Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7211/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X13 nümayəndələri X8 və Abşeron Vəkil Bürosunun vəkili Vəkil Məhəmməd oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 İXM-in 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X14 bildirmişdir ki, X4 və X1 Ərzaq Anbarında əmək hüquqlarının pozulması barədə X10 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət ünvanlamışdır. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən X4 və X5 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsilə əlaqədar xx.xx.2025-ci il tarixli sorğu məktubu X17 göndərilmişdir. Həmin sorğu X13 elektron kabinetinə də yerləşdirilmişdir. Lakin X19 tərəfindən sorğuya cavab vaxtında verilməmiş, zəruri sənədlər vaxtında X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xəta Məcəlləsinin 539.3-cü maddəsinin tərkibi yaratmış və protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Ona görə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X13 nümayəndəsi Abşeron Vəkil Bürosunun vəkili Vəkil Məhəmməd oğlu bildirmişdir ki, protokolda qeyd edilənlərlə razı deyil. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 88-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları digər işəgötürənə, müvafiq dövlət orqanlarına və ya digər qurumlara yalnız onların yazılı sorğusu və işçinin razılığı əsasında göndərə bilər. Göründüyü kimi sorğu yazılı formada işçinin razılığı əsasında göndərilməlidir. Hazır ki, halda isə sorğuya işçinin razılığı əlavə edilməmişdir. Bundan əlavə İXM-in 539.3-cü maddəsi vəzifəli şəxslərə və hüquqi şəxslərə aiddir. X13 VÖEN-i olsa da bu fiskal ödənişlər üçün nəzərdə tutulmuşdur. X19 hüquqi şəxs deyil, dövlət qeydiyyatı və nizamnaməsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüquqi şəxs - dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan, öz öhdəlikləri üçün həmin əmlakla cavabdeh olan və ö; adından hüquq və vəzifələr həyata keçirən təşkilatdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində də X19 hüquqi şəxs kimi qeydiyyata alınmamışdır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən subyekt düzgün təyin ediıməmişdir. Buna baxmayaraq X3 sorğusuna X19 tərəfindən cavab verilmiş və tələb edilən sənədlər göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X13 nümayəndəsi X15 bildirmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş bütün sorğulara X23 tərəfindən cavablar verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sorğulara cavab olaraq bildirilmişdir ki, X13 Maliyyə bölməsinin rəisi tərəfindən işçilərin əlavə iş saatların ödənilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə tabellər əsasında sifariş ünvanlanmasına baxmayaraq maliyyə vəsaiti ayrılmamışdır. Bu səbəbdən də işçilərin əlavə iş saatlarına görə pul konpesansiyasının ödənilməsi mümkün olmamışdır. Qeyd edilən sorğu ilə Müdafiə Nazirliyindən daxil olmuş telefonoqramla bildirilmişdir ki, Müdafiə Nazirinin 26 fevral 2025-ci il tarixli 031 nömrəli əmrinin 4.6-cı yarımbəndinə əsasən daxil olmuş müraciətlərin icra olunması Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi ilə razılaşdırılmalıdır. Həmçinin X10 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, X13 Maliyyə bölməsinin rəisi tərəfindən işçilərin əlavə iş saatlarına görə pul konpensasiyası ödənilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə tabellər əsasında sifariş ünvanlanmasına baxmayaraq maliyyə vəsaiti ayrılmamışdır. Bu səbəbdən də işçilərin əlavə iş saatlarına görə pul konpensansiyasının ödənişlərində gecikmələr yaranmışdır. Lazımı tədbirlər sayəsində qeyd olunan problem öz həllini tapmış, işçilər X11 və X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 əmək hüquqlarının pozulması barəsində etmiş olduqları şikayətlərini geri götürmüşlər. X11 və X2 şikayətlərini geri götürmələri ilə bağlı ərizələri də sorğuya cavabla birlikdə göndərilmişdir. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi ilə razılaşdırma aparıldıqdan sonra tələb edilən sənədlər X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X13 İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş işdə olan: 3-17-5/2-55870/2025 nömrəli məktubun surətindən görünür ki, və X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X17 müraciət olunaraq X5 müraciətinə münasibət bildirilməsi və şəxsə aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmişdir. Həmin məktubda tələb edilən sənədlərin siyahısı göstərilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə cavab verilərək bildirilmişdir ki, X13 Maliyyə bölməsinin rəisi tərəfindən işçilərin əlavə iş saatların ödənilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə tabellər əsasında sifariş ünvanlanmasına baxmayaraq maliyyə vəsaiti ayrılmamış, bu səbəbdən də işçilərin əlavə iş saatlarına görə pul konpesansiyasının ödənilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilmişdir ki, tələb olunan sənədlər Müdafiə Nazirliyinin İşlər İdarəsində saxlandığına görə təqdim edilməsi mümkün deyil. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə cavab verilərək bildirilmişdir ki, tələb olunan sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin müvafiq əmilərinin tələblərinə bir başa təqdim etmək səlahiyyətləri yoxdur. Bu kimi hallarda tələb olunan sənədlərin Müdafiə Nazirliyinin İşlər idarəsində, Maliyyə və Büdcə İdarəsində saxlandığını nəzərə alaraq onlardan tələb edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə cavab verilərək bildirilmişdir ki, X13 Maliyyə bölməsinin rəisi tərəfindən işçilərin əlavə iş saatlarına görə pul konpensasiyası ödənilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə tabellər əsasında sifariş ünvanlanmasına baxmayaraq maliyyə vəsaiti ayrılmamışdır. Bu səbəbdən də işçilərin əlavə iş saatlarına görə pul konpensansiyasının ödənişlərində gecikmələr yaranmışdır. Lazımı tədbirlər sayəsində qeyd olunan problem öz həllini tapmış, işçilər X11 və X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 əmək hüquqlarının pozulması barəsində etmiş olduqları şikayətlərini geri götürmüşlər. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tələb edilən sənədlərin surəti həmin idarəyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 və X5 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən X17 göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 55870/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-5/2-36894/2025 məktubda qeyd edilən sənədlər X10 Xidmətinin Bakı şəhər İdarəsinə tam təqdim edilməmişdir. X18 Anbarı tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X13 əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən yuxarıda qeyd edilmiş məktublarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X17 müraciət olunaraq X2 və X5 müraciətinə münasibət bildirilməsi və şəxslərə aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmiş, həmin məktublara sənədlərin təqdim edilməsi üçün Müdafiə Nazirliyinin müvafiq baş idarəsi razılaşdırma aparılmalı olduqları barədə cavab verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 417 nömrəli telefonoqramdan da görünür ki, Müdafiə Nazirinin 26 fevral 2025-ci il tarixli 031 nömrəli əmrinin 4.6-cı yarımbəndinin icrası ilə əlaqədar daxil olmuş çağırışların, məktubların və digər müraciətlərin icra edilməsi istiqamətində əlaqələndirici funksiyanı həyata keçirmək Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisinə həvalə olunduğundan qeyd edilən sənədlərin və yazışmaların icrası baş idarə ilə razılaşdırılmalı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tələb edilən sənədlərin surəti müvafiq razılıq alındıqdan sonra həmin idarəyə göndərilmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, X19 hüquqi şəxs kimi deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumdur. X13 hüquqi şəxs kimi fəaliyyət göstərməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 barəsində əsassız halda İXM-in 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X13 İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyinə görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X19 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X13 təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-7211/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7211/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver