Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7264/2025 10.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Binəqədi rayon X4 Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 06 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC mülkiyyətində olan «Hyundai Equus» minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu daxil olduğu vaxtdan qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə göndərərk göstərmişdir ki, sorğu Cəmiyyətin ünvanına daxil olmamışdır. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş poçt sənədinin üzərində üç ədəd poçt möhürü olmaqla, sorğunun xx.xx.2025-ci il tarixdə şəxsən "xxxx" soyadlı şəxsə verilməsi barədə qeydiyyat vardır. Möhürlərdən birinin üzərində üzərində poçt şöbəsinin indeksi AZ1130 (poçt şöbəsi ünvan 1 ünvanında yerləşir), tarixə xx.xx.2025, digər iki möhürdə isə poçt şöbəsinin indeksi AZ1121 (poçt şöbəsi ünvan 2 ünvanında yerləşir), tarix xx.xx.2025-dir. Hansı ki, həmin poçt indeksləti Şəxs MMC-nin nə hüquqi baxımdan qeydiyyatda olduğu, nə də ki faktiki yerləşdiyi yerin, eləcə də nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yerin poçt indekslərinə uyğun gəlmir. MMC-nin hüquqi və faktiki ünvanı ünvan 3i AZ1141, nəqliyyat vasitəsinin qeydiyyat ünvanı isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 195C olmaqla, poçt indeksi AZ1054-dür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi R.S.Cəfərov etirazda göstərilənləri təsdiq etdiyini bildirərək, əlavə olaraq qeyd etdi ki, MMC-nin ünvanında X4 Şöbəsindən heç bir sorğu daxil olmamışdır. Xəbərnamədə göstərilən "xxxx" soyadı ilə bağlı isə qeyd etdi ki, MMC-nin "xxxx" soyadlı bir işçisi var, həmin işçi isə şirkətin ofisində deyil, Qaradağ rayonu ərazisində işləyir. Sonda R.S.Cəfərov məhkəmədən göstərilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada protokolu tərtib etmiş inzibati quruma məlumat verilmiş, lakin səlahiyyətli nümayəndə məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibni olmaması əsası ilə xitam verilməlidir. Belə ki, İXM-in 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-nin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXm-in 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. İXm-in 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Hazırki halda iş materiallarında poçt xəbərnaməsi mövcuddur ki, həmin xəbərnamədə məktubun Şəxs MMC-yə göndərildiyi, 01 iyul 2025-ci il tarixdə "xxxx" tərəfindən qəbul edildiyi göstərilməklə kifayətlənilmiş, MMC-nin ünvanı, məktubu qəbul edən "xxxx" soyadlı şəxsin kimliyi, vəzifəsi və s. məlumatlar göstərilməmişdir. Bu isə ziddiyyətli hal olmaqla, inzibati xəta haqqında MMC-nin lazımi qaydada məlumatlandırılmasını şübhə altına salır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində X2 Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 06 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol”la bağlı başlanmış icraata hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-7264/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7264/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver