Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7228/2025 03.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs direktoru X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 2025-ci ilin fevral ayı ərzində **********0604 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 10908.74 ABŞ dolları (18.544.86 manat) dəyərində “tərəvəz” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 483-cü-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs direktoru X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, **********0604 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi dəyəri 19937.60 ABŞ dolları olan tərəvəz məhsullarını Rusiya Federasiyasına ixrac etmişdir. Həmin malların dəyəri hissə-hissə olmaqla xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürülmüşdür. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində əsassız yerə İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, **********0604 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 19937.60 ABŞ dolları olan mallar ixrac gömrük proseduru altında Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Xaçmaz Gömrük İdarəsində Şəxs MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirilmiş, Şəxs MMC tərəfindən **********0604 nömrəli gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 10908,74 ABŞ dolları (18.544,86 manat) məbləğində vəsaitin ŞəxsMMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC xx.xx.2025-ci il tarixli, **********0604 sorğu nömrəli gömrük bəyannaməsi əsasında tərəvəz məhsullarını Rusiya Federasiyasına ixrac etmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini bayan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Nəticədə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta tərkibi yaranmışdır. Bununla bağlı Xaçmaz Gömrük İdarəsində aparılan araşdırma zamanı xx.xx.2025-ci il tarixli, **********0604 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 10908,74 ABŞ dolları (18.544,86 manat) məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinə görə xx.xx.2025-ci il tarixində 01400-07495/25 nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. Həmin 01400-07495/25 nömrəli inzibati xəta protokolu tərtib edilənə qədər 10908,74 ABŞ dolları (18.544,86 manat) məbləğində vəsait müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Dövlət Gömrük Komitəsinin X1 Sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli, **********0604 sorğu nömrəli gömrük bəyannaməsinə görə köçürülməli olan 10908,74 ABŞ dolları (18,544,86 manat) məbləğində vəsait xx.xx.2025-ci il tarixində, xx.xx.2025-ci il tarixli, **********0604 sorğu nömrəli gömrük bəyannaməsinə görə verilmiş 180 gün müddəti pozularaq 42 gün gecikdirilməklə, yəni inzibati xəta tərkibi yarandıqdan, inzibati xəta protokolu tərtib edildikdən sonra Şəxs MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmüşdür. "xxxx" QSC-dən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, **********0604 nömrəli gömrük bəyannaməsi üzrə Şəxs MMC-nin bank hesabına xx.xx.2025-ci il tarixdə 9028.87 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 10112.25 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 796.5 ABŞ dolları vəsait köçürülmüşdür. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC tərəfində ümumi gömrük dəyəri 19937.60 ABŞ dolları olan mallar xx.xx.2025-ci il tarixli, **********0604 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirilmiş, həmin malların dəyəri Şəxs MMC-nin "xxxx" QSC-də açılmış bank hesabına köçürülmüşdür. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin qərarda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Göründüyü kimi İXM-in 483-cü maddəsində nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs ola bilər. Həmçinin həmin maddədə nəzərdə tutulmuş inzibati xəta xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlər köçürülmədiyi halda yaranır. Belə ki, qeyd edilən maddə üzrə inzibati xəta tərkibinin yaranmasının əsası kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xarici valyuta vəsaitinin əldə edilməsi və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan həmin vəsaitin xaricdən qaytarılmaması çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, belə olan halda Şəxs əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətlərinin olmasına dair müddəalar öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-7228/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7228/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver