olub-olmaması, həmin xüsusi icazənin alınmasının kimin səlahiyyətinə aid olması, həmin şəxsin (hüquqi və ya vəzifəli şəxsin) qeyd edilən inzibati xətanın tərədilməsində təqsirinin olub-olmaması məsələsi yenidən araşdırılaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X9 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üçün Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-7128/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7128/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver