Məhkəmə qərarları › İş №3(001)-760/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-760/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-760/2024 30.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatın vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının X1 Bakı şəhər Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” xx.xx.2023-cü il tarixli akt düzgün tərtib edilməmişdir. Belə ki, sübut növünə aid edilməli olan həmin aktda “Spar market” (VÖEN: **********) adlı obyektin üzərində müvafiq icazə olmadan 4 ədəd 18 m2 ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilməsi qeyd olmuşdur. Lakin həmin akta əlavə edilmiş 2 ədəd fotoşəkildə qeyd edilən reklamın (reklam daşıyıcısının) obyektin girişinin yuxarı hissəsində olan 1 ədəd “SPAR Market” yazılı lövhədən və üzərində meyvə şəkilləri olan 1 ədəd sadə vinildən olan lövhədən ibarət olduğu müəyyən edilir. Aktda göstərilmiş digər 2 ədəd reklamın isə nədən ibarət olması aydın deyildir. Yerləşdirilmiş reklamın ölçüsünün müəyyən edilməsi sahibkarın icazə alması üçün müraciət edərəkən hansı miqdarda rüsum ödəməsi üçün və ona ünvanlanmış göstərişdəki pozuntuların aradan qaldırılması ilə əlaqədar vacib olduğundan həmin reklamın ölçüləri dəqiq müəyyən edilməlidir. Göründüyü kimi idarə tərəfindən qeyd edilənlər düzgün müəyyən edilmədən akt və protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bu isə sahibkar tərəfindən törədilmiş inzibati xətanın nədən ibarət olmasını, ona verilmiş göstərişdəki pozuntuların aradan qaldırılmasına maneəçiliklər törədir. Çünki şəxs hansı hərəkətləri ilə inzibati xəta törətməsi ona aydın olmalı və ona göndərilmiş bildirişdəki uyğunsuzluqların göstərişə uyğun aradan qaldırılmalıdır. Göründüyü kimi idarə tərəfindən protokol və akt düzgün tərtib olunmamışdır. Yəni Bakı şəhər Reklam İdarəsinin vəzifəli şəxsi inzibati xəta hadisəsi ilə bağlı protokolun tərtib edilməsi tələblərinə, işin aşkar hallarına əhəmiyyət vermədən, işdə olan ziddiyyətli və natamam sənədlərlə əlaqədar prosessual hərəkət etmədən materialı məhkəməyə təqdim etmiş, bu da məhkəmə mərhələsində işin baxılmasında ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin təmin edilməsinə maneə törətmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli əlavənin icra edilməsi, həmçinin müəyyən olunan inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallara aid sübutlar toplusunun AR X1 Bakı şəhəri Reklam İdarəsində qanunauyğun yoxlanılaraq dəyərləndirilməsi təmin edilməmiş, bunun səbəbli əlaqəsi olaraq inzibati xətalar qanunvericiliyin prinsipləri baxımından hazırki materiala baxılması və həll olunması mümkün deyildir. Bununla bərabər qeyd etmək zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Bundan başqa Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol - həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının X1 Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol ziddiyyətlərin və natamamlıqların həll edilib aradan qaldırılması üçün Azərbaycan Respublikası X1 Bakı şəhəri Reklam İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar