Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-742/2024 23.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx"MMC-nin İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx"MMC-nin İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialda qeyd edilmişdir ki, “Health Group“ MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X6 fəaliyyətləri nəticəsində əmələ gələn tullantıların daşınması və zərərləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirməməsi, nəticədə tullantılar hara gəldi atılmaqla ətraf mühit çirkləndirilərək antisanitar vəziyyət yaratması, bununla da tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, istifadəsi normalarının və qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X12, X1 Ayaz Niyazi oğlunun izahatı və toplanmış digər sənədlərlə təsdiq edilir. İzahatı alınmış X12 göstərmişdir ki, 2002-ci ildən Binəqədi rayonu Mənzil Komunal Təsərüffat Birliyində-mütəxəssis vəzifəsində işləyir. Vəzifəsinin təhkim olunduğu ərazi üzrə qeyri yaşayış obyektlərindən məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə bağlı komunal ödənişləri yığmaqdan ibarət olmuş, ünvan 1 ünvanında yerləşən, “Health Group“ MMC-nin nəznində fəaliyyət göstərən “Medi Point” Tibb klinikası 2 ilə yaxın müddətə tam fəaliyyət göstərmiş, lakin dəfələrlə xəbərdarlıq etmələrinə və bildiriş vermələrinə baxmayaraq məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üzrə müqavilə bağlamaqdan imtina etmiş, əhali üçün nəzərdə tutulmuş ümumi zibil konteynerlərindən istifadə etmişdirlər.X7, X2 Rauf Rahil oğlu ilə eyni məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Bakı şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən Binəqədi Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış material olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC ilə X15” MMC arasında bağlanılmış xidmət müqaviləsinə əsasən icraçı B və C sinfinə aid tibbi tullantıları daşınması xidmətini həyata keçirir. Hüquqi şəxs tərəfindən heç vaxt tullantılar atılmamış, hüquqi şəxsin olduğu yerdə ümumiyyətlə zibil konteynerləri belə mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında matrealı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsMMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, hüquqi şəxs “Health Group“ MMC barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan sifarişçi Şəxs MMC ilə icraçı “X11” MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, TTİ-160 nömrəli müqavilədən görünür ki, icraçı sifarişçinin tələbatına və müaviləyə əsasən 01 il ərzində tibbi tullantıların daşınması və idarəolunmasını öz üzərinə götürür. Həmin müqaviləyə əsasən B sinfinə aid tibbi tullantıların 0,01 m3-nin daşınma qiyməti 3.20 manat, zərərsizləşdirilməsi qiyməti 0,80 manat, C sinfinə aid tibbi tullantıların 0,01 m3-nin daşınması 3.20 manat, zərərsizləşdirilməsi qiyməti isə 0,80 manat təşkil edir. “X15” MMC tərəfindən tərtib edilmiş tibbi tullantıların zərərsizləşdirilməsi barədə aktdan görünür ki, 0,26 m3 sahədə olan tullantılar xx.xx.2023-cü il tarixdə yığılma, xüsusi insineratorda yanma metodu ilə zərərsizləşdirilmiş, xx.xx.2023-cü il tarixdə 104 manat məbləğində invoice verilmişdir. “X15” MMC tərəfindən tərtib edilmiş tullantıların təhvil alınması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 0,23 m3 həcmində tullantılar “X15” MMC-nin poliqonuna daşınmışdır. Məhkəmə araşdırması zamanı “Health Group“ MMC-nin Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar iş materiallarında hər hansı bir fotoşəkil, video görüntü olmadığı müəyyən edilmişdir. İş üzrə sübut bazası sadəcə Bakı şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının ifadələrindən ibarət olmuşdur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iş materiallarında olan ifadələrdə istər Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mütəxəssisi kimi X12, istərsə də Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mühasibi X8 və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mühasibi X9 izahatlarında klinikanın məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqavilə bağlamayaraq əhali üçün nəzərdə tutulmuş ümumi zibil konteynerlərindən istifadə etməsini təsdiq edən foto və ya video çəkilişi kimi sübutlarının olmadığını bildirmişdirlər. İş materiallarında olan sübutlar Şəxs MMC tərəfindən İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın həqiqətən də törədilməsi və bu halın mütəmadi xarakter alması faktını təsdiq etmədiyindən məhkəmə hesab edir ki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilən hallar özü-özlüyündə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübut etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2- ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC –yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil, “Şəxs MMC –nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130,266.2 və 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-742/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-742/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver