Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-761/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X7, X1, İcra məmuru X5 iştirakı ilə xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3648/2021 saylı, 17.08.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 17.08.2021-ci il tarixdən başlayaraq 13.10.2015-ci il təvəllüdlü X13 və 23.07.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 350 manat sabit pul məbləğində alimentin X6 xeyrinə tutulması qət edilmişdir. Borclu bu günə qədər borcunu hər ay 200 manat ödəməklə tam şəkildə ödəməmişdir. X3 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən 03 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. İcra sənədində qeyd olunan məbləği hər ay ancaq 200 manat ödəyə bilmişdir. Heç bir yerdə işləmir və 2-ci qrup əlildir. 130 manat pensiyasının üzərinə valideynlərindən aldığı 70 manatı əlavə etməklə hər ay 200 manat ödəyə bilir. Onun barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Vəkil X2 Əli Nadir oğlunun maddi vəziyyətini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X12 bildirmişdir ki, tibb bacısıdır və uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Övladlarının hazırlıqlarının pulunu ödəməkdə çətinlik çəkir. Valideynləri də, özü də işləyir. İş yeri Elmlərdədir lakin işləmədiyini bildirir. Hər gün işə gedərkən ictimai nəqliyyat vasitəsi onun işlədiyi mağazanın qarşısından keçir. Özündən başqa qardaşı və digər tanışları da onun işlədiyininin şahidi olmuşdurlar.Həmçinin instagram sosial şəbəkəsində blogger kimi “ali.nadiroglu” adı ilə çəkilən videoların müəllifidir və bundan gəlir əldə edir. 2021-ci ildə borclunun 99BC551 dövlət qeydiyyat nişanlı Mercedes markalı maşını və hazırda da sürdüyü 99GG667 nömrəli maşını vardır. İmkanı olmasaydı bahalı maşınlar sürməzdi. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədi üzə ödənilməmiş borc 900 manat təşkil edir. İcra şöbəsində verdiyi izahatda da ödəməkdən imtia etdiyini bildirmişdir.Hər ay ancaq 200 manat ödəmək iqtidarında olduğunu bildirmişdir. Hər ay məhz 200 manat ödəməsi onun məhkəmə qərarının icraından qəsdən yayındığına işarə edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3648/2021 saylı, 17.08.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 17.08.2021-ci il tarixdən başlayaraq 13.10.2015-ci il təvəllüdlü X13 və 23.07.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 350 manat sabit pul məbləğində alimentin X6 xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən 24.08.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs imkanı olmadığı üçün alimenti tam şəkildə ödəyə bilməməsi ilə bağlı izahatı məhkəmə səmimi qəbul etmir. Belə ki, onun tərəfindən hər ay məhz 200 manat ödəniş edilməsi, heç bir ayda artıq və ya əksik ödəniş edilməməsi məhkəmədə Şəxs qüvvəyə minmiş məhkəmə qərarı ilə razılaşmadığı və qərəzli olaraq icrasından yayındığı qənaətinə gəlməyə səbəb olmuşdur. Həmçinin elektron məhkəmə portalından (CMS) Notariat aktlarına detallı baxış zamanı müəyyən edilmişdir ki, Şəxs 99BC551 dövlət qeydiyyat nişanlı avtomobiin mülkiyyətçisidir və 99GG667 qeydiyyat nişanlı avtomobili etibarnamə ilə sürür, həmçinin həmin nəqliyyat vasitəsinə dair etibarnamə də vermişdir.Məhkəmə hesab edir ki, Şəxs avtomobilin dostuna aid olduğunu bildirsə də başqa bir şəxsə nəqliyyat vasitəsinə dair etibarnamə verməsi tərəflər arasında alqı-satqı müqaviləsi ilə deyil, alqı-satqının etibarnamə ilə rəsmiləşdirildiyi şübhəsi yaradır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs na göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-761/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-761/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver