Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7266/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ştq, Rəşid İsmayılov, ev 2025-ci Məhəllə, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan “Tatra 815 yük” markalı 90JT416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (xx.xx.2025-ci il, saat 15:01) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 protokola etiraz edərək bildirdi ki, hüquqi şəxsin yerləşdiyi faktiki ünvan Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58 ünvanıdır, həmin ünvanada hər hansı bildiriş göndərilməmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən bildiriş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə ünvanına göndərilmişdir ki, həmin ünvan da MMC-in tabe olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ünvanıdır. Əgər bildiriş onlara həqiqətən də çatsa idi, onlar sürücü barədə məlumatı dərhal verərdilər. Xüsusi ilə qeyd edir ki, yol verilmiş inzibati xətaya görə tətbiq edilmiş cərimə artıq ödənilmişdir. Ona görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon Polis İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “Tatra 815 yük” markalı 90JT416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci il tarixdə saat 15:01-də Qaradağ rayonu, Ələt qəsəbəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, mülkiyyətində və ya istifadəsində olan “Tatra 815 yük” markalı 90JT416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. İşdə olan Etibarnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi faktiki ünvan Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-dir. İnternet informasiya sistemindən əldə olunmuş məlumata əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ünvanı ünvan 4 xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Hüseynağa Əlili tərəfindən yol hərəkət qaydalarının pozulmasına görə AR DİN – BDYPİ-yə 36 manat məbləğində cərimə ödənişi etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə məsuliyyət yalnız o halda yaranır ki, səlahiyyətli orqanın sorğusu hüquqi şəxsə daxil olsun və bu vaxtdan etibarən 5 gün ərzində məlumat verilməsin. Deməli, məcburi element – sorğunun hüquqi şəxsə çatdırılması və onun sorğunu almasıdır. Hazırki iş üzrə polis hüquqi şəxsə sorğu göndərsə də, lakin bu sorğunun hüquqi şəxsin faktiki yerləşdiyi Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58 ünvanına deyil, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə ünvanına yəni MMC-nin tabe olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilmişdir. Belə olan halda isə hüquqi şəxsin “sorğunu almaması” ehtimalı yaranır ki, bu vəziyyətdə də hüquqi şəxsdən tələb olunan pozitiv hərəkət (məlumat təqdim etmə) öhdəliyinin başlanğıc anı sübut olunmur. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Eyni zamanda o da müəyyən olundu ki, hüquqi şəxsin işçisi “Tatra 815 yük” markalı 90JT416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tətbiq edilmiş cəriməni xx.xx.2025-ci il tarixdə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Baxılan işdə qeyd olunan müddət də keçmişdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7266/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7266/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver