Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-765/2022 14.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iclas katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüqüqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiallara Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 14 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında MN № ******* saylı, 14 fevral 2022-ci il tarixli protokola əsasən məlum olur ki, 14 fevral 2022-ci il tarixdə saat 15.35-də Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "MEDERA HOSPİTAL” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış yoxlama zamanı MMC tərəfindən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmışdır. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X5 "MEDERA HOSPİTAL” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsləri (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxdığına görə MMC-nin inzibati qaydada cərimə edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 bildirdi ki, o, MMC-də bəzi nöqsanların olduğunu etiraf edir.Lakin hesab edir ki, həmin pozuntuya görə MMC-nin direktoru vəzifəli şəxs kimi cərimə edilməlidir, hüquqi şəxs olaraq MMC yox.Bundan başqa, həmin həkimlər artıq MMC-dən işdən azad edilmişdirlər.Qeyd edilənlərin qərar qəbul edərkən məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkilini dinləyb, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmamasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, 14 fevral 2022ci il tarixdə saat 15.35-də Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "MEDERA HOSPİTAL” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış yoxlama zamanı MMC tərəfindən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmışdır. Bununla da, ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131, 215.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinsin və 6000 (altı min) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-765/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-765/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver