Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-742/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şikayət verən şəxs X6 nümayəndəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X12 tərəfindən verilmiş şikayət daxil olmuşdur. X12 şikayətini onunla əsaslandırmışdır ki, AR Səhiyyə Nazirliyi tərəfindən barəsində AR İXM-nın 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmçinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar da qəbul edilmişdir. Həmin qərara əsasən o AR İXM-nın 210.1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat cərimə ilə cəzalandırılmışdır. Sözügedən qərar AR İXM-nin normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, inzibati xəta haqqında işin sənədlərindən də görsənir ki, inzibati xəta haqqında işin halları ətraflı araşdırılmadan belə bir qərar qəbul edilmişdir. Əvvəla inzibati xəta haqqında işi araşdıran orqan onun vəzifəli şəxs olmadığını nəzərə almamış və heç bir hüquqi əsas olmadan barəsində vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlbetmə haqqında qərar qəbul etmişdir. AR İXM-nın 17-ci maddəsində vəzifəli şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin həmin maddənin qeyd hissəsində vəzifəli şəxslərə kimin aid olmasına aydınlıq gətirilmişdir. AR İXM-nın 17-ci maddəsinin qeyd hissəsinə görə: "dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər”. O, inzibati xəta haqqında protokol tərtib edilərkən sahibkar-fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olmamışdır, yəni onun vəzifəli şəxs statusu yox idi. Belə bir halda AR SN tərəfindən onun vəzifəli şəxs kimi qəbul edilərək, barəsində belə bir qərar qəbul edilməsi qanunvericiliyin tələblərinin pozulması deməkdir. Eyni zamanda o yeni sahibkarlıq fəaliyyətinə başladığı üçün sahibkarlıq fəaliyyəti ilə əlaqədar qanunvericiliyin tələblərini bilmir. Bu inzibati xəta tərəfindən ilk dəfədir ki, törədilir. Amma AR SN-nın əməkdaşları bütün bu halları nəzərə almamış və AR İXM-in 24-cü maddəsinə əsasən onun barəsində xəbərdarlıq növündə inzibati tənbeh tədbiri tətbiq edə bildikləri halda, bunu etməmişdirlər. AR İXM-nın 24-cü maddəsinə görə xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. AR SN əməkdaşları bu əməlin onun tərəfindən ilk dəfə törədilməsini nəzərə alaraq ona bu problemin həlli ilə əlaqədar xəbərdarlıq etməli və qanunvericiliyin tələblərini izah etməli olduqları halda, bunu etməmiş və əsassız olaraq barəsində cərimə cəzası tətbiq etmişdirlər. Bu isə bir sahibkar kimi onun müflis olmağına gətirib çıxarır. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və inzibati xəta haqqında tənbeh növü dəyişdirilməlidir. Göstərilənlərə əsasən X12 xx.xx.2022-ci il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara dəyişiklik edilməsini və barəsində xəbərdarlıq növündə inzibati tənbeh tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən şikayətçi X6 vəkili və nümayəndəsi X5 şikayətin məzmununa uyğun izahat verərək, hüquqlarını müdafiə etdiyi X6 yeni sahibkarlıq fəaliyyətinə başladığından sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlardan məlumatı olmadığını, maddi vəziyyətinin yaxşı olmadığını, sözügedən cərimə qüvvədə saxlanıldığı halda onun sahibkarlıq fəaliyyətinə ciddi mənfi təsir göstərəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq hal-hazırda da xüsusi razılıq almadığını, lakin bununla bağlı 2023-cü ilin fevral ayında müraciət etdiyini, indiyədək lisenziya almamasını maddi imkanının aşağı olması ilə əsaslandırmışdır. Son olaraq sahibkarlara dəstəyin zəruri olduğunu qeyd edərək maliyyə vəziyyətinin yaxşı olmaması, qanunvericiliyinin tələblərini bilməməsi və törədilən inzibati xətanın tərəfindən ilk dəfə törədilməsini nəzərə alınaraq barəsində tətbiq edilmiş cərimə tənbeh tədbirinin xəbərdarlıq tənbeh tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X13 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərar tamamilə qanuni və əsaslı olaraq tərtib edilmişdir. Belə ki, X12 ünvan 1 ünvanda yerləşən stomatoloji kabinetdə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə Xüsusi razılıq (lisenziya) alınmadan özəl tibb fəaliyyəti (stomatoloji xidmətlərin göstərilməsi) ilə məşğul olmuşdur. Sözügedən xüsusat xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda, həmçinin xx.xx.2022-ci il tarixli aktda və şəxsin həmin tarixli izahatında öz təsdiqini tapmışdır. Buna görə də məhkəmədən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 barəsində İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lizensiya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” DVX seriyalı 000291 nömrəli aktdan görünür ki, X12 tərəfindən ünvan 1-də yerləşən ünvanda stomatoloji xidmətlərin ( özəl tibbi fəaliyyətin) göstərildiyi aşkar edilmiş və ona xüsusi razılığın tez bir zamanda aınması üçün aidiyyəti orqana müraciət etməsi təklif olunmuş, həmin akta onun izahatı əlavə edilmiş, lakin o heç bir əsaslı səbəb göstərmədən qeyd edilən aktla tanış olmaqdan, aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə bağlanmış müqavilədən görünür ki, X1 fəaliyyəti ilə əlaqədar hüquqi yardım üçün sözügedən müəssisə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qüvvədə olan müqavilə bağlamışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıa iş üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli **********7150 nömrəli qərarından görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X12 (VÖEN: **********) barəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, X2 qərarla xx.xx.2022-ci il tarixdə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan KY seriyalı ********* nömrəli çıxarışdan görünür ki, ********** VÖEN altında fəaliyyət göstərən X12 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cari fəaliyyət dövründə barəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məqsədi ilə plandankənar operativ vergi nəzarəti həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmış, həmin çıxarış Hüseynli Mahirə xx.xx.2022ci il tarixdə təqdim edilmiş və o bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan X6 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, həmin izahatda işlədiyi yer qrafasında özünü fərdi sahibkar kimi qeyd edərək, ünvan 1-də yerləşən ünvanda 2 aydır özəl tibb fəaliyyət (stomatoloji xidmətlərin göstərilməsi) ilə məşğul olduğunu, sahibkarlıq fəaliyyəti dövründə ümumi gəlirinin 500 (beş yüz) manat olduğunu, VÖEN-nin aktiv olduğunu, qısa müddət ərzində fəaliyyət göstərdiyi evi vergi orqanında uçota alınmasını təmin edəcəyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, X12 ünvan 1-də yerləşən ünvanda lisenziya olmadan özəl tibbi fəaliyyətlə yəni stomotoloji xidmətlərin göstərilməsi ilə məşğul olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 22.1.1-ci maddəsində inzibati tənbeh növü kimi xəbərdarlıq inzibati tənbeh növü qanunverici tərəfindən müəyyən olunsa da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin sanksiyasında qanunverici tərəfindən xəbərdarlıq tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, törədilmiş inzibati xətaya görə X9 xəbərdarlıq tənbeh tədbirinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. X3 barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərkən sahibkar-fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olmaması, yəni onun vəzifəli şəxs statusunun olmaması ilə bağlı mövqeyi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən sənədlərdən də görünür ki, yoxlama aparılan dövrdə X12 ********** nömrəli VÖEN ilə vergi orqanında uçotda olmuş, bunu o, xx.xx.2022-ci il tarixli izahatında da təsdiq etmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında **********7150 nömrəli qərarında X6 ********** nömrəli VÖEN-i göstərilmiş, həmin qərar X10 təqdim edilmiş və o həmin qərarla xx.xx.2022-ci il tarixdə tanış olmasını imza etməklə təsdiq etmişdir. Habelə onun barəsində aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY seriyalı ********* nömrə ilə qeydiyyata alınmış, sadəcə olaraq faktiki fəaliyyət göstərdiyi obyekti vergi orqanında uçota aldırmamışdır. Vergi Məcəlləsin 33.2-ci maddəsinə əsasən vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Göründüyü kimi X12 vergi orqanında vergi ödəyicisi kimi ********** VÖEN ilə uçota alınmış, onun təsərrüfat subyektini isə uçota aldırmaması onun fərdi sahibkarlıq stausunun olmasını istisna etməmişdir. Bundan başqa İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin məcəllənin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X12 ********** VÖEN ilə vergi orqanında uçotda olduğundan, özəl tibbi fəaliyyətlə (stomotoloji xidmətlərin göstərilməsi) məşğul olmaq üçün xüsusi razılıq (lizensiya) almalı olduğu halda belə razılıq almadan özəl tibbi fəaliyyətlə yəni stomotoloji xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olaraq vəzifəli şəxs kimi İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törtətmişdir. X12 barəsində İXM-nin 210.1-ci maddəsi ilə İnzibati Xəta haqqında MN seriyalı ******* saylı protokol xx.xx.2022-ci il tarixdə, İnzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərar isə 14 oktyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Yəni onun barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o vergi orqanında ********* VÖEN ilə fərdi sahibar kimi vergi uçotunda olmuşdur. Bundan başqa şikayətçi ərizəsində sahibkarlıq fəaliyyəti ilə təzə məşğul olmağa yeni başladığı üçün qanunvericiliyin tələblərini bilmədiyindən lisenziya almadığını göstərmişdir. Məhkəmə şikayətçinin bu mövqeyi ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasını Konstitusiyasının 72.3-cü maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan başqa şəxs sahibkarlıq fəaliyyəti üzrə hüquqi yardım üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlamışdır. Eyni zamanda Operativ vergi nəzarəti tədbiri zamanı tərttib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 000291 saylı aktda X9 lisenziya alması üçün müvafiq qruma müraciət etməsi təklif olunsa da, hazırkı tarixədək onun tərəfindən stomotoloji fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa inzibati xəta kimi müəyyən edilmiş, həmin inzaibati xətaya görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilməsi göstərilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X12 İXMnin 210.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni lisenziya olmadan özəl tibbi fəaliyyət (stomotoloji xidmətlərin göstərilməsi) ilə məşğul olmuş, buna görə də onun barəsində düzgün olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərarından X12 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-742/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-742/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver