Məhkəmə qərarları › İş №3(001)-730/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-730/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-730/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs İXM-nin 206-cı maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 izahatında bildirmişdir ki, Şəxs əldə edilmiş məlumat əsasında oğurluq əməlinin törədilməsində şübhəli bilindiyi üçün Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təmin edilmişdir. Aparılmış təhqiqat araşdırması zamanı material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində İXM-nin 206cı maddəsinin tərkib əlamətləri müəyyən edilmiş və qanvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Araşdırma zamanı həmçinin Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş və sonuncuda narkomaniya xəstəliyə aşkar olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona verilmiş suallara cavaba olaraq bildirmişdir ki, təhqiqat araşdırması zamanı Şəxs narkotik vasitəni Şəmkir rayonu ərazisində istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.Ailəlidir, 3 övladı var. Rəsmi iş yeri olmasa da Şəmkir rayonunda “istilikxana” (parnik) fəaliyyəti ilə məşğuldur. Təxmini 2 il olar ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 24 yanvar 2024-cü il tarixdə Şəmkir rayonunda yerləşən “Bazar”ın arxa tərəfində narkotik vasitə marixuana istifadə etmişdir. Bakı şəhərinə 26 yanvar 2024-cü il tarixdə X3 müalicə alan dosduna baş çəkmək üçün gəlmişdir. Bakı şəhərində olduğu zaman narkotik vasitələrdən istifadə etməmişdir. Sonuncu dəfə qeyd etdiyi kimi 24 yanvar 2024-cü il tarixdə saat təxminən 16-17 radələrində Şəmkir rayonunda “Bazar” kimi adlanan ərazidə keçirilən yas mərasimində iştirak edərəkən əvvəllər tanımadığı əslən Balakən rayonundan olan Elşad adlı şəxsdən pulsuz olaraq alıb istifadə etmişdir. Elşadın sadəcə adını bilir, digər məlumatları ona məlum deyildir. Elşada həmin narkotik vasitəni əldə etdiyinə görə hər hansı məbləğdə pul vəsaiti ödəməmişdir. Ona verilmiş suallara cavab olaraq isə araşdırma zamanı izahatı şəxsən yazmadığını, həmin izahatı oxumadan imzaladığını, polis orqanında “Marixuana olsa idi istifadə edərdim” kimi hər hansı ifadə işlətmədiyini bildirmişdir. Sonda isə törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hazırki inzibati xəta haqqında işə baxmaqda səlahiyyətli məkhəmə deyildir. Belə ki, tərəflərin izahatından da aydın şəkildə görünür ki, Şəxs narkotik vasitəni Şəmkir rayonu ərazisində qəbul etmiş, onun Bakı şəhəri Binəqədi rayonu ərazsində narkotik vasitədən istifadə etməsini təsdiq edən hər hansı sübut yoxdur, sadəcə keçirilmiş ekspertiza ilə onun narkotik vasitədən istifadə etməsi, onda narkomaniya xəstəliyinin aşkar edilməsi müəyyən edilmişdir. Protokolu tərtib edən Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru X2 da sadəcə ekspert rəyinə əsaslanaraq, şəxsin narkotik vasitədən harda və nə zaman istifadə etməsini araşdırmadan, bununla bağlı hər hansı sübut toplanmadan İXM-nin 206cı maddəsi ilə protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Şəxs məhkəmə iclasında bildirdikləri xx.xx.2024-cü il tarxili “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilənlərlə də təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İXM-nin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolda göstərilən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi Şəmkir rayonunda baş verdiyindən hazrkı protokol və protokola əlavə edilmiş materiallar aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar