Məhkəmə qərarları › İş №3(001)-7544/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7544/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7544/2025 14.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" MMC-nin texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi əmr əsasında həvalə edilmiş MMC-nin anbar müdiri Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində müəssisənin işçisi X8 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu ərazisində iş zamanı sağlamlığa ağır zərər vurulması ilə nəticələnmiş xəsarət almışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 bildirmişdir ki, "xxxx" MMC-də fəhlə işləyən X4 xx.xx.2025-ci il tarixdə iş yerində nərdivandan yıxılaraq xəsarət alması ilə bağlı X6 Xidməti tərəfindən həmin bədbəxt hadisənin təhqiqatı aparılmışdır. Təhqiqat nəticəsində müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2025-ci il tarixli əmri ilə anbar ərazisi üzrə cavabdeh şəxs təyin edilmiş anbar müdiri Şəxs tərəfindən hadisənin baş verdiyi anbar sahəsində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmamışdır. Şəxs tərəfindən əməyin mühafizə qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulduğuna görə barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs Hüseyanağa oğlunun inzibati qaydada tənbeh edilməsi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, X4 xx.xx.2025-ci il tarixdə iş yerində nərdivandan yıxılaraq xəsarət almasında X1 heç bir təqsiri yoxdur. Belə ki, bədbəxt hadiəsinin təhqiqat aktında qeyd edilir ki, bədbəxt hadisənin baş verdiyi nərdivanda məhəccərin olmaması məsələsinə münasibət bildirilməsi, anbar sahəsi üzrə sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına cavabdeh şəxsin təyin olunması barədə əmrin təqdim edilməsi məqsədilə Cəmiyyət rəhbərliyinə xx.xx.2025-ci il tarixli məktubla müraciət edilmişdir. Cəmiyyət rəhbərliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda anbar ərazisində istifadə olunan nərdivanın həmin yerə qaynaq və ya başqa vasitələrlə birləşdirilmədiyi, həmin nərdivanın pilləkən kimi deyil daşınan nərdivan kimi istifadə ediidiy, Azərbaycan Respublikası Standartlaşdırma X2 nərdivanlarla bağlı hazırladığı AZS EN 131-1:2024 standartında portativ, pilləli, söykənmiş pilləli, bir hissəli söykənə bilən, bölməli, uzanan və platformalı nərdivanlarla bağlı standartların hazırlandığı, nərdivanın məhəccərinin olması ilə bağı tələb və normanın olmadığı, məhəccərin yalnız pilləkənlərə aid olduğu, nərdivana əlavə olaraq məhəccər quraşdırılmasının başqa risklər yarana biləcəyi, həmçinin təyinatının dəyişəcəyi qeyd edilmişdir. Göstərilənlər nəzərə alınmaqla Cəmiyyətin xx.xx.2025-ci il tarixli əmri ilə anbar ərazisi üzrə cavabdeh şəxs təyin edilmiş anbar müdiri Şəxs tərəfindən hadisənin baş verdiyi anbar sahəsində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmadığı müəyyən edilmişdir. Nəticədə hadiəsinin baş verməsinə səbəb kimi zərərçəkmiş X4 ehtiyatsızlığı və Şəxs cavabdehliyi müəyyən edilmişdir. X6 Xidmətinin Bakı şəhər idarəsi nərdivanda məhəccərin olmadığını əsas gətirərək anbar müdiri Şəxsun bədbəxt hadisə üzrə cavabdehliyini müəyyən etmişdir. Lakin protokol və təhqiqat aktında nərdivanda məhəccərin olmasını məcburi edən hər hansı bir normativ sənədə istinad edilməmişdir. Bundan əlavə baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Həmin araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın rəyi hazır olmadan Şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması qənaətinə gəlinməsi əsassızdır. Məhkəmə, proses iştirkaçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-də fəhlə işləyən X4 xx.xx.2025-ci il tarixdə iş yerində xəsarət alması ilə bağlı Bakı şəhər Binəqədi rayon prokurorluğunda araşdırma aparılır və həmin araşdırma zərurəti ilə əlaqədar xx.xx.2025-ci il tarixdə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş, həmin qərarda baş vermiş hadisə ilə əlaqədar müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmaması, pozulduğu halda kim tərəfindən pozulması ilə bağlı sual qoyulmuşdur. Göründüyü kimi X4 xx.xx.2025-ci il tarixdə iş yerində xəsarət alması ilə bağlı nəticələnmiş hadisə ilə əlaqədar Şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilsə də, sonuncunun əməlində həmin inzibati xətanın tərkib əlamətlərinin olması ilə bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati icraatla bağlı əlavə sübutların toplanması, göstərilən xüsusatların araşdırılması üçün Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar