Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-748/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi böyük məsləhətçi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili) X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Şəxs MMC Bakı şəhəri, Binəqədi rayonu, 6cı mikrorayon, məhəllə 3215, keçid 1410, ev 15/2, mənzil 17, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, X2 və X6 il Şəxs MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətləri xidməti müqavilələr ilə rəsmiləşdirilmiş, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 verdiyi izahatında bildirmişdir ki, protokola əsasən X2 və X6 il Şəxs MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətləri xidməti müqavilələr ilə rəsmiləşdirilmiş, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, protokola əsasən X2 və X6 il Şəxs MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətləri xidməti müqavilələr ilə rəsmiləşdirildiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. Bu tamamilə əsassızdır. Belə ki, X1 “TRONİQ" MMC ilə rəsmi müqaviləsi olmamış, qeyri-rəsmi onun direktor müavini vəzifəsində işləyəcəyi barədə danışılmışdır. Həmin zaman X2 müxtəlif vaxtlarda həmin şirkətə gəlib gedirdi. Bunu görən "xxxx" MMC-in rəhbərliyi ümumiyyətlə sonuncunu ora buraxmamaq barədə mühafizəçilərə tapşırıq vermişdir. Bu zaman xx.xx.2022-ci il tarixdə tələsik bir xidməti müqavilə imzalamışlar, amma elə həmin gündə bu xidməti müqavilə ləğv olunmuşdur. Bundan başqa X9 “TRONİQ" MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanılan xidmət müqaviləsi əsasında layihə rəhbəri funksiyasını həyata keçirməli idi. X9 başqa yerdə əmək müqaviləsi ilə işlədiyinə görə “TRONİQ" MMC ilə xidməti müqavilə bağlamalı olmuşdur. Bu iş müvəqqəti xarakter daşıyırdı. Müqavilə bağlansa da dekabrın əvvələrində X9 “TRONİQ" MMC-yə gedərkən onu içəri buraxmadılar və nəticə etibarilə müqavilə də icrasız qaldı. Bu istehsal işi 3-4 ay ərzində yekunlaşmalı idi və süni intelekt ilə bağlı idi. Qısa müddət ərzində yekunlaşmasına görə də xidməti müqavilə bağlanmışdı. Deyilənlərin nəzərə alınaraq Şəxs MMC-in barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, o, əvvəl "xxxx" MMC-də işləyirdi. Hal-hazırda “TRONİQ" MMC ilə "xxxx" MMC arasında məhkəmə prosesi davam edir. "xxxx" MMC-in direktoru ilə aralarında zidiyyət yaranmağa başlamışdır. O, orada artıq işləyə bilməyəcəyindən istefa verib “TRONİQ" MMC-də işləmək qərarına gəlmişdir. Bu isə qeyd edilən MMC-in direktoru ilə aralarında narazlıq yaranmasına səbəb olmuşdur. Bu 2 şirkət eyni ərazidə yerləşirdi. "xxxx" MMC-in rəhbərliyi mühafizəçilərə tapşırıq verdi ki, onu içəri buraxmasınlar. Həmin vaxt onun “TRONİQ" MMC ilə rəsmi müqaviləsi olmamış, qeyrirəsmi onun direktor müavini vəzifəsində işləyəcəyi barədə danışılmışdır. Həmin zaman o müxtəlif vaxtlarda həmin şirkətə gəlib gedirdi. Bunu görən "xxxx" MMC-in rəhbərliyi ümumiyyətlə onu ora buraxmamaq barədə mühafizəçilərə tapşırıq vermişdir. Bu zaman onlar xx.xx.2022-ci il tarixdə tələsik bir xidməti müqavilə imzalamışlar, amma elə həmin gündə bu xidməti müqavilə ləğv olunmuşdur. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirmişdir ki, o, “TRONİQ" MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanılan xidmət müqaviləsi əsasında “müxtəlif avadanlıqların və robotexnikaların istehsalı ilə birgə, onların süni intellekt vasitəsilə idarəedilməsi üçün proqram təminatlarının yazılması və ana platalarının istehsalı işlərinin təşkili” layihəsinin rəhbəri funksiyasını həyata keçirməli idi. O, başqa yerdə əmək müqaviləsi ilə işlədiyinə görə “TRONİQ" MMC ilə xidməti müqavilə bağlamalı olmuşdur. Bu iş müvəqqəti xarakter daşıyırdı. O, verilən materialları dəyərləndirib sonra işə başlayacaqdı. Müqavilə bağlansa da o, “TRONİQ" MMC-yə gedərkən onu "xxxx" MMC-in həyətinə buraxmadılar və nəticə etibarilə müqavilə də icrasız qaldı. Bundan başqa həmin müqaviləyə həmin gün də qarşılıqlı xitam verilmişdir. Bu istehsal işi 3-4 ay ərzində yekunlaşmalı idi. Qısa müddət ərzində yekunlaşacağına görə də xidməti müqavilə bağlanmışdır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 və X9 ilə Şəxs MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətləri xidməti müqavilələr ilə rəsmiləşdirilmiş, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissənin tələbləri pozulmuşdur. Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli xidməti müqavilədən görünür ki, X9 ilə Şəxs MMC arasında xidməti müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli xidməti müqavilədən görünür ki, X2 ilə Şəxs MMC arasında xidməti müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, Şəxs MMC və X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11 nömrəli “Xidməti müqavilə”-yə fiziki şəxs tərəfindən, ona təklif edilən xidməti növündən imtina etdiyi üçün qarşılıqlı xitam verilmişdir. xx.xx.2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, Şəxs MMC və X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 05 nömrəli “Xidməti müqavilə”-yə fiziki şəxs tərəfindən, ona təklif edilən xidməti növündən imtina etdiyi üçün qarşılıqlı xitam verilmişdir. xx.xx.2022-ci il tarixli, 04/22-YTP-027-X nömrəli müqaviləndən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xidməti müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 08/22-YTP-027-İ-2 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında avadanlığın icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 04/22-YTP-027-İ nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında tikili sahəsinin icarəyə verilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;... 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır Sadalanan iş materiallarından göründüyü kimi Şəxs MMC-in baş direktoru X14 ilə X2 və X9 aralarında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xidməti müqavilələr bağlanılmışdır. Qeyd edilən həmin xidməti müqavilələr elə həmin tarixdə də qarşılıqlı xitam verilmişdir. Başqa sözlə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xidməti müqavilələr üzrə heç bir iş icra olunmamışdır. Bundan başqa qanunvericiliyin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Göründüyü kimi xidməti müqavilə bağlansa da belə 2 gün ərzində bu halı aradan qaldırmaqla əmək müqaviləsi bağlanıla bilərdi. Lakin qeyd edilən xidməti müqavilələrə bağlandığı gündə də xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İXM-in 192.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən və İXM-in 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-748/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-748/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver