Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-722/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Ermənistanda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında təkər ustası işləyən, Göygöl rayonu Yeni Zod kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Motodrom YYMdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə saat 11:10-da Bakı şəhəri Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşən “Ford” servisin qarşısında Binəqədi RPİ-in PPXB-in əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən MN seriyalı № ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in polis sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşən “Ford” servisin qarşısındakı təkər təmiri sexində usta işləyir. Həmin sexdə işləyən ustalar, o cümlədən Şəxs qanunsuz olaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan kiçik tutumlu avtobusları sexin içərisinə salaraq orada sərnişin yığmalarına şərait yaratmışlar. Bunu aşkar edən nəqliyyat departamentinin əməkdaşları ilə sexin işçiləri, o cümlədən Şəxs arasında xx.xx.2023-cü ildə saat 11 radələrində qarşıdurma yaranmışdır. Ona görə hadisə yerinə Binəqədi RPİ-in PPXB-in əməkdaşları dəvət edilmişlər. Bu zaman sexdə işləyən ustalar, o cümlədən Şəxs Binəqədi RPİ-in PPXB-in əməkdaşlarına müqavimət göstərmiş, xidməti nəqliyyat vasitələrinə zərər vurmağa cəhd etmiş, ətrafdakı insanları polis əməkdaşlarının üzərinə qaldırmağa çalışmış, nəticə etibarilə Binəqədi RPİ-in PPXBin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Qeyd olunanlara əsasən sözügedən sexdə işləyən dörd nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşən “Ford” servisin qarşısındakı təkər təmiri sexində usta işləyir. Həqiqətəndə xx.xx.2023-cü ildə saat 11 radələrində nəqliyyat departamentinin əməkdaşları ilə sexin işçiləri, o cümlədən onun arasında qarşıdurma yaranmışdır. Buna səbəb isə guya onların sərnişindaşıma fəaliyyəti ilə məşğul olan kiçik tutumlu avtobusları sexin içərisinə salaraq orada sərnişin yığmalarına şərait yaratmaları olmuşdur. Mübahisə zamanı nəqliyyat departamentinin əməkdaşlarını itələyərək sexin içərisindən çıxarmışdır. Daha sonra hadisə yerinə Binəqədi RPİ-in PPXB-in əməkdaşları gəlmişlər. O, Binəqədi RPİ-in PPXB-in əməkdaşlarına müqavimət göstərməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in Post-patrul xidməti bölüyünün polis nəfəri polis serjantı X2 izahatında göstərmişdir ki, 16 fevral 2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında xidmət aparan zaman yaxınlıqda nəqliyyat departamentinin işçiləri ilə servisdə işləyən ustalar arasında qarşıdurma yarandığı və kömək lazım olmasına dair məlumat almışlar. Dərhal həmin əraziyə gəlmişlər. Məlum olmuşdur ki, Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında yerləşən “Ford” servisin qarşısındakı təkər təmiri sexində işləyən ustalar qanunsuz olaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan kiçik tutumlu avtobusları sexin içərisinə salaraq orada sərnişin yığmalarına şərait yaratmışlar. Bunu aşkar edən nəqliyyat departamentinin əməkdaşları ilə sexin işçiləri, o cümlədən Şəxs arasında xx.xx.2023-cü ildə saat 11 radələrində qarşıdurma yaranmışdır. Şəxs ustalardan yaşlısı olduğu üçün onu dəqiq xatırlayır. Belə ki, Şəxs ona müqavimət göstərmiş, xidməti nəqliyyat vasitələrinə zərər vurmağa cəhd etmiş, ətrafdakı insanları polis əməkdaşlarının üzərinə qaldırmağa çalışmışdır. Dəfələrlə onu intizama dəvət etsə də, məhəl qoymamışdır. Bu səbəbdən onun polis bölməsinə gətirilməsi təmin edilmiş, baş vermiş hadisə ilə bağlı polis bölməsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Şəxs Binəqədi RPİ-in PPXB-in əməkdaşlarına müqavimət göstərmədiyi kimi izahatında göstərdiklərini özünü müdafiə xarakterli qiymətləndirib rədd edir. Belə ki, məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in Post-patrul xidməti bölüyünün polis nəfəri polis serjantı X2 izahatında göstərmişdir ki, Şəxs ustalardan yaşlısı olduğu üçün onu dəqiq xatırlayır. Şəxs Binəqədi RPİ-in PPXB-in əməkdaşlarına müqavimət göstərmiş, xidməti nəqliyyat vasitələrinə zərər vurmağa cəhd etmiş, ətrafdakı insanları polis əməkdaşlarının üzərinə qaldırmağa çalışmışdır. Dəfələrlə onu intizama dəvət etsə də, məhəl qoymamışdır. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyi və yaşını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və yaşını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-722/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-722/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver