Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-726/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon icra məmuru Bəxtiyar İsmayılovun, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" yanavaq doldurma məntəqəsində operator işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 28.02.2022-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(004)-2362/2021 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, cavabdeh Şəxs hər ay 2 uşağa görə 350 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirmişdir ki, maddi çətinlikləri var və alimenti ödəmək niyyətindədir. Əlavə olaraq bildirmişdir ki, pandemiya dövrünə düşdüyündən heç bir işi alınmamışdır. "xxxx" MMC-də işləyirdi lakin məsuliyyətli iş olduğu üçün həmin iş yerinə artıq getmir. Bir sıra banklara borcu vardır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs maddi vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar borclunu qəsdən ödəmədiyini nəzərə alaraq borclunun ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, 10 və 7 yaşlarında iki uşaq böyütmək tək qadın üçün çox çətindir. Kirayə mənzildə yaşayır və dərzi kimi fəaliyyət göstərməklə uşaqlarının tələbatını ödəməyə çalışır. Uşaqlar doğulan gündən ataları maddi dəstək olmur və bütün pulu illərdir ki, TOPAZ mərc oyunlarına xərcləyir. Özü mülki işə baxılan zaman “1 qəpik də ödəyən deyiləm” deyərək onu təhdid etmişdir. Bu səbəbdən o hesab edir ki, borclu qərəzli olaraq alimenti ödəməkdən yayınır. Borclunun atası, yəni uşaqların babası bugünədək 1 dəfə 40 bir dəfə də100manat uşaqlara vermişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru borclunun icra sənədini qəsdən icra etmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlərini və protokolda göstərilənləri nəzərə alaraq barəsində inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, bildirmişdir ki, dəfələrlə alimentdən müəyyən məbləğ ödəniş edəcəyini qeyd etsə də bugünədək məhkəmə qərarını icra etməmişdir. Həmçinin borclunu axtarışa vermiş, 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bugün icra şöbəsinə gətirilmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməımişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, borclunun icra sənədinin icra edilməməsində təqsiri sübuta yetirilmişdir. Həmçinin borc ödənişindən qərəzli olaraq yayınması (keçmiş həyat yoldaşı ilə aralarında olan ədavətə görə ) məhkəmə iclasında tərəflərin bir-biri ilə münasibəti ilə də təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qüvvəyə mindiyi vaxtdan borclu az da olsa hissə-hissə borcunu ödəməyə çalışmamışdır. Məhkəmə onun bu əməllərini məhkəmə qərarının icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu inzibati qaydada həbs edilməlidir. Məhkəmə hesab edir ki, aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icra edilməməsi vətəndaşlarda məhkəmə qərarlarının hüquqi statusuna olan inamı itirməkdən savayı, həmçinin uşaqların mənafeyinin qorunması və hüquqlarının müdafiəsi istiqamətində mövcud qanunvericilik aktları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu – 28 fevral 2022-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Şəxs məhkəmə baxışı zamanı 03 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN-**********, m/h AZ37NABZ**********00********. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-726/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-726/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver