Məhkəmə qərarları › İş №3(001)-762/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-762/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-762/2025 01.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərtib etdiyi 10 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli X6 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 dekabr 2024-cü il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərtib etdiyi 10 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli X6 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, 10 dekabr 2024-cü il tarixdə, 09:45 radələrındə idarə etdiyi **-MD-*** dövlət qeydiyyat nişanlı, “Jeep Wrangler” markalı minik avtomobili ilə Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci kilometrliyində yol patrul xidmətinin əməkdaşı X5 tərəfindən saxlanılmaqla, sonuncu tərəfindən barəsində İXP seriyalı ******* nömrəli inzibati protokol tərtib edilmiş və eyni tarixli inzibati tənbeh vermə barədə qərarla AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilməklə, 3 cərimə balı yazılmışdır, ona görə ki, guya o, idarə etdiyi avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Bu barədə məlumat eyni tarixdə ona sms bildiriş vasitəsilə daxil olmuşdur. Qeyd edir ki, yol patrul xidmətinin əməkdaşına sözügedən protokol tərtib edilməmişdən öncə, qanunun tələblərini pozmamağı ilə bağlı öz etirazını bildirməyinə, o cümlədən, yol örtüyünə çəkilmiş qırıqqırıq xəttlərin ona digər hərəkət zolağına çıxmaqla, ötmə əməliyyatını həyata keçirməyinə hüquq verdiyini qeyd etməsinə baxmayaraq, o, buna məhəl qoymamış, yoldakı qırıq-qırıq xətlərin yanacaq doldurma məntəqəsi üçün nəzərdə tutulduğunu bildirmişdir. Həmçinin, tərəfindən sözügedən inzibati tənbeh vermə barədə qərar əldə edilməmiş (həmçinin, bu barədə yazılı qaydada da müraciət etmişdir) və həmin qərardan “online” qaydada şikayət vermə müddəti ötürülmədən tərəfindən şikayət verilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsindən 31 dekabr 2024-cü il tarixli ünvanına məktub göndərilərək, şikayətinin təmin edilməməsi barədə ona bildirilmişdir. Həmin məktubda onun şikayət vermə müddətini ötürməyi barədə heç bir qeyd verilməmiş, yalnız inzibati xətanın aşkarlanması və sənədləşməsində qanunvericiliyin tələblərinin pozulmaması hallarının müəyyən edilməsi qeyd edilmişdir, həmçinin, həmin məktub 31 dekabr 2024-cü il tarixdə tərtib edilmiş və elektron poçt vasitəsi ilə ona 08 yanvar 2025-ci il tarixdə göndərilmiş və hətta, məktubun ona çatdırılması müddəti nəzərə alınmasa belə, artıq şikayət ərizəsi 10 yanvar 2025-ci il tarixdə, yəni 10 günlük müddət ötürülmədən məhkəməyə təqdim edilmişdir. Hazırda isə, sözügedən inzibati tənbeh vermə barədə qərardan tərəfindən məhkəmə qaydasında şikayət vermək zərurəti yaranmışdır. Hesab edir ki, tərəfindən “Yol hərəkəti haqqında” AR Qanunun tələbləri pozulmamış və o, hər hansı inzibati xəta törətməmişdir və belə olan halda barəsində verilmiş inzibati tənbeh vermə barədə qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Belə ki, sözügedən Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci kilometrliyində yola çəkilmiş nişanlar “Yol hərəkəti haqqında” Qanunda yolun nişanlanmasını nəzərdə tutan 69-cu maddənin müvafiq bəndində 1.7- nömrə ilə qeyd edilmiş tək qırıq-qırıq xəttdir. Yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərən, cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan bu qırıq-qırıq xəttlər sürücüyə yolu istənilən tərəfdən kəsib keçmək səlahiyyət verir. Yəni, avtomobillər və digər nəqliyyat vasitələri yolayrıcında düzünə getmək istədikdə bu tək qırıq-qırıq xətti də istənilən tərəfdən kəsib keçə bilərlər. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 dekabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli X6 Protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X5 tərəfindən “Jeep Wrangler” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, D.M.Alşanov 10 dekabr 2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci km-də həmin avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. 10 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Jeep Wrangler” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, 10 dekabr 2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci km-də adıçəkilən avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri X6 iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən Dilsuz Alşanov 10 dekabr 2024-cü il tarixdə yol hərəkəti qaydasını pozmadığını, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən 10 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqana isə təkrarən sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 10 dekabr 2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci km-də adıçəkilən avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasını əminliklə iddia etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X6 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X6 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərtib etdiyi 10 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli X6 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 dekabr 2024-cü il tarixli qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək X6 iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işə yenidən baxılarkən X1 iştirakının təmin edilməsi, foto və video sübutlar olduğu halda onların birlikdə baxışının təşkil edilməsi işin halların hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmasına xidmət edə bilər. Şikayətin 10 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli X6 protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərildiyindən X6 protokolun məhkəmə tərəfindən ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi mümkün deyil. Ona görə də həmin hissədə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərtib etdiyi 10 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli X6 protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin, X6 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar