Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-733/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektrou, polis baş leytenantı X4 iştirakı ilə xx.xx.2002-ci il tarixdə Xaçmaz rayonunun Mürsali- Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə X2 işlədiyi S.S.Axundov küçəsi 2 ünvanda yerləşən mağazanın şüşəsini sındıraraq oradan 60 manat dəyərində oğurluq etmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, protokolda göstərilən əməli törətmiş ünvan 2 ünvanında yerləşən ərzaq mağazasından 60 manat dəyərində ərzzaq götürdüyünü və vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin vəkili şəxsin əməlindən peşman olduğunu nəzərə alaraq yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin peşmanlığını ifadə etməsini onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirməyərək hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi ifadələrdə səmimi olmamaqla yanaşı, onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin icraatında onun Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-112/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs özgənin əmlakını talama məqsədi ilə tanışları X8 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 01 fevral 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 3 ünvanın qarşısında X5 tərəfindən saxlanılmış sonuncuya məxsus 1000 manat dəyərində 01 ədəd “Moon ZX 50 QD-30” markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, birlikdə M.Həsənova məxsus “Moon ZX 50 QD-30” markalı mopedi itələyərək kənara doğru gətirərək orada T.Əliyev mopedin ön hissəsini açaraq elektrik naqillərini bir birinə sürtərək mühərrikini hərəkətə gətirərək birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, zərərçəkmiş Mətləb Həsənova cəmi 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 03 fevral 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanın qarşısında X3 tərəfindən saxlanılmış sonuncuya məxsus 750 manat dəyərində 01 ədəd 2021-ci il buraxılışlı “Moon 50” markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, birlikdə S.Nurullayevə məxsus “Moon 50” markalı mopedi itələyərək kənara doğru gətirib birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, zərərçəkmiş Seymur Nurullayevə cəmi 750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 04 fevral 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 5 ünvanın qarşısında X6 tərəfindən saxlanılmış sonuncuya məxsus 1800 manat dəyərində 01 ədəd 2022-ci il buraxılışlı “X17” markalı mopedə yaxınlaşıb cinayətkar niyyətin həyata keçirilməsi üçün əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, birlikdə Ə.Zeynalova məxsus “X17” markalı mopedi itələyərək kənara doğru gətirib birlikdə oradan uzaqlaşaraq mopedi gizli olaraq talayıb, zərərçəkmiş Əsgər Zeynalova cəmi 1800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Məhkəmə hesab edir ki, göstərilən bu hallar onun əməlindən peşman olmadığını və barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilərsə onun islah olunmayacağını göstərir. Odur ki, aparılan məhkəmə araşdırmasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 23 gün müddətində inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Müdafiəçi iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 17:50 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Vəkil məhkəmə baxışı zamanı göstərdiyi hüquqi xidmətə görə 03 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN-**********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-733/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-733/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver