Məhkəmə qərarları › İş №3(001)-76/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-76/2022

02.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-76/2022 02.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nəsimi Məmmədovun , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun , Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 azyaşlı övladı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Red Klub” adlı iaşə obyektinin faktiki sahibi Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq 01.01.2022-ci il tarixdə təxminən saat 03.20 radələrində ünvan 2 ünvanda yerləşən “Red Klub” adlı iaşə obyektində yeni koronovirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı təbiq olunan karantin rejimi qaydalarını kobud şəkildə pozaraq 00.00 dan sonra fəaliyyət göstərmiş, həmçinin bununla əlaqədar əraziyə gələn və obyektin pandemiya ilə bağlı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun işləməsini tələb edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis Şöbəsinin sahə inspektoru, polis mayoru Nəsimi Məmmədov tərəfindən 01.01.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis Şöbəsinin sahə inspektoru, polis mayoru Nəsimi Məmmədov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Red Klub” adlı iaşə obyektinin faktiki sahibi Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq 01.01.2022-ci il tarixdə təxminən saat 03.20 radələrində ünvan 2 ünvanda yerləşən “Red Klub” adlı iaşə obyektində yeni koronovirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı təbiq olunan karantin rejimi qaydalarını kobud şəkildə pozaraq 00.00 dan sonra fəaliyyət göstərmiş, həmçinin bununla əlaqədar əraziyə gələn və obyektin pandemiya ilə bağlı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun işləməsini tələb edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu çıxış edərək əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını bildirərək barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X3, müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 2 azyaşlı övladının olmasını bildirərək onun barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 211 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun səmimi peşman olması, təqsirini etiraf etməsi, 2 (iki) övladının olması məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xətanın xarakterini, ağırlıq dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 211 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və o, 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada tutulmasının əvvəli, Şəxs inzibati qaydada tutulduğu tarixdən, yəni 01.01.2022-ci il tarixdən hesablansın. Şəxs oğlu saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar