Məhkəmə qərarları › İş №3(001)-739/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-739/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-739/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, müəyyən etdim: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi, 1-ci dərəcəli kapitan X3 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından Qaradağ Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin həmin şikayət Qaradağ Rayon Məhkəməsinin 3(002)-143/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Qaradağ Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Qaradağ Rayon Məhkəməsi hesab etmişdir ki, qeyd edilən şikayət üzrə aidiyyat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.4-cü maddəsinə əsasən həll edilməlidir. Məhkəmə fikrini onunla əsaslandırmışdır ki, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon məhkəsinə verilir. Buna əsasən də Qaradağ Rayon Məhkəməsi inzibati işə Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin qeydiyyat ünvanına görə Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu qənaətinə gəlmişdir. Qaradağ Rayon Məhkəməsinin qərardadındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, X1 qeydiyyat ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 17 km., Puta 1 hərbi şəhərciyidir, bundan başqa Müdafiə Nazirliyinini 600 saylı Hərbi hissəsi Bakı şəhəri, Qaradağ Rayonu, Salyan Şosessi, ev Ələt-Salyan- Astara-17 ünvanında fəaliyyət göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hərbi hissənin mülki işçisi olan X4 əmək hüquqlarını pozmaqla, əmək haqqı ödənişlərini düzgün icra etməməklə bağlı X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı aşkarlanmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi hərəkətsizliklə müəssisənin ünvanında- Bakı şəhəri, Qaradağ Rayonu, Salyan Şosessi, ev Ələt-Salyan-Astara-17 ünvanında törədilmişdir. Bundan başqa hesab etsək ki, qərardan şikayətə vəsatət əsasında şikayət verən şəxsin yaşayış yeri üzrə baxılmalıdır, bu halda da qeyd etmək lazımdır ki, X1 qeydiyyat ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 17 km., Puta 1 hərbi şəhərciyi olduğundan yenə də məhkəmə aidiyyatı Qaradağ Rayon Məhkəməsi olacaqdır. Qaradağ Rayon Məhkəməsi aidiyyat məsələsini 129.1.4 əsaslandırmışdır ki, bu səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protestlə bağlıdır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hal-hazırkı inzibati iş üzrə şikayət verən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi, 1-ci dərəcəli kapitan X2r. O, isə vəzifəli şəxsdir, prokuror olmadığından məhkəməyə protest yox, şikayətlə müraciət edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında şikayətdən müəyyən edilmişdir ki, şikayət vermiş şəxs ərizəsini birbaşa Qaradağ Rayon Məhkəməsinə ünvanlamışdır. Qeyd edilən xüsusatlarla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi olaraq müəyyən edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin 3(002)- 143/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında göstərilənlərlə fikir ayrılığı yaranır. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, X1 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qaradağ-Zaqatala regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün şikayət və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 118, 129-cu maddəsini rəhbər tutaraq qərara aldım: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi, 1-ci dərəcəli kapitan X3 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət üzrə Qaradağ Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar