Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-770/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. Protokol onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin Bakı şəhər İdarəsinin 22 avqust 2024-cü il tarixli, 3-17-5/2-56587/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 529.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. İş materiallarında olan 14 may 2024-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" QSC-nin direktoru Şəxs İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 900 manat cərimə edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 3(001)-346/2025 saylı qərarından görünür ki, X1 Bakı şəhər İdarəsi tərəfindən "xxxx" QSC barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə 23 dekabr 2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin həmin qərarına əsasən, "xxxx" QSC həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" QSC-nin direktoru Şəxs İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 900 manat cərimə edilmiş, cərimənin Şəxs aylıq əmək haqqından tutulması barədə X1 Bakı şəhər İdarəsinin 22 avqust 2024-cü il tarixli, 3-17-5/2-56587/2024 saylı məktubunda nəzərdə tutulan tədbirlərin görülməməsi nəticəsində, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 3(001)- 346/2025 saylı qərarına əsasən, "xxxx" QSC İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 Müfəttişiyinin Bakı şəhər İdarəsi 900 manat cərimənin Şəxs əmək haqqından tutulmasına dair 22 avqust 2024-cü il tarixli, 3-17-5/2-56587/2024 saylı məktubunda nəzərdə tutulan tədbirlərin görülməməsi ilə bağlı "xxxx" QSC-nin direktoru kimi Şəxs barəsində də İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və İXM-nin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, inzibati cərimə olunmuş şəxs (hazırki halda Şəxs) təyin olunmuş cəriməni ödəmədikdə, onun əlavə olaraq vəzifəli şəxs kimi həmin cəriməni ödəməməyə görə İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması həmin maddənin mahiyyəti ilə uzlaşmır. Belə ki, İXM-nin 529.1-1-ci maddəsində həmin Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 105.5.1-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, fiziki şəxs (işçi) inzibati cəriməni ödəmədikdə, bu cərimə onun işəgötürəni tərəfindən gəlirlərindən tutulsun. Hazırki halda inzibati qaydada cərimə olunmuş Şəxs özü "xxxx" QSC-nin direktoru vəzifəsində çalışır və onun işəgötürəni qismində həmin QSC çıxış edir ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən QSC İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən (şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda) xitam verilməlidir. Şəxs barəsində qəbul edilmiş 14 may 2024-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar isə həmin qərarı qəbul etmiş inzibati orqan tərəfindən İXMnin 150.7-ci maddəsinə uyğun olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilə bilər. İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən (şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda) xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-770/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-770/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver