Məhkəmə qərarları › İş №3(001)-7477/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7477/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7477/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı № ******* nömrəli 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında yerləşən təndirxanada (un və un məmulatları) d=15 mmlik su təchizatı şəbəkəsinə qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 08 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq, ünvan 1 ünvanında yerləşən təndirxanada su təzhizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və sudan qanunsuz istifadə halı aşkar olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, sözügedən kafedə d-15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunur. Buna dair 09 oktyabr 2025-ci il tarixli 000295 nömrəli Akt tərtib olunmuş və aktın doğruluğu bütün iştirakçılar, o cümlədən Şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı fotoşəkillər çəkilmiş və akta əlavə edilmişdir. Həmin Akt əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinə 2196 manat vurulmuş maddi ziyan hesablanmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə MN seriyalı № ******* nömrəli 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərəfindən hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədildiyindən onun barəsində inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildiriş, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə sms xəbərdarlıq göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə baxılmasının yeri və müddətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığını nəzərə alaraq, işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 09 oktyabr 2025-ci il tarixli 000295 nömrəli Aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq, ünvan 1 ünvanında yerləşən təndirxanada su təzhizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və sudan qanunsuz istifadə halı aşkar olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, sözügedən kafedə d-15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunur. Buna dair Akt tərtib olunmuş və aktın doğruluğu bütün iştirakçılar, o cümlədən T.Yaqubov küçəsi 6 ünvanında yerləşən kafenin sahibi Şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı fotoşəkillər çəkilmiş və Akta əlavə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin 08 oktyabr 2025-ci il tarixli, 603613 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında yerləşən təndirxanada d-15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində “X2”nın 8.7-ci bəndinə əsasən hesablanmış maddi ziyanın məbləği 2196 manat təşkil edir. MN seriyalı ******* nömrəli 09 oktyabr 2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin böyük məsləhətçisi Nümayəndə1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, fiziki şəxs Şəxs 08 oktyabr 2025-ci ildə ünvan 1 ünvanında yerləşən təndirxanada d-15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, 09 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları ünvan 1 ünvanında yerləşən təndirxanada, təndirxananın vergi ödəyicisi Şəxs iştirakı ilə su təchizatı və kanalizasiya sisteminə baxış keçirmiş, baxış zamanı sözügedən kafedə d-15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talandığı müəyyən edildiyindən buna dair eyni tarixdə 000295 nömrəli Akt tərtib olunmuş, aktın doğruluğu bütün iştirakçılar, o cümlədən kafenin vergi ödəyicisi Şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən təndirxanada su təchizatı sisteminə qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində “X2”nın 8.7-ci bəndinə əsasən hesablanmış maddi ziyanın məbləği 2196 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” qanunun: 67-ci maddəsinin birinci hissəsinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın: 3.1-ci maddəsinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göründüyü kimi qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, ünvan 1 ünvanında yerləşən təndirxananın vergi ödəyicisi Şəxs sözügedən kafedə d-15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 262.3-cü maddəsinə görə Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Məhkəmə Şəxs ilk dəfə bu növ inzibati məsuliyyətə cəlb edildiyini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, fiziki şəxsin şəxsiyyətini xarakterizə edən halları, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsinin sanksiyasının aşağı həddində inzibati tənbeh olaraq cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar