Məhkəmə qərarları › İş №3(001)-7190/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7190/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7190/2025 09.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri X3 və X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən obyekt tərəfindən müqavilə bağlamadan və lazımi icazə olmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla az miqdarında ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi ərazisində G.Ramazanov küçəsində X4 məxsus qeyriyaşayış obyektində (restoran, komputer oyunları) müqavilə bağlamadan və lazimi icazə almadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Vətəndaş obyektin qanunsuz su şəbəkəsinə qoşulmasını d=15 mm xətt vasitəsilə həyata keçirmişdir. Sənədləri təqdim etməsinə baxmayaraq vətəndaş özü izahat verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Şəxs tərəfindən hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədildiyindən onun inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 protokolu müdafiə edərək, Şəxs tərəfindən hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədildiyindən onun inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs protokola etiraz edərək bildirdi ki, sözügedən obyekt dövlət reyestrində qeydə alınmış əmlak olmadığından həmin obyekti su şəbəkəsinə qoşmurlar. Onlarda məcbur qalıb fərdi yaşayış evinə gələn su xəttindən istifadə edirlər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələrinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxsin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən vəzifəli şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları – Zaur Ələkbərov və Əfqan Məmmədovun iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000305 nömrəli Aktdan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi ərazisində G.Ramazanov küçəsində X4 məxsus qeyri-yaşayış obyektində (restoran, komputer oyunları) müqavilə bağlamadan və lazimi icazə almadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Vətəndaş obyektin qanunsuz su şəbəkəsinə qoşulmasını d=15 mm xətt vasitəsilə həyata keçirmişdir. Sənədləri təqdim etməsinə baxmayaraq vətəndaş özü izahat verməkdən imtina etmişdir. Eyni zamanda baxış zamanı video çəkilişdən istifadə edilmiş və videofayl Akta əlavə edilmişdir. Binəqədi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində qeyri-yaşayış obyektindən 15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində hesablanmış maddi ziyanın məbləği 2196 manat təşkil edir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi ərazisində G.Ramazanov küçəsində X4 məxsus qeyri-yaşayış obyektində (restoran, komputer oyunları) müqavilə bağlamadan və lazimi icazə almadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Vətəndaş obyektin qanunsuz su şəbəkəsinə qoşulmasını d=15 mm xətt vasitəsilə həyata keçirmişdir. Vəzifəli şəxs Şəxs etdiyi qanunpozuntusuna cavab olaraq bildirmişdir ki, həmin qeyriyaşayış sahəsi dövlət reyestrində rəsmi qeydə alınmadığından obyektə su xəttinin çəkilməsi mümkün olmamışdır. Maddi ziyan 2196 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” qanunun: 67-ci maddəsinin birinci hissəsinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın: 3.1-ci maddəsinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göründüyü kimi qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində qeyri-yaşayış obyektinin sahibi - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs Şəxs sözügedən qeyri-yaşayış sahəsində 15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar