Məhkəmə qərarları › İş №3(001)-769/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-769/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-769/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4, Şəxs nümayəndəsi Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 avqust 2024cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən X10 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixində “barista” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, X1 Food” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etmişdir. Həmin müraciətə xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin baxılması zamanı müəyyən edilmişdir ki, X10 Şəxsndə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixində “barista” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Vəkil yazılı vəsatət verərək bildirmişdir ki, "xxxx" MMC xarici invenstisiyalı kommersiya hüquqi şəxsi olaraq xx.xx.2023-cü ildə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmışdır. O, dövlət qeydiyyatına alındıqdan sonra öz fəaliyyət istiqamətinə uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirtmək üçün bir sıra təşkilati işlər görmüş, əmək qanunvericiliyinə və vakansiya şərtlərinə uyğun olaraq zəruri sayda işçiləri işə götürmüş, o cümlədən X10 ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncunu barista vəzifəsinə qəbul etmişdir. X5 işə qəbul edilməsi əmək qanunvericiliyinə uyğun olaraq "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) X2 xx.xx.2024-cü il tarixli əmri və X10 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli yazılı əmək müqaviləsi ilə rəsmiləşdirilmiş, həmin əmək müqaviləsinin bildirişi xx.xx.2024cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Yazılı əmək müqaviləsi bağlandıqdan sonra iş saatının sonunda Gülnar Kərimli 1 saat müddətində işə cəlb edilmişdir. Bağlanmış əmək müqaviləsi bildirişinin əmək qanunvericiliyinə uyğun olaraq xx.xx.2024-cü il tarixində elektron informasiya sistemində qeydiyyata alınmasının təmin edilməsi barədə "xxxx" MMC-nin direktoru X6 tərəfindən "xxxx" MMC-yə yazılı müqavilə əsasında mühasibat xidməti göstərən "xxxx" MMC-yə tapşırılmış, lakin texniki səbəblərdən əmək müqaviləsi bildirişi "xxxx" MMC-nin əməkdaşı tərəfindən sabahı gün, yəni xx.xx.2024cü il tarixində elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmasına baxmayaraq X5 xx.xx.2024-cü il tarixdə işə cəlb edilməsini X9 Xidmətinin Bakı Şəhər İdarəsi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi kimi qiymətləndirmişdir. Söhbət İXM-nin 192.1-ci maddəsindən getdiyi halda, həmin maddədə təsbit edilmiş normanın təyinatı yerləşdiyi fəsilə uyğun olaraq insan və vətəndaşların sosial və əmək hüquqları sahəsində yaranan ictimai münasibətləri qorumaqdan ibarətdir. Təbii ki, əmək müqaviləsi olmadan yaxud hüquqi qüvvəyə minmədən İşgötürən tərəfindən fiziki şəxsin işə cəlb edilməsi ilk növbədə onun əmək pensiyası və digər sosial təminat hüquqlarının pozulmasına səbəb olur. Digər tərəfdən əmək müqaviləsi olmadan yaxud hüquqi qüvvəyə minmədən işgötürən tərəfindən fiziki şəxsin işə cəlb edilməsi həmin işçiyə verilən qeyri-rəsmi əmək haqqından gəlir vergisinin tutulmasını istisna edir ki, sonda həmin əməlin nəticəsində dövlətin maliyyəvergi və sosial sığorta sisteminin normal fəaliyyətini təmin edən ictimai münasibətlərə qəsd edilir. Göründüyü kimi, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın ictimai təhlükəliliyi bir tərəfdən sosial təminat hüquqları ilə bağlı işçinin mənafeyinə edilən qəsddə ifadə olunursa, digər tərəfdən maliyyə-vergi və sosial sığorta sisteminin normal fəaliyyətinin təmin edilməsilə bağlı dövlətin mənafeyinə edilən qəsddə ifadə olunur. X5 əmək haqqının xx.xx.2024-cü il tarixdən hesablanaraq məcburi dövlət sosial sığorta haqqının (eləcə də digər icbari ödənişlərin) tutulması, bununla da xx.xx.2024-cü il tarixinin onun sosial sığorta stajına daxil edilməsi "xxxx" MMC tərəfindən təmin edilmişdir. Əmək pensilayaları haqqında qanunvericiliyə görə bu kimi işlərdə pensiya hüququnun müəyyən edilməsi üçün işçinin sosial sığorta stajı əsas götürüldüyündən əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınması Gülnar Kərimlinin sosial təminat və əmək pensiyası hüququnu pozmamışdır. Göründüyü kimi, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın ictimai təhlükəliliyi bir tərəfdən sosial təminat hüquqları ilə bağlı işçinin mənafeyinə edilən qəsddə ifadə olunursa, digər tərəfdən maliyyə-vergi və sosial sığorta sisteminin normal fəaliyyətinin təmin edilməsilə bağlı dövlətin mənafeyinə edilən qəsddə ifadə olunur. Göründüyü kimi, maddədə söhbət inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmindən və ya onun maraqlarının təmin edilməsinin xarakateri və dərəcəsindən gedir. Təbii ki, inzibati xəta nəticəsində hüquqi şəxs hər hansı xeyir əldə etmədiyi və ya maraqları təmin edilmədiyi halda, onun əldə etmədiyi xeyirin həcmindən və ya təmin edilməyən maraqlarının xarakteri və dərəcəsindən danışmaq yersiz olduğu qədər də onun inzibati məsuliyyətindən danışmaq əsassızdır. Deməli hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas hüquqi şərt inzibati xətanın onun vəzifəli şəxsi tərəfindən törədilməsi ilə yanaşı törədilmiş inzibati xətanın onun xeyrinə və onun maraqlarının qorunmasına yönəlməsidir. Belə olan halda Gülnar Kərimlinin əmək haqqının onun işə cəlb edildiyi xx.xx.2024-cü il tarixdən hesablandığını, həmin gündən etibarən icbari ödənişlərin təmin edildiyini nəzərə alsaq, xx.xx.2024-cü il tarixdə bağlanmış yazılı əmək müqaviləsinə dair bildirişin sabahı gün, yəni xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmasını "xxxx" MMC-nin xeyrinə və ya onun maraqlarının qorunmasına yönələn hərəkət kimi qiymətləndirmək mümkün deyildir. Hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsinin X10 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin bildirişini həmin gün deyil, xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alması ilə bağlı hərəkətində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlin formal cəhətdən əlamətləri olsa da, həmin hərəkət nəticəsində İXM ilə qorunan münasibətlərə hər hansı hər hansı zərər yetirilmədiyindən və həmin hərəkət onun təmsil etdiyi "xxxx" MMC- nin xeyrinə və maraqlarının qorunmasına yönəlmədiyindən, başqa sözlə həmin hərəkət nəticəsində "xxxx" MMC hər hansı xeyir əldə etmədiyindən və onun hər hansı marağı təmin edilmədiyindən sonuncunun İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyəti mövcud olmamışdır. Göstərilənlərə əsasən, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X10 tərəfindən Şəxs MMC-nin direktoru X3 ünvanlanmış məktubdan görünür ki, onun xx.xx.2024-cü il tarixdən etibarən “barista” vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli “İşə qəbul haqqında” 7 nömrəli əmrdən görünür ki, X10 ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla xx.xx.2024-cü il tarixindən barista vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 6/V9SVE000900 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə işə başlamış, bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 05 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, X10 ilə bağlanmış 6/V9SVE000900 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Şəxs MMC-nin direktoru X8 tərəfindən imzalanaraq təsdiq edilmiş cəmiyyətin 2024-cü il aprel ayı üzrə iş vaxtının uçotu tabelinin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdən işə başlamış və xx.xx.2024-cü il tarixədək işləmiş, xx.xx.2024-cü il tarixdə işlədiyi iş saatı 7 saat olmuşdur. xx.xx.2024-cü il tarixli, 6/V9SVE000900 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsünə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5198/2024 saylı qərarından görünür ki, Şəxs MMC-nin direktoru X2 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə edilməsinə barədə qərardan verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2162/2024 saylı qərarından görünür ki, X6 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(001)-5198/2024 saylı qərarından verilmiş şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı “Əmək müqaviləsinin bağlanması ilə bağlı” 6/V9SVE000900 nömrəli əmək müqaviləsi bildirişin tədqiqi həyata keçirilərkən aşkar edilmişdir ki, həmin bildirişdə X5 xx.xx.2024-cü il tarixdə işə başlaması qeyd edilmiş, lakin bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmənin gəldiyi qənaətə görə, Şəxs direktoru və X10 araasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə xx.xx.2024-cü il tarixdə daxil edilmiş və X5 əmək müqaviləsi həmin tarixdə qüvvəyə minmiş, buna baxmayaraq X10 xx.xx.2024-cü il tarixdə, yəni əmək müqaviləsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X5 xx.xx.2024cü il tarixdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Şəxs MMC-nin direktoru X8 tərəfindən imzalanaraq təsdiq edilmiş cəmiyyətin 2024-cü il aprel ayı üzrə iş vaxtının uçotu tabeli ilə də öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, baş vermiş inzibati xəta ilə bağlı cəmiyyətin direktoru X6 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə edilmiş və səlahiyyətli orqanın həmin qərarından məhkəməyə vermiş olduğu şikayət təmin edilməmişdir. Həmçinin daha sonra sözügedən məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərar qüvvədə saxlanılmışdır. Qeyd edilməlidir ki, İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar