Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-723/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Suraxanı Rayon Dövlət X8 tərəfindən qəbul edilmiş 30 dekabr 2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Dövlət X8 tərəfindən qəbul edilmiş 30 dekabr 2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində telefonuna Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə çağırılmağı barədə bildiriş gəlmişdir. xx.xx.2023-cü il tarixində icra şöbəsinə yaxınlaşdıqda ona İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində ödənilməli cəriməsi olduğunu demişlər. O bu cərimədən xəbəri olmadığını bildirmişdir. Qərara nəzər saldıqda isə protokolun xx.xx.2020-ci il tarixində gecə saat 23:00-da yazıldığını görmüşdür. Yanlış xatırlamırsa o tarix pandemiya vaxtına, komendant saatının tətbiq edildiyi vaxta düşür. Ona bu barədə nə ismarıc gəlmiş nə də protokolun bir nüsxəsi təqdim edilmiş, protokolun tərtib edildiyi vaxtdan 2 il keçdikdən sonra o bunu icra vasitəsilə bilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək, təqsirini sübut etməyə borclu olmadığını, barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Dövlət X7 məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş və Azemis elektron məhkəmə informasiya sistemi vasitəsi ilə “sms bildiriş” göndərilmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Dövlət X6 nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 idarə etdiyi nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və nəticədə onun barəsində 200 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 inzibati tənbeh vermə haqqında qərarın mövcuduğundan məlumatı olmadığını, polis əməkdaşı tərəfindən onun məlumatı olmadan inzibati xəta haqında protokol tərtib edildiyini bildirmişdir. Onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqına protokol tərtib edilsə də, həmin inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş, inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməmişdir və onun ümumiyyətlə barəsində inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokol tərtib edilməsindən məlumatı olmamışdır. Belə olduğu təqdirdə, qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta vetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o. təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyi sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Bakı şəhəri Suraxanı Rayon Dövlət X8 tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X7 göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Dövlət X8 tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X7 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-723/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-723/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver