Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7143/2025 19.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonu, Yalman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Yalman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinin məlumatı əsasında Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-yə gətirilmiş, PB-də ünvansız nalayiq söyüşlər söymüş, iş rejimini 15 dəqiqə pozmuş, polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunan protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X2 DİN-in 102 xidmətinə zəng vuraraq Biləcəri qəsəbəsi, Abidə dairəsi yaxınlığında Şəxs adlı şəxs tərəfindən döyülməsi və göstərilən ünvana polisin yaxınlaşmasını istəmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu hadisə yerinə çıxmışdır. Polis əməkdaşları ünvanda olduqları zaman bir nəfər şəxsin ucadan qışqıraraq danışması, Şahnaz Rüstəmovanı təhqir etməsi, hədə-qorxu gəlməsi müşahidə edilmiş və dərhal ona yaxınlaşaraq hərəkətlərinə son qoymasını, ictimai asayişi pozmamasını, aqressiv hərəkətlərini dayandırmasını tələb edilmişdir. Lakin həmin şəxs polislərin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Əməliyyat qrupu həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Şəxs polis bölməsində olduğu zaman içkili olduğundan özünü çox aqressiv aparır, əməkdaşların ünvanına kobud ifadələr işlədir, iş rejimini pozmuşdur. Dəfələrlə onu sakitləşməyə və nizam-intizama dəvət etsələr də, o, bu hərəkətlərini davam etdirmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, iddia edilən hərəkətləri alkoqollu içkinin təsiri altında etmişdir. Hazırda əməlindən çox peşmandır, bir daha təkrarlanmayacağına söz verir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin polis mayorları İlkin Nəbizadə, Kamal Hüseynov və polis baş leytenantı Səbuhi Rüstəmov tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, vətəndaş X2 DİN-in 102 xidmətinə zəng vuraraq Biləcəri qəsəbəsi, Abidə dairəsi yaxınlığında Şəxs adlı şəxs tərəfindən döyülməsi və göstərilən ünvana polisin yaxınlaşmasını istəmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu hadisə yerinə çıxmışdır. Ünvanda olduqları zaman bir nəfər şəxsin ucadan qışqıraraq danışması, Şahnaz Rüstəmovanı təhqir etməsi, hədə-qorxu gəlməsi müşahidə edilmiş və dərhal ona yaxınlaşaraq hərəkətlərinə son qoymasını, ictimai asayişi pozmamasını, aqressiv hərəkətlərini dayandırmasını tələb etdilər. Lakin həmin şəxs bizim qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Əməliyyat qrupu tərəfindən həmin şəxs polis bölməsinə dəvət edildi. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1985-ci il təvəllüdlü Şəxsdur. Şəxs polis bölməsində olduğu zaman içkili olduğundan özünü çox aqressiv aparır, əməkdaşların ünvanına kobud ifadələr işlədir, iş rejimini pozmuşdur. Dəfələrlə onu sakitləşməyə və nizam-intizama dəvət etsələrdə, o, bu hərəkətlərini davam etdirmişdir. xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi orta qiymətləndirilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022396 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 18 sentyabr 2025-ci il tarixdən saat 04:50-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7143/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7143/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver