Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-725/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, ünvan 1, VÖEN **********, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 215.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-in 215.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmişdir. Protokolun tərtib edilməsi onunla əsaslandırılmışdır ki, X16 və X1 şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyətlə məşğul olmuşdurlar. X13 Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli təhsil haqqında CİU 000035 nömrəli diplom yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 2019-cu il tarixli 017209 nömrəli şəhadətnaməyə əsasən Azərbaycan Respublikasmda 070104-Stomatologiya ixtisas/istiqamətinin həkim-stomatoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir. Bundan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X13 10 sentyabr 2019-cu il tarixli, 2356 nömrəli, baza ali tibb təhsili “Stomatologiya” ixtisası üzrə tibbi(əczaçılıq) fəaliyyəti ilə məşğul olması barədə şəhadətnamə verilmişdir. Eyni zamanda X9 xx.xx.2017-ci il tarixli, Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş təhsil haqqında CİU 000036 nömrəli diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 2019-cu il tarixli 017267 nömrəli şəhadətnaməyə əsasən Azərbaycan Respublikasında 070104-Stomatologiya ixtisas/istiqamətinin həkim-stomatoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir. Həmçinin Azerbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X9 16 iyul 2019-cu il tarixli, 2290 nömrəli, baza ali tibb təhsili “Stomatologiya” ixtisası üzrə tibbi(əczaçılıq) fəaliyyəti ilə məşğul olması barədə şəhadətnamə verilmişdir. X11 və X6 diplomaları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfındən 2019-cu il tarixində tanındığından sonra həmin ildə də Səhiyyə Nazirliyi tərəfindən şəhadətnamə verilmişdir. X11 və və X6 diplomalan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfındən 2019-cu il tarixində tamndığındam sonra həmin ildə də Səhiyyə Nazirliyi tərəfindən şəhadətnamə verilmişdir. Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası”nın 1.4-cü bəndinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Ona görə də onlar 5 ildən sonra yəni 2024-cü il tarixində sertifıkasiyadan keçməli olduğu halda onlarla bağlı "xxxx" MMC-yə protokol tərtib olunması tam qanunsuz və əsassızdır. Eyni zamanda “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli, 50 nömrəli qərarına əsasən “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarına əlavədə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyən edilmişdir. Həmin əlavədə 060933 kodu ilə Stomotologiya ixtisasına üzrə müddət 3 il müəyyən edilsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları ”nın təsdiq edilməsi haqqında ” 2010-cu il 18 mart tarixli 50 nömrəli və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı” nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədəxx.xx.2019-cu il tarixli, 103 nömrəli Azərbaycan Respublıkası Nazirlər Kabinetinin qərarına əsasən 060933 sətri yəni Stomatologiya ixtisası ləğv edilmişdir. Deyilənlərin nəzərə alınaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokol əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvan 1 ünvanında fəaliyyət göstərən tibb müəssisəsində Səhiyyə Nazirliyi tərəfindən plan üzrə (növbəti) yoxlama keçirilərkən sertifikasiyadan keçməyən işçilərin tibbi fəaliyyəti aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 122 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714- İVQ nömrəli qanununa əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən aptektin fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi əsasında Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Baş X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli yoxlama suallarının Siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli özəl tibb müəssisənin planlı (növbəti) 95 nömrəli yoxlama aktından görünür ki, Şəxs MMC-nin ünvan 1 ünvanında fəaliyyət göstərən obyektində sertifikasiyadan keçməyən işçilərin praktiki tibbi fəaliyyəti aşkar edilmişdir. xx.xx.2019-cu il tarixli, 2356 nömrəli tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamədən görünür ki, X16 baza ali tibb təhsili “Stomatologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. 2019-ci il tarixli, 017209 nömrəli şəhadətnamədən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş ali təhsil haqqında CİU 000035 nömrəli diplom Azərbaycan Respublikasında 070104-Stomatologiya ixtisas/istiqamətinin həkim-stomatoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). 2019-cu il tarixli, 016645 nömrəli şəhadətnamədən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş ali təhsil haqqında CİU 000035 nömrəli diplom Azərbaycan Respublikasında tanınmışdır. xx.xx.2017-ci il tarixli, CİU 000035 nömrəli diplomdan görünür ki, X4 Respublikasının Qafqaz Beynəlxalq Universitetində stomatoloq ixtisasi üzrə təhsil almışdır. xx.xx.2019-cu il tarixli, 2290 nömrəli tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamədən görünür ki, X12 baza ali tibb təhsili “Stomatologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. 2019-ci il tarixli, 017267 nömrəli şəhadətnamədən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş ali təhsil haqqında CİU 000036 nömrəli diplom Azərbaycan Respublikasında 070104-Stomatologiya ixtisas/istiqamətinin həkim-stomatoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). 2019-cu il tarixli, 016703 nömrəli şəhadətnamədən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş ali təhsil haqqında CİU 000036 nömrəli diplom Azərbaycan Respublikasında tanınmışdır. xx.xx.2017-ci il tarixli, CİU 000036 nömrəli diplomdan görünür ki, X3 Respublikasının Qafqaz Beynəlxalq Universitetində stomatoloq ixtisasi üzrə təhsil almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinin ikinci hissəsinə əsasən Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin qanunun 49-1-ci maddəsinin dördüncü hissəsinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Bundan başqa “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli, 50 nömrəli qərarına əsasən “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarına əlavədə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyən edilmişdir. Həmin əlavədə 060933 kodu ilə Stomotologiya ixtisasına üzrə müddət 3 il müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları ”nın təsdiq edilməsi haqqında ” 2010-cu il 18 mart tarixli 50 nömrəli və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı” nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli, 103 nömrəli Azərbaycan Respublıkası Nazirlər Kabinetinin qərarına əsasən 060933 sətri yəni Stomatologiya ixtisası ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X12 və X5 Beynəlxalq Universiteti tərəfindən ali təhsil haqqında diplomlar 2017-ci il ildə verilsə də 2019-cu il tarixdə diplomlar Azərbaycan Respublikasında tanınmışdır. Bundan başqa yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları ”nın təsdiq edilməsi haqqında ” 2010-cu il 18 mart tarixli 50 nömrəli və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı” nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli, 103 nömrəli Azərbaycan Respublıkası Nazirlər Kabinetinin qərarına əsasən 060933 sətri yəni Stomatologiya ixtisası ləğv edildiyindən İXM-in 215.4-cü maddəsinin tərkibi yaranmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata cəmiyyətin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-725/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-725/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver