Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7650/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X8 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs, AZ1052, Bakı şəhəri, Binəqədi rayonu, Əliyar Əliyev küçəsi, ev 108, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, vətəndaş X1 və X2 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-57625/2025 saylı xx.xx.2025-ci il tarixli və 3- 17-5/2-70416/2025 saylı xx.xx.2025-ci il tarixli məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-in Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilsə də, lakin sənədlər tam təqdim olunmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə2 protokolu müdafiə etdi və əlavə olaraq bildirdi ki, Şəxs MMC-dən tələb olunan sənədlərdən əmək haqqlarının hesablanmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Halbuki, vətəndaşlar X7 Xidmətinə müraciətlərində məhz əmək haqqlarının düzgün ödənilmədiklərini bildirmişlər. Bunu araşdırmaq üçün isə məhz əmək haqqlarının hesablanması barədə sənədlərin təqdim edilməsi zəruri idi. Buna görə də hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Şəxs MMC-in X3 inzibati xəta haqqında protokolla razılaşmayaraq 3-17-5/2-57625/2025 saylı xx.xx.2025-ci il tarixli və 3-17-5/2- 70416/2025 saylı xx.xx.2025-ci il tarixli məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-in Bakı şəhər İdarəsinə təqdim edildiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, nümayədələrin izahatını dinləyib, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 X7 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli, **********.129569 nömrəli müraciətindən görünür ki, o, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulması ilə bağlı şikayət etmişdir. Şikayətində xx.xx.2022-ci il tarixdən sözügedən MMC-də əmək fəaliyyətinə cəlb olunduğunu, lakin 2024-cü ilin noyabr ayından etibarən əmək haqqının düzgün ödənilmədiyini bildirmiş və qeyd etdiyi halların araşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 3-17-5/2-57625/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər idarəsinə (ünvan; AZ1114 ünvan 3lunan sənədlərin siyahısı: Əmək müqaviləsinin surəti; Əmək haqlarının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti (2024- cü ilin noyabr ayından); İş vaxtının uçotu cədvəllərinin surəti (2024-cü ilin noyabr ayından); Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. X2 X7 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 6KWY7ZE250007 nömrəli müraciətindən görünür ki, o, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulması ilə bağlı şikayət etmişdir. Şikayətində müəyyən iş saatlarından əlavə iş saatların (artıq növbələrdə) və bayram günlərində işə cəlb edildiyini, lakin buna görə heç bir əlavə ödəniş edilmədiyini bildirmiş və qeyd etdiyi halların araşdırılmasını xahiş etmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 0652 nömrəli məktubdan görünür ki, 3-17-5/2-57265/2025 saylı məktuba cavab olaraq bildirilmişdir ki, X4 xx.xx.2022-ci il tarixində “Al Market" MMC-nin Qaradağ bölgə direktorluğunda satıcı-kassir peşəsinə qəbul edilmişdir. İşçinin hal-hazırda “Al MarkeT MMC-də satıcı-kassir peşəsində çalışdığını nəzərinizə çatdırılmışdır. X4 əmək funksiyasına aid olmayan işlər üzra çalışmamış və əmək haqqı qanunvericiliyə uyğun çalışdığı müddətə görə hesablanıb ödəniş edilmişdir, bu barədə təsdiqedici sənədlər 7 vərəqdə məktuba əlavə olunmuşdur. Məktuba əlavə olunmuş sənədlər aşağıdakılardan ibarətdir: X4 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə, arayış, iş vaxtının istifadəsi ilə cədvəlinin hesabatı. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 0734 nömrəli məktubdan görünür ki, 3-17-5/2-70416/2025 saylı məktuba cavab olaraq bildirilmişdir ki, X5 xx.xx.2020-ci il tarixində Şəxs MMC-nin Pərakəndə satış departamentində Satıcı-kassir peşəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixində mağaza müdir müavini vəzifəsinə xx.xx.2021-ci il tarixində Mağaza müdiri vəzifəsinə keçirilmişdir. İşçi ilə xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b“ bəndinə uyğun olaraq “işçilərin sayı və ya ştatları ixtisar edildikdə’’ ilə əmək müqaviləsinə xitam verilmişdir. X5 əmək funksiyasına aid olmayan işlər üzrə çalışmamış və əmək haqqı qanunvericiliyə uyğun çalışdığı müddətə görə hesablanıb ödəniş edilmişdir, bu barədə təsdiqedici sənədlər 21 vərəqdə məktuba əlavə olunmuşdur. Məktuba əlavə olunmuş sənədlər aşağıdakılardan ibarətdir: X6 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatlar, vəzifə dəyişikliyi barədə ərizə, əmək müqaviləsi və ona əlavələr, tam maddi məsuliyyət haqqında müqavilə, işçilərin sayının və ya ştatın ixtisarı ilə bağlı xəbərdarlıq, işdən çıxma barədə ərizə, arayış, iş vaxtının istifadəsi ilə cədvəlinin hesabatı. SS929318996AZ və SS968969866AZ nömrəli poçt göndərişlərinin izlənilməsi barədə çıxarışlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-yə göndərilmiş məktublar xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə sonuncuya çatdırılmışdır. MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti hüquqi şəxs Şəxsnə müraciət edərək tələb etdiyi sənədlərin siyahısını aydın şəkildə qeyd etsə də, sonuncu tərəfindən təqdim edilmiş sənədlər bu siyahıya tam uyğunlaşdırılmadan verilmişdir. İş materiallarından aydın haldır ki, iki vətəndaşın əmək haqqının düzgün hesablanmaması və ödənilməməsi barədə müraciəti üzrə araşdırma aparmaq məqsədilə X7 Xidməti işəgötürəndən əmək haqqının hesablanması və ödənişi ilə bağlı bütün zəruri sənədləri tələb etmişdir. Çünki əmək haqqı barədə müraciətin predmeti məhz həmin sənədlərlə müəyyən edilir və bu məlumatlar olmadan araşdırmanın aparılması mümkün deyil. Lakin iş materiallarından görünür ki, hüquqi şəxs tələbdə göstərilən əsas sənədləri – əmək haqqının aylıq hesablanmasını təsdiq edən məlumatları ümumiyyətlə təqdim etməmiş, yalnız digər sənədlərlə kifayətlənmişdir. İşəgötürənin əmək qanunvericiliyinə dövlət nəzarəti həyata keçirən orqanın qanuni tələbi ilə zəruri məlumatları tam, düzgün və vaxtında təqdim etmək vəzifəsinə əməl etməməsi Əmək Məcəlləsinin 15.2-ci maddəsinin pozuntusu olmaqla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi üzrə inzibati xəta tərkibini tam şəkildə formalaşdırır. Beləliklə də, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxsnə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7650/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7650/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver