Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7215/2025 14.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə şikayətlə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 10:44 radələrində “Asan Xidmət” mərkəzinə gəlmiş və 20282 nömrəli parklanma yerində avtomobilini park etmişdir. Sms-də səhvən avtomobilini ** CY *** kimi qeydiyyata salmışdır. Halbuki onun avtomobilinin nömrəsi ** CY ***-dür. O, parklanmanı bank vasitəsi ilə ödəmişdir. Nömrəsini səhv yazsa da faktiki olaraq dayanacağa görə ondan 3 saatın ödənişi çıxılıb. xx.xx.2025-ci il tarixdə şikayət verən X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, “Azparking” əməkdaşları nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını xüsusi proqram təminatına daxil etməklə yoxlama aparırlar. Vətəndaşın nəqliyyat vasitəsinin nömrəsi həmin proqramda müəyyən edilmədiyindən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş SMS çıxarışdan və “Azparking” proqramının tarixçəsindən görünür ki, 10CY444 dövlət qeydiyyat nişanlı avtomobil P20282 nömrəli məntəqədə (Zaur Nudirəliyev) xx.xx.2025-ci il tarixdə saat 10:44-də park edilmiş, 12:49-da parklanma sonlandırılmışdır. 1.2 manat məbləğində ödəniş SMS vasitəsilə ödənilmişdir. Asanpay-dən çıxarışdan görünür ki, X2 xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarla P20282 nömrəli məntəqədə (Zaur Nudirəliyev) dayanma və ya durma qaydalarını pozmaqda təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Təsvir edilənlərə əsasən müəyyən edildi ki, “Azparking” əməkdaşları nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını xüsusi proqram vasitəsilə yoxlayırlar. Vətəndaş parklanmanı yerinə yetirmiş və haqqını vaxtında ödəmiş olsa da, proqramda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını səhv — “443” əvəzinə “444” kimi qeyd etdiyindən, sistemdə məlumat uyğun gəlməmiş və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra vətəndaş tərəfindən SMS vasitəsilə parklanma müddəti başladıldığından və ödəniş faktiki olaraq həyata keçirildiyindən, lakin texniki səhv nəticəsində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi yanlış daxil edildiyindən şikayət qismən təmin edilməli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi şəxsə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7215/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7215/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver