Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-747/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 800455 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 800455 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən “LESTRANS 59” şirkəti arasında xx.xx.2020-ci il tarixdə ******* Rusiya rublu məbləğində meşə materiallarının alınması ilə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin dəyəri bank vasitəsilə müxtəlif vaxtlarda hissə-hissə Rusiya Federasiyasında yerləşən “LESTRANS 59” şirkətinin hesabına köçürülmüşdür. Bundan əlavə “LESTRANS 59” şirkətinin meşə materiallarının alınması ilə bağlı Şəxs MMC ilə aralarında digər müqavilələr də bağlanmışdır. xx.xx.2020-ci il tarixli müqavilə ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən 800455 Rusiya rublu məbləğində vəsait “LESTRANS 59” şirkətinin hesabına köçürülmüşdür. “LESTRANS 59” şirkəti tərəfindən müqavilədə nəzərdə tutulmuş malları hissə-hissə Azərbaycan Respublikasına Şəxs MMCnin ünvanına göndərilmiş və gömrük bəyannamələri verilmişdir. xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən LESTRANS 59” şirkətinin hesabına köçürülmüş 800455 Rusiya rublu məbləğində vəsaitin hesabına göndərilmiş mallar digər müqavilələr əsasında göndərilmiş mallarla birgə göndərildiyi üçün xx.xx.2021-ci il tarixli köçürmə ərizəsində qeyd edilən məbləğlə bağlı gömrük bəyannaməsinin veriulməsi mümkün olmamışdır. Lakin həmin köçürmə ərizəsində qeyd edilən 800455 Rusiya rublu dəyərində meşə materialları Şəxs MMC-nin ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “LESTRANS 59” şirkəti arasında dəyəri ******* olan alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2021-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 800455 Rusiya rublu məbləğində pul vəsaiti ilə “LESTRANS 59” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 800455 Rusiya rublu məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixli, **********8322 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “LESTRANS 59” şirkətinin hesabına köçürülmüş pul vəsaitinin hesabına alınmış 697221 Rusiya rublu dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. xx.xx.2021-ci il tarixli, **********8843 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “LESTRANS 59” şirkətinin hesabına köçürülmüş pul vəsaitinin hesabına alınmış 799936 Rusiya rublu dəyərində mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC -də olan hesabdan köçürülmüş 800455 Rusiya rublu məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal edilmiş, lakin Şəxs MMC ilə Rusiya Federasiyasında yerləşən “LESTRANS 59” şirkəti arasında digər alğı-satqı müqavilələri də bağlandığı üçün qeyd edilən dəyərdə olan mallar digər müqavilələr əsasında göndərilmiş mallarla qarışdırılmış, nəticədə həmin xx.xx.2023-cü il tarixli köçürmə ərizəsi əsasında idxal olunmuş mallara dair ayrı gömrük bəyannəməsinin verilməsi mümkün olmamışdır. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 800455 Rusiya rublu məbləğində vəsait hesabına olan malları “LESTRANS 59” şirkəti tərəfindən ölkəyə idxal olunmuşdur. Bu isə onu göstərir ki, xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-747/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-747/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver