Məhkəmə qərarları › İş №3(001)-7246/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7246/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7246/2025 14.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarix saat 18:30 radələrində vətəndaş Şəxs idarə etdiyi, “Toyota” markalı ** SG *** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi üzü Abay Kunanbayev küçəsi istiqamətinə düzünə hərəkətdə olan zaman həmin küçələrin kəsişməsində olan işıqforun qırmızı işığında avtomobilini saxlamış, bir neçə saniyə sonra hərəkətə başlayaraq təxminən 2 metr məsafə qət etdikdən sonra piyada zolağı üzəri ilə yolu soldan sağa doğru qaçaraq keçən piyada xx.xx.2006-cı il təvəllüdlü X2 avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur. Hadisə nəticəsində X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, bir aya yaxındır ki, X1 məxsus Toyota markalı Aqua model AZ ** SG *** qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobillə taksi fəaliyyəti göstərir. xx.xx.2025-ci il tarixdə saat təxminən 18:30 radələrində həmin avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş asvalt yolla üzü Azadlıq prospekti istiqamətinə saatda təxminən 30 km/saat sürətlə düzünə hərəkətdə idi. Həmin vaxt avtomobilin arxa oturacağında bir nəfər xanım sərnişin əyləşmişdir. S.S.Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsində olan işıqforun qırmızı işığı yandığı üçün O, avtomobilini saxlamış və yaşıl işığın yanmasını gözləmişdir. Həmin vaxt ondan irəlidə bir avtomobil olduğunu bildirmişdir. Eyni zamanda sol tərəfindədə avtomobil var idi. Bir neçə saniyə sonra işıqforun qırmızı işığı yanmış və O, avtomobilini hərəkətə gətirib təxminən 30 km/saat sürətlə düzünə irəlilədiyi vaxt bir nəfər təxminən 20 yaşlı xanım piyada keçidinin üzəri ilə yolu sol tərəfədən sağ tərəfə doğru qaçaraq keçdiyi üçün qəflətən qarşısına çıxmış və avtomobilinin ön hissəsi həmin xanıma dəymiş və o, yerə yıxılmışdır. O, cəld avtomobildən düşərək həmin xanıma yaxınlaşaraq onu yolun kənarına aparmışdır. Bir neçə dəqiqə sonra xanımı yaşadığı evinə apararaq Günel adlı anasına təhvil vermişdir. Eyni zamanda öz mobil nömrəsinidə anasına verərək, əgər bir şey lazım olsa ona zəng etməsini bildirmişdir. Bir neçə saat sonra həmin piyadanın anası Günel ona zəng edərək qızının vəziyyətinin pis olduğunu bildirərək xəstəxanya apardığını bildirmişdir. Daha sonra o, da həmin xəstəxanaya getmiş, müalicə xərclərini ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq Bakı şəhəri Binəqədi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri Binəqədi RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 327.8ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmayıb. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini nəzərə alıb hesab edir ki, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 31, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar