Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7139/2025 18.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində narkotik vasitə heroin istifadə etmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Xocəsən dairəsi yaxınlığında ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunan protokollar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, əməliyyat müvəkili 40-cı PB-nin inzibati ərazisində xidmətdə olarkən Xocəsən dairəsi yaxınlığında Çinarlı Otelin yanında vətəndaş məlumatı əsasında şübhəli bilinən, küçədə nalayiq söyüş söyən şəxsə yaxınlaşmışdır. Həmin şəxs 40-cı PByə dəvət edilərkən polisə tabesizlik göstərmiş və söyüş söyərək təhqir etmişdir. Bütün bunlar baş verərkən həmin şəxsin narkotik vasitənin təsir altında olması ilə bağlı əsaslı şübhələr olduğundan ilk növbəyə bölməyə gətirilmiş, daha sonra narkoloji mərkəzə aparılmış, həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində OPİ (+) və AMP (+) aşkar edilmiş, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Özü də bu faktı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitə aludəçisi olduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru həmçinin ona verilən suala cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2025-ci ildə saat 22:00-da tutulmuş, xx.xx.2025-ci ildə saat 17:00-da azad edilmiş, onların müşayiəti ilə saat 17:45-də məhkəmə iclasına gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilsə də, 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, həqiqətən də narkotik vasitədən istifadə etmişdir, bu əməlinə görə peşmandır. Söz verir ki, bu hərəkəti bir daha təkrarlanmayacaqdır. Lakin, o, polis əməkdaşlarını təhqir etməmiş və onlara tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli Binəqədi RPİ-nin 40-cı PB-nin polis baş leytenantı tərəfindən tərtib edilmiş raportdan görünür ki, 40-cı PB-nin inzibati ərazisində xidmətdə olarkən Xocəsən dairəsi yaxınlığında Çinarlı Otelin yanında vətəndaş məlumatı əsasında şübhəli bilinən, küçədə nalayiq söyüş söyən şəxsə yaxınlaşmışlar. Həmin şəxs 40-cı PB-yə dəvət edilərkən polisə tabesizlik göstərmiş və söyüş söyərək təhqir etmişdir. Bütün bunlar baş verərkən həmin şəxsin narkotik vasitənin təsir altında olması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Həmin şəxsi 40-cı PB-yə gətirəndə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Ambulator X2 dair xx.xx.2025-ci il tarixli, 5830 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində OPİ (+) və AMP (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir. Şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsində verdiyi izahatında əməlini qismən etiraf edərək, narkotik vasitədən istifadə etdiyini, lakin polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətmədiyini bildirmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün etirafı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə törətdiyi hüquqazidd əməllərini etiraf etməməsinə baxmayaraq məhkəmə qeyd edir ki, onun həmin hüquqazidd əməlləri iş materiallarında olan raportla, inzibati xəta haqqında protokolla və Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X5 izahatı ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə qənaətini belə əsaslandırır ki, Şəxs törətdiyi inzibati xətaların sayını və xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Bundan əlavə, müayinə zamanı onda narkomaniya xəstəliyinin aşkar olunması narkotik vasitələrin aludəçisi olduğunu təsdiq edir. Bu mənada da məhkəmə hesab edir ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə, Ambulator X1 rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təyin edilən inzibati həbs müddətinin əvvəli ilə bağlı qeyd edir ki, işdə olan inzibati qaydada tutma haqqında protokolda o, xx.xx.2025-ci ildə saat 22:00-da tutulmuş, xx.xx.2025-ci ildə saat 17:00-da azad edilmiş, həmin gün saat 17:45-də isə məhkəmə iclasına gətirilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən Şəxs xx.xx.2025-ci il saat 17:45də məhkəməyə gətirilənədək 40-cı PB-də, yəni polis əməkdaşlarının fasiləsiz nəzarəti altında olmaqla, onların müşayiəti ilə məhkəmə iclasına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ona təyin edilən inzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 16 sentyabr 2025-ci il tarixdən saat 22:00-dan hesablansın. İnzibati qaydada həbs edilmiş Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7139/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7139/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver