Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7268/2025 16.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 və DİN Binəqədi RPİ-nin X8 Şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X1 İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən qəbul edilmiş 14 iyul 2025-ci il inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tərəfindən DİN-in Binəqədi rayon DYPŞ tərəfindən qəbul olunmuş 14 iyul 2025ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, o, 11 fevral saat 16:22 radələrində yaşadığı həyətə daxil olduğu zaman qaşıdan yola çıxmaq istəyən HONDA markalı minik avtomobilinin gəldiyini görüb MERCEDES markalı minik avtomobilini saxlamışdır. 4 metr ara məsafəsi olmasına baxmayaraq həmin avtomobilin sürücüsü tormoz əyləcini basmayıb onun maşınına vurmuşdur. Tərəf özü etiraf edir ki, hadisəni o törətmişdir, onda heç bir günah yoxdur, dayanmış maşını vurmuşdur. 12 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli protokolu SMS radar vasitəsi ilə onun telefonuna gəlmişdir. Bunları əsas gətirib Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi yazmış və Binəqədi Rayon Məhkəməsində xx.xx.2025-ci il tarixində məhkəmə prosesi keçirilmiş, qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün Binəqədi RPİ DYPŞ-nə göndərilmişdir. Lakin heç bir araşdırma aparılmamış, ekspertiza keçirilməmiş, qəza törətmiş şəxs çağırılıb izahatı alınmamış, yenidən onun inzibati xəta törətməsi barədə qərar çıxarılmışdır. Bu səbəbdən o yenidən Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi yazmış və Binəqədi rayon Məhkəməsində xx.xx.2025-ci il tarixində məhkəmə prosesi keçirilmiş, 3(001)-3961/2025 saylı qərarla Binəqədi RPİ DYPŞ-nin qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün Binəqədi RPİ DYPŞ-nə göndərilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-3961/2025 saylı qərarı heçə sayılmış, yenidən heç bir araşdırma aparılmamış, ekspertiza keçirilməmiş qəza törətmiş şəxs çağırılıb izahatı alınmamış yenidən onun inzibati xəta törətməsi barədə qərar çıxarılmışdır. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, barəsində əsassız tərtib edilmiş İXP ******* nömrəli protokol üzrə yenidən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında DİN Binəqədi RPİ-nin X8 Şöbəsinin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X2 barəsində qəbul edilmiş 07 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Binəqədi RPİ-nin DYPİ-nə göndərilmişdir. Aparılmış araşdırma zamanı 11 fevral 2025-ci il saat 16:40-da baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsində X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri müəyyən edilərək, 14 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. 12 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi barədə X4 və Anar Cəfərzadənin izahatları alınmışdır. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, həmin sxem hər iki sürücü tərəfindən imzalanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-899/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şikayət qismən təmin edilmiş, Binəqədi rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana – Binəqədi rayon DYPŞ-yə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 barəsində qəbul edilmiş 07 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında” qərardan şikayəti qismən təmin edilmiş, həmin qərar ləğv edilərək inzibati xəta hadisəsi üzrə qərarda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən araşdırma aparılması üçün Binəqədi rayon Polis İdarəsinin DYPİ-nə göndərilmişdir. 14 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli 3(001)-899/2025 saylı qərarı ilə şikayətçi X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, 12 fevral 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermmə haqqında qərar ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X4 barəsində qəbul edilmiş 07 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında” qərardan şikayəti qismən təmin edilmiş, həmin qərar ləğv edilərək inzibati xəta hadisəsi üzrə qərarda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən araşdırma aparılması üçün Binəqədi rayon Polis İdarəsinin DYPİ-nə göndərilmişdir. Aparılmış inzibati araşdırma nəticəsində yol-nəqliyyat hadisəsi üzrə toplanmış materiallara yenidən baxılmış və vətəndaş Emil İbrahimovun inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən sözügedən qərarlar qəbul edilən zaman inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi iştirak etməmişdir. Hazirda verilən şikayət üzrə keçirilən məhkəmə iclasında isə inzibati xəta haqqında protokolu tərtib etmiş və inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin polis leytenantı Nümayəndə2 iştirak etmiş və sözügedən inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında verilmiş şikayət 12 fevral 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, “Mercedes Benz E230” minik markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə sola doğru köməkçi yola dönən zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydaları pozulmuş, həmin yolda hərəkətdə olan “Honda” markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, DİN-in Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 14 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən DİN-in Binəqədi rayon DYPŞ-nin 14 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-7268/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7268/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver