Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-716/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və digər iş materiallarına əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:59-da idarə etdiyi 77FD666 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S65 AMG Minik” markalı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət edilməmişdir. Məhkəmə, İXMin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsi olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, istinad edilən əməl onun tərəfindən törədilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 21:59-da idarə etdiyi 77FD666 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S65 AMG Minik” markalı nəqliyyat vasitəsini psixotrop maddə metamfetamindən istifadə etdiyi halda idarə etmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:37-də müayinədən keçmiş və sonuncunun sidiyində metamfetamin və preqabalin aşkar edilərək, onda psixotrop maddənin istehlakı nəticəsində yaranmış “polinarkotik sərxoşluğu” müəyyən edilmişdir. BB seriyalı, 241611 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxsnna B1, B kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3006/2024 saylı qərarından görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etdiyinə görə İXM-nin 206-cı maddəsi ilə təqsili bilinərək barəsində 300 manat məbləğində inzibati tənbeh tətbiq edilmidir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Qeyd edilən inzibati xətanın Şəxs tərəfindən törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddələrinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs ağırlaşdıran hallar müəyyən edilməmişdir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun öz izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinə aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs təqsirli bilindiyi İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin növü barədə məhkəmə qeyd edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməlidir. Belə ki, narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsi sürücünün diqqətini azaldır, reaksiya sürətini yavaşladır və qəfil hərəkətlər etməsinə səbəb olur və eyni zamanda sürücünün psixi və fiziki reaksiyalarına ciddi mənfi təsir göstəməklə yol hərəkətinin təhlükəsizliyini pozaraq qəzaların sayının artmasına və nəticədə insanların sağlamlığına və həyatına təhlükə yaratmasına səbəb olur. İş materiallarından görünüdüyü kimi Nadirov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3006/2024 saylı qərarı ilə narkotik vasitələrdən istifadə etdiyinə görə İXM-nin 206cı maddəsi ilə təqsirli bilinərək onun barəsində 300 manat məbləğində inzibati tənbeh tətbiq edilmiş, bundan 3 ay 15 gün sonra isə o psixotrop maddənin istehlakı nəticəsində yaranmış “polinarkotik sərxoşluğu” halında 77FD666 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S65 AMG Minik” markalı nəqliyyat vasitəsini idarə etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Şəxs hazırda təqsirli bilindiyi İXM-in 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha sərt inzibati tənbeh sayılan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-716/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-716/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver