Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-738/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-3624/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Şəxs 40000 manat məbləğində pulun tutularaq X4 ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borcluya göndərilmiş, borclu bildirişi imza etməklə qəbul etmişdir. xx.xx.2022-ci il tarixli qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə 40000 manat məbləğində borcunu X4 ödəyə bilməməsini hal hazırda işsiz olması, maddi imkanının olmamasını göstərmişdir. Şəxs bu günədək icra sənədi üzrə borcunu tam icra etməmiş və nəticədə icra sənədi üzrə 40000 manat borcu yaranmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-2(001)- 3624/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcunu ödəməmiş, bu səbəbdən də, borclu tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixldə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-3624/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 40000 manat məbləğində pulu X4 ödəməli olduğunu, işdən çıxdığı üçün həmin borcu ödəyə bilmədiyini və icra sənədini icra etməkdən boyun qaçırmadığını, həmin icra vərəqsi üzrə borcundan ödəniş etmək üçün ona bir gün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə icilası bir gün təxirə salınmış lakin Şəxs Rafiq oğlu xx.xx.2023-cü il tarixli məhkəmə icilasında yenidən həmin borcu ödəyə bilmədiyini, ödəniş üçün pul tapmadığını, hazırda işsiz olduğunu bildirmiş, ona iş tapmaq üçün məşğul idarəsinə və ya hər hansı qruma müraciət edib etməməsi sual edildikdə isə, iş üçün məşğulluq idarəsinə və ya hər hansı qruma müraciət etmədiyini, iş üçün qohum əqrabalarına müraciət etdiyini, qanunvericiliklə barəsində hansı tədbir görülməlidirsə ona razı olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-3624/2022 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Şəxs 40000 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Belə ki, o, Şəxs borcunu tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-2(001)-3624/2022 saylı xx.xx.2022-ci il nömrəli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Şəxs 40000 manat məbləğində pulun tutularaq X4 ödənilməsi qət edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya icra sənədi üzrə borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-2(001)-3624/2022 saylı xx.xx.2022-ci il nömrəli icra sənədi üzrə 40000 manat məbləğində pul X4 ödənilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-2(001)-3624/2022 saylı xx.xx.2022-ci il nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Şəxs 40000 manat məbləğində pulun tutularaq X4 ödənilməsi qət edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icra sənədinin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Əhmədov X5 Rayon Məhkəməsinin e-2(001)-3624/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra etməmiş və barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməsindən yayınmadığı, maddi vəziyyətinin ağır olmasına dair verdiyi izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, maddi vəziyyətinin ağır olması borc məbləğinin ödənilməsindən imtina edilməsi üçün əsas olmamaqla barəbar, icra sənədinin icra edilməsindən qərəzli olaraq yayınmadır. Məhkəmə qətnaməsinin qüvvəyə mindiyi və icra vərəqəsinin verildiyi xx.xx.2022-ci il tarixdən sonra Şəxs tərəfindən 40000 manat borcun ödənilməsi üçün heç bir addım atılmamış, həmin borcdan hissə-hissə də olsa hər hansı ödəniş edilməmişdir. Şəxs icra vərəqsəi üzrə ödəməli olduğu məbləği qərəzli olaraq ödəməməsi o zaman inandırıcı olardı ki, o qeyd edilən məbləğdən hər hansı ödəniş etmiş olsun. Lakin məhkəmə prosesi zamanı ona ödəniş etmək üçün imkan yaradılmış, məhkəmə prosesi bir gün müddətinə təxirə salınmış, lakin o həmin icra sənədi üzrə hər hansı vəsait ödəməmiş, bunu da maddi imkanının olmaması ilə əsaslandırmışdır. Məhkəmə prosesi zamanı ona iş tapmaq üçün məşğulluq idarəsinə hər hansı müraciət edib etməməsinə dair verilmiş suala cavabında məşulluq mərkəzinə müraciət etmədiyini, yaxın qohum-əqrabalarına iş üçün müraciət etdiyini bildirmişdir ki, o borcunu ödəmək niyyətində olsaydı indiyədək məşulluq idarəsinə müraciət edərək hər hansı işlə təmin edilməsini xahiş edər və ya hər hansı bir işə düzələrək icra vərəqi üzrə borcunun ödənilməsinə cəhd edərdi. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam olaraq sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər və özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin Binəqədi rayon Məhkəməsinin e-2(001)-3624/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimələnməsinin lüzumsuz olduğunu hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-738/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-738/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver