Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-743/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş İXP ******* nömrəli protokoldan verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin icraatına X2 tərəfindən onun barəsində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş İXP ******* nömrəli protokoldan verilmiş şikayət daxil olmuşdur. Daha sonra məhkəmə icilasında X2 ərizə təqdim edərək, şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmə tərəfindən baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 məhkəməyə ünvanlandığı şikayətdə onun barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmiş, həmin protokol əsasında hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər, vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 İXP ******* nömrəli protokoldan şikayət etdiyindən, İnzibati Xətalar Məcəlləsində isə protokoldan deyil, qəbul edilmiş qərardan şikayətin verilməsi nəzərdə tutulduğundan və onun həmin şikayət ərizəsini geri qaytarılması barədə ərizəsi təmin edilməli və onun şikayəti baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 52-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 İXP ******* nömrəli protokoldan verdiyi xx.xx.2023-cü il tarixli şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-743/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-743/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver