Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-77/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə ona dəbbə pulu hesablanmışdır. Daha sonra Şəxs barəsində 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə işə baxarkən iş üzrə icraata xitam verilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının DİN-in DYPİ-in veb portalından edilmiş çıxarışın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə ona dəbbə pulu hesablanmışdır. Hazırkı halda törədilməsi bildirilən inzibati xəta hadisəsi uzanan inzibati xəta olmaqla xx.xx.2024-cü ildə (qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçdikdən sonra) başlamış və xx.xx.2024-cü il tarixədək (inzibati məsuliyyətə cəlb etmə müddəti ötənədək), yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Belə ki, “İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” (İXM, maddə 529.3) növünə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, cərimə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədiyi üçün xx.xx.2024-cü il tarixdə inzibati xəta hadisəsi baş vermiş olur və Şəxs bu inzibati xətaya görə ən geci xx.xx.2024-cü il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Halbuki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətanın törədildiyi gündən dörd ay keçdiyindən bu, işin icraatını rədd edən haldır və buna görə də başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-77/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-77/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver