Məhkəmə qərarları › İş №3(001)-769/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-769/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-769/2022 24.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP 440516 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2022 ci il tarixdə, saat 15.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq küçəsində idarə etdiyi “Chevrolet Cruze” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət olarkən X5 idarə etdiyi “Ford Fusion” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma nəticəsində X2 bud və boyun nahiyyələrindən xəsarət almışdır.X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Ona görə də, xx.xx.2022-ci il tarixli, İXP 440516 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində icraat aparılan şəxs və inzibati protokol tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən orqanın nümayəndəsi və barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, məhkəmə tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokola əsəsən məlum olur ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazov tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-769/2022 saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş 24 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” qərara əsasən məlum olur ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazov tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin3(103)- 1653/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-769/2022 saylı inzibati xəta haqqında qərarı ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları yenidən baxılması üçün Binəqədi rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, iş materiallarını araşdırarkən aydın olur ki, Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazov tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və barəsində icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir.Lakin Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş 24 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” qərara əsasən məlum olur ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Binəqədi RPİ-nin TŞnin baş təhqiqatçısı, polis mayoru İlkin Almazov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmişdir.Beləliklə, aydın olur ki, cinayət işinin başlanması haqqında qərar ləğv edildiyindən hal-hazırda, barəsində icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2022-ci il tarixli tərtib edilmiş protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir.Belə olan halda məhkəmə hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.İş materiallarından görünür ki, cinayət işinin rədd olunması barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuş, lakin inzibati xəta haqqında protokol 04 mart 2022-ci il tarixdə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, iş üzrə yekun qərar isə 24 avqust 2022-ci il tarixdə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar