Məhkəmə qərarları › İş №3(001)-749/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-749/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-749/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim: Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X1, Zərərçəkmiş şəxs (tələbkar): Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə m ü əy y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh Şəxs MTK tərəfindən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Borclu qərarın icrasından boyun qaçırmış və beləliklə də icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 17 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş icra məmuruna məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə he bir məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi məqəsədəmüvafiq hesab edilmişdir. Tələbkar məhkəmədə verdiyi izahatında bildirdi ki, icra sənədi borclu tərəfindən qəsdən icra olunmadığı üçün borclunun icra sənədini tam icra etməsini, əks təqdirdə məhkəmədən hüquqi şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. O bildirmişdir ki, illərdir məhkəmə qərarı icra edilmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MTK Bakı şəhəri, Azadlıq prospekti 158 saylı evin qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus qarajı əvvəlki vəziyyətinə qaytarmayaraq ona təhvil verməmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayon icra şöbəsinin icra məmurları, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi və tələbkarın iştirakı ilə mübahisəli ünvana getmiş, qarajı xx.xx.2022-ci il tarixdə Şəxs MTK-nın sürücüsü tərəfindən tikinti materialları boşaldılarkən sol tərəfində toxunmuş və nəticədə qarajın panelləri sol ön divarı dağıldığı üçün qopmuş və qaraj istifadəyə yararsız vəziyyətə düşmüşdür. Qaraj sökülü vəziyyətdə olduğu üçün icra hərəkətlərinin aprılması mümkün olmamışdır. İşdə olan Şəxs MTk tərəfindən Binəqədi Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın rəhbərliyi qarajın yerləşdiyi sahənin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə formatında hündürmərtəbəli yaşayış binalarının inşa edilməsi üçün müvafiq ayrıc aktına əsasən hüquqi şəxsə ayrılması və qeyd edilən ərazidə hansı digər növ tikililərin inşa edilməsi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə nəzərdə tutulmadığından Binəqədi Rayon Məhkəməsinin icra vərəqəsiinin icra edilməsi ilə əlaqədar tələbkar Zərərçəkmiş şəxs məxsus qarajın əvvəlki vəziyyətə gətirilməsi və tələbkara qaytarılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə hüquqi şəxslərin üç min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Şəxs MTK tərəfindən həmin inzibati xətanın törədilmsəi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş,fotoşəkillər və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə qərarı borclu hüquqi şəxs tərəfindən qəsdən icra edilməməkdədir. Belə ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə daş qarajın əvvəlki vəziyyətə salınaraq tələbkara qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırda həmin qarajın sökülmüş vəziyyətdə olması və ya hətta mövcud olmaması Şəxs MTK-nı məhkəmə qərarının icrasından azad etmir. Digər tərəfdən Şəxs MTK tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilən, məhkəmə qərarının icra edilməsinin mümkünsüzlüyünə dair “obyektiv” olduğu iddia edilən arqumentlər heç bir sübuta əsaslanmadığından məhkəmə tərəfindən məhkəmə qərarının icrasından yayınmaq üçün bəhanə kimi qiymətləndirilir. İcra işinin materiallarında olan fotoşəkillərdə sökülmüş qarajın təkrar bərpasının mümkün olmasının müəyyən edilməsi ilə yanaşı, həmin ərazidə Binəqədi İcra Hakimiyyəti başçısının sərəncamı ilə pilot layihə çərçivəsində çoxmərtəbəli binaların mövcud və ya ehtimal edilən tikintisinə dair layihələr, həmin qarajın yerində hər hansı bir tikilinin inşa edilməsi faktı müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xəğalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən şəxsə inzibati tənbehin tətbiq edilməsi, onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar