Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7188/2025 24.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis baş leytenantı X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.1 və 343.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-dən və Binəqədi rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs həmin tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.3 və 333.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs həmin tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qeyd olunan protokollar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxla işarəsi verilmişdir. Sürücü saxla əmrinə tabesizlik göstərərək qaçmağa başlamış, o və digər polis əməkdaşı sürücünü müşayiət etmişlər. Sürücü yaşadığı ünvana qədər tabesizlik göstərərək saxla əmrinə tabe olmayaraq öz evinin qarşısında avtomobili saxlayan zaman ona yaxınlaşaraq sənədləri yoxlayarkən müəyyən oldu ki, sürücü sərxoşdur. Ona həkim müayinəsindən keçməyi bildirilsə də, onlara əl-qol hərəkətləri ataraq ünvanlarına nalayiq söyüş söyməyə başladı. Bundan sonra həmin şəxs 7-ci Polis Bölməsinə aparıldı. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə DYP əməkdaşları xidmətdə olarkən kömək lazım olduğunu bildirmişlər. Əlahiddə çevik polis alayı ünvana yaxınlaşanda Şəxs onların qanuni tələblərinə tabe olmamış, nalayiq söyüşlər söyərək ona tabesizlik göstərmişdir. Yüksəkdən qışqıraraq ətrafdakı insanları onlara qarşı qaldıraraq hadisə yerindən yayınmaq istəmişdir. Köməyə 2424 çağırışlı AP çağırılmış və şəxs bölməyə aparılmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətəndə spirtli içkinin təsirində avtomobilini idarə etmiş, polis əməkdaşı ona saxla əmrini verdikdə buna məhəl qoymamışdır. Polis əməkdaşları onu müşayiət edərək arxasınca gəlmiş, nəticədə evə çatdığından avtomobildən düşmüşdür. Bu zaman polis əməkdaşları sənədlərini yoxlayanda onun tibbi müayinədən keçiriləcəyini bildirəndə o etiraz etmiş, hirslənmiş və nalayiq ifadələrdən istifadə etmişdir. Həmin vaxt ətrafda başqa adamlarda yığılmış, polislə arasındakı mübahisə böyümüşdür. Daha sonra çevik polis əməkdaşları gəlmiş və onu bölməyə aparmışlar. Əməlindən peşmandır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidmətinin inspektorları S.Kərimov və A.Qurbanov tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxla işarəsi verilmişdir. Sürücü saxla əmrinə tabesizlik göstərərək qaçmağa başladığından, onlar sürücünü müşayiət etmişlər. Sürücü yaşadığı ünvana qədər tabesizlik göstərərək saxla əmrinə tabe olmayaraq öz evinin qarşısında avtomobili saxlayan zaman ona yaxınlaşaraq sənədləri yoxlayarkən müəyyən oldu ki, sürücü sərxoşdur. Ona həkim müayinəsindən keçməyi bildirilsə də, onlara əl-qol hərəkətləri ataraq ünvanlarına nalayiq söyüş söyməyə başlamışdır. Bundan sonra həmin şəxs Çevik polis alayının köməyi ilə 7-ci Polis Bölməsinə aparılmışdır. Əlahiddə çevik polis alayının 2-ci PB-nin polis nəfərləri Kamran Qəhrəmanzadə, İmran Əliyev və İlkin Həsənov tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə DYP əməkdaşları xidmətdə olarkən kömək lazım olduğunu bildirmişlər. Əlahiddə çevik polis alayı ünvana yaxınlaşanda Şəxs onların qanuni tələblərinə tabe olmamış, nalayiq söyüşlər söyərək onlara tabesizlik göstərmişdir. Yüksəkdən qışqıraraq ətrafdakı insanları onlara qarşı qaldıraraq hadisə yerindən yayınmaq istəmişdir. Köməyə 2424 çağırışlı AP çağırılmış və şəxs bölməyə aparılmışdır. xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi yüngül qiymətləndirilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022378 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:25-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.1 və 343.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510, 535.1, 333.1 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.1 və 343.1-ci maddələri ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.1 və 343.1-ci maddələri ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 24 sentyabr 2025-ci il tarixdən saat 02:25-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7188/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7188/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver