Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7587/2025 16.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxsin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1857/2022 nömrəli icra sənədi üzrə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X8 ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(001)-439/2019 nömrəli icra sənədinə əsasən Şəxs ümumi dəyəri 14400 manat olan əmlakların alınaraq X9 verilməli olduğu qət edilmişdir. Göstərilən icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü təmin edilməsi barədə borcluya, bildiriş və qərar verilmişdir. İcra sənədində göstərilən əmlaklardan 9486 manat dəyərində əmlaklar borcludan alınaraq tələbkara verilmiş, 4914 manat dəyərində əmlakların özü və yaxud onların dəyəri borclu tərəfindən tələkara verilməmişdir. Hər iki icra sənədi xx.xx.2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq aliment tələbi üzrə borclu tərəfindən tələbkara 3561 manat və əmlak tələbi üzrə isə 4914 manat əmlakın dəyəri tələbkar X9 ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 3(001)-2432/2023 nömrəli qərarına əsasən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən ondan oğlu uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 xeyrinə hər ay cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən ümumi dəyəri 14400 manat olan əmlakların alınaraq X9 verilməsi qət edilmişdir. Pandemiya vaxtı işsiz qaldığına görə onun aliment borcu yığılmış, 2024-cü ilin noyabr ayında aliment borcunu tam ödəmişdir. Sonradan yenidən bir müddət işsiz qaldığına görə aliment borcu yığılmışdır. 2025-ci ilin sentyabr ayında aliment borcu ilə bağlı 900 manat ödəniş etmişdir. Bundan əlavə Aysel Əsgərovaya qaytarılmalı olan əmlakla bağlı 4914 manat borcu qalmışdır. Onun alimentlə bağlı hal-hazırda 3561 aliment borcu qalmışdır. Həmin borcla bağlı 500 manat ödəmək imkanı var. Maddi imkanı düzələn kimi, qalan borcunu da ödəyəcəkdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, X11 onun bacısıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Şəxs iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 xeyrinə hər ay cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən ümumi dəyəri 14400 manat olan əmlakların alınaraq X9 verilməsi qət edilmişdir. Şəxs aliment borcunu tam və vaxtında ödəmədiyinə görə 3561 manat borcu yığılmışdır. Həmçinin Pərviz X5ytarılmalı olan əmlakla bağlı 4914 manat borcu qalmışdır. Şəxs borcunu icra etməkdən hər dəfə müxtəlif bəhanələrlə yayınmışdır. Olar Şəxs icra sənədləri üzrə borcun ödənilməsi tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1857/2022 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X8 ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-439/2019 nömrəli icra vərəqəsindən görünür ki, X8 məxsus ünvan 2 ünvanında yerləşən cehiz əşyaları qonaq otağı mebeli servant televizor altı, stol, 6 stul, yazı masası, divan güzgü, yataq otağı mebeli, yalaq taxtı, 2 tumbuçka, qarderob, uşaq çarpayısı ümumi 8000 manat, elektrik avadanlıqları: televizor, ətçəkən maşın, mikser, elektrik sobası, ütü, tefal, (çaydançaynik) tərəvəz doğrayan, 6 qab, 2 lüstur - ümumi 900 manat, qablar qaşıq qutusu, 3 böyük vaza, 4 güldan, serviz 2 suvenir, podnos dəsti, xrustal stəkan 3 dəst, madonna boşqab dayaz boşqab, tort boşqabı, nəlbəkilər və mürəbbe qabları, balaca rumka 2 dəst, qazan dəstləri yaşıl, 2 kompot qabı hərəsində altı bakal, 2 aş qabı, 2 külqabı, 2 salat qabı, 2 ağ vaza, çaydan, 4 çaynik, 1 alüminium 3-ü madonna 1400 manat, 2 xalça, 5 yorğan, 5 döşək biri uşaq, 6 böyük 4 balaca balış, qalan ədyal, 2 pakrival, ağ və bardo, 3 süfrə dəsti, 4 qutu dəsmal, çexol prostina 6 dəst, taxt üzlüyü, 2 pərdə -1200 manat cavabdeh Şəxs alınaraq iddiaçı X8 qaytarılması qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1857/2022 nömrəli və xx.xx.2019-cu il tarixli, 2(001)-439/2019 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 1857/2022 nömrəli və xx.xx.2019-cu il tarixli, 2(001)-439/2019 nömrəli icra sənədləri üzrə borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1857/2022 nömrəli və xx.xx.2019-cu il tarixli, 2(001)-439/2019 nömrəli icra sənədləri üzrə müəyyən edilmiş borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs sözügedən icra sənədlərini tam icra etməmiş və borcunu maddi imkanı aşağı olduğuna görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-7587/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7587/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver