Məhkəmə qərarları › İş №3(001)-7487/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7487/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7487/2025 15.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X3 Binəqədi rayon X8 Şöbəsi tərəfindən avtomobilinin əsassız olaraq cərimə meydançasına aparılması ilə bağlı qəbul edilmiş qərarın qanunsuz sayılması barədə şikayətinə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 rayon X8 Şöbəsi tərəfindən avtomobilinin əsassız olaraq cərimə meydançasına aparılması ilə bağlı qəbul edilmiş qərarın qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materialları araşdırılarkən məlum olmuşdur ki, Binəqədi rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, X5 İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. X1 şikayətin “xahiş edirəm” hissəsində Binəqədi rayon X8 Şöbəsi tərəfindən avtomobilinin əsassız olaraq cərimə meydançasına aparılması ilə bağlı qəbul edilmiş qərarın qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, X3 şikayətində qeyd etdiyi xüsusatla bağlı məhkəməyə inzibati qaydada şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, Binəqədi rayon X8 Şöbəsi tərəfindən avtomobilinin əsassız olaraq cərimə meydançasına aparılması ilə bağlı qəbul edilmiş qərarın qanunsuz sayılması barədə şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X3 Binəqədi rayon X8 Şöbəsi tərəfindən avtomobilinin əsassız olaraq cərimə meydançasına aparılması ilə bağlı qəbul edilmiş qərarın qanunsuz sayılması barədə şikayət geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar