Məhkəmə qərarları › İş №3(001)-742/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-742/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-742/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İş № 3(001)-742/2021 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə Q Ə R A R xx xxxxxx 2021-ci il Bakı şəhəri Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bağırlı Günay Suliddın qızının katibliyi ilə İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində AP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “BMW 530 Xİ ” minik markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-нin 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2020-ci il tarixdə Şəxs MMC barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Barəsində inzibati iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Barəsində inzibati iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında чыхыш edən İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X5 izahatında Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini мящкямядян xahiş etdi. Беля ки, иş materiallarına əlavə edilmiş xx.xx.2020-cи il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Лакин, гeyd olunan sorğu barəsində inzibati xəta haqqında işə baxılan hüquqi şəxsə çatdırılmasını təsdiq edən dəlil мящкямяйя təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, sorğunun çatdırılmasını təsdiq edən sübut olmadığına görə, щямчинин ММЪ тяряфиндян бцтцн ъяримяляр юдяндийиня эюря hazırkı məqamda Şəxs-nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinəəsasənhüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİNİN BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Poçt indeksi AZ1116 Bakı şəhəri, Binəqədi r, Binəqədi Rayon Polis İdarəsinə A.Kunanbayev küç 4E Цнван:Bak ş, Binəqədi r, S.S.Axundov 8 Zal küç 1 xx xxxxxx 2021-ci il 3(001)-742/2021 Şəxsнин рящбярлийиня Bakı ş, Binəqədi r,M.Cəlal k, 9A mkr, ev 127, mənzil 130 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(001)- 742/2021 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti – 02 (ики) vərəqədə Hakim Abbas Rzayev İş №3(001)-742/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Binəqədi Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il Bakı şəhəri Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bağırlı Günay Suliddın qızının katibliyi ilə İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi Ağalarov Mirdamət Vaqif oğlunun iştirakı ilə, Bakı şəhərində, məhkəmə binasında Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 16:50 dəqiqədə açıldı Hakim məhkəmə iclasını açır və Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasına gəlmişdir, ancaq Barəsində inzibati iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bununla bağlı üzrlü səbəb bildirməmişdir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi Ağalarov Mirdamət Vaqif oğlu : xx.xx.1992-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı , İmişli şəhəri, Q.Qarayev küçəsi, ev 20 ünvanında qeydiyyatda olan Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Rzayev Abbas Əhəd oğlu Katib: Bağırlı Günay Suliddin qızı Hakim İXM-nin 74-cü maddəsinə əsasən məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarına hüquq və vəzifələrini izah edir. İnzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, İzahat vermək, Sübutlar təqdim etmək, Vəsatət və etirazlar vermək, Hüquqi yardımdan istifadə etmək, İş üzrə qəbul edilmiş qərardan şikayət vermək, İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi Ağalarov Mirdamət Vaqif oğlu - hüquq və vəzifələrim mənə aydındır. Hakim barəsində İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi Ağalarov Mirdamət Vaqif oğluna izahat vermək üçün söz verir. Möhtərəm hakim! Şəxs MMC-nin mülkiyyətində olan “BMW 530Xİ ” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, Bakı Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2020-ci il tarixdə Şəxs MMC barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası 17:00-da bağlı elan olunur. Hakim : Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar