Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-734/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, Zərərçəkmiş şəxs Abuşova (Ağayeva) Samirə Səxavət qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6666/2019 nömrəli icra sənədində əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment sabit pul məbləğində tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6666/2019 nömrəli icra sənədi üzrə Şəxs borcunu tam icra etmədiyindən hazırkı günə kimi 4780 manat borcu yaranmışdır. Şəxs sonuncu dəfə 200 manat ödəməklə, bu günədək olan aliment borcundan cəmi 1780 (bir min yeddi yüz səksən) manat ödəniş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 6666/2019 nömrəli icra sənədində əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, ondan hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin sabit pul məbləğində tutularaq iddiaçı Abuşova (Ağayeva) Samirə Səxavət qızının xeyrinə ödənilməsi qət edildiyini, yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmadığını, xx.xx.2021-ci il tarixədək aliment ödənişlərini etdiyini, xx.xx.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-457/2021 saylı hökmü ilə azadlıqdan məhrum olunduğu üçün aliment borcunu ödəyə bilmədiyini, ötən ilin noyabr ayının 18-nə qədər Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini, cəza çəkdiyi dövrdə aliment borcunun yığıldığını, noyabr ayının 18-də azadlığa buraxılandan sonra ona dövlət tərəfindən 1200 manat sosial yardım verildiyini, həmin puldan dekabr ayında 200 manat aliment ödənişi etdiyini, 2023-cü ilin yanvar ayında da 200 manat aliment ödənişi etdiyini, lakin fevral ayında aliment ödəmək istəyəndə tələbkarın ondan 400 manat aliment tələb etdiyini, lakin onun hər ay 400 manat aliment ödənişi etməyə maddi imkanının olmadığını bildirmişdir. Hal-hazırda işləmədiyi üçün borcunu tam ödəyə bilmədiyini, hissə-hissə ödəniş edə biləcəyini bildirir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Abuşova (Ağayeva) Samirə Səxavət qızı izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6666/2019 nömrəli icra sənədində əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin sabit pul məbləğində tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6666/2019 nömrəli icra sənədi üzrə borcunu tam icra etmədiyindən xx.xx.2023-cü il tarixədək ona 4780 (dörd min yeddi yüz səksən) manat borcu yaranmışdır. Şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 200 manat ödəməklə, bugünəcən cəmi 1780 (bir min yeddi yüz səksən) manat məbləğində aliment ödəmişdir. O, Şəxs pulunu tam tələb edir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 6666/2019 nömrəli icra sənədində əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin sabit pul məbləğində tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşayış və iş yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(012)-105/2021 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-457/2021 saylı hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, üzərində qəti olaraq 11 bay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli Şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, borclu Şəxs barəsində məcburi icra tədbirləri tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs icra şöbəsinə məcburi gətirilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilmişdir. 144166/2019-14-22 nömrəli icra işi üzrə şəxsin kartoçkasından görünür ki, Şəxs barəsində tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, əmək müqaviləsi, pensiya məlumatları qeydə alınmamışdır. İş materiallarında olan “Milliön” elektron ödəmə sistemi vasitəsilə ödənilmiş qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 1780 (bir min yeddi yüz səksən) manat məbləğində pul Abuşova (Ağayeva) Samirə Səxavət qızına ödənilmişdir. xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, zərərçəkmiş şəxs Abuşova (Ağayeva) Samirə Səxavət qızı icra şöbəsinə ərizə təqdim edərək, övladları X1 üçün hər ay Şəxs Tərxan oğlundan 160 manat sabit məbləğdə borclu Şəxs ilə alimentlə bağlı qarşılıqlı razılığa gəldiklərini və onun barəsində məcburi icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6666/2019 nömrəli icra sənədi üzrə yaranmış borc məbləği ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə Şəxs ödənişlər etməsini, borcunu ödəməkdən qəsdən yayınmamasını nəzərə alaraq hesab edir ki, hazırkı məqamda Şəxs əməli icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-734/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-734/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver