Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7681/2025 21.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli 306130/202-14-29 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-931/2025 saylı qərarı ilə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddələrinə əsasən, hakim inzibati xəta haqqında işə baxarkən protokolun Məcəllənin tələblərinə uyğun tərtib olunubolunmamasını yoxlamalıdır. Bu, inzibati icraatın qanuniliyinin ilkin şərtidir və sübutetmə prosesinin başlanğıc mərhələsində hüquqi əsasın mövcudluğunu təmin edir. Əgər protokolun tərtibi zamanı maddi və prosessual hüquq normalarına əməl edilməyibsə — məsələn, yanlış hüquqi norma tətbiq edilibsə və ya xətanın təkrar xarakteri nəzərə alınmayıbsa bu, inzibati icraatın predmeti olan hüquqpozmaya düzgün hüquqi qiymət verilməməsi deməkdir. Daha aydın izah edək, hazırki işdə icra məmurunun İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib etməsi əsassız olmuşdur, çünki bu maddə yalnız ilk dəfə törədilmiş inzibati xətalara aiddir. Halbuki, əldə olunmuş məlumatdan görünür ki, vətəndaş xx.xx.2025-ci il tarixdə məhkəmənin qərarı ilə artıq həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Yəni, həmin şəxs daha öncə eyni maddə ilə cəzalandırıldığı üçün bu dəfə protokol İXM-in 528.1-1-ci maddəsi üzrə tərtib edilməli idi. Çünki, İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə görə, eyni icra sənədinə münasibətdə bu xətanın inzibati tənbeh tətbiq edilmiş şəxsin tərəfindən bir il ərzində təkrar törədilməsi hallarında məsuliyyət daha ağırlaşdırılmış formada yəni yüksək məbləğdə cərimə və ya iki ayadək inzibati həbs nəzərdə tutulur. Beləliklə, icra məmuru protokol tərtib edərkən xətanın təkrar törədilib-törədilməməsini yoxlamalı, əvvəlki qərarların mövcudluğunu müvafiq məlumat bazalarından müəyyən etməli olduğu halda bunu etməmiş və bu da protokolun düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. İXM-in 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. İXM-in 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən göndərilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Protokol geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7681/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7681/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver