Məhkəmə qərarları › İş №3(001)-7705/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7705/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7705/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1 tərəfindən DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin X3 vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 31315010 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 tərəfindən DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin X3 vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 31315010 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X7 şikayətini onunla əsaslandırılmışdır ki, 15 oktyabr 2025-ci il tarixində saat 08:39 radələrində Bakı şəhəri Nizami rayonu Babək prospektində idarə etdiyi CHANGAN QİUAN Q07 PLUG-İN HİBRİD minik markalı **-QX-*** dövlıət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən TŞ4-054 müşahidə-nəzarət kamerası ilə çəkiliş aparılaraq Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə əsasən DİN Baş X11 İdarəsinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31315010 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmışdır. Qeyd etdiklərinə əsasən, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə əsasən DİN Baş X11 İdarəsinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31315010 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birincisi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada 1.7 (qırıq-qırıq) üfüqi nişanlanma xəttindən daxil olaraq ümumi istifadədə olan nəqliyyat vasitəsinin hərəkətinə mane olmadan zolağı tərk etmişdir. İkincisi, xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, lakin ona təqdim olunan qərardan görünür ki, TŞ4-054 müşahidə-nəzarət kamerası ilə çəkiliş aparılmışdır, yəni DİN Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerası ilə ehtimal olunan xəta çəkilərək qanunsuz və əsassız olaraq sistemə yerləşdirilmişdir. Belə ki, DİN Təhlükəsiz şəhər müşahidə-nəzarət kameraları müvafiq sertifikata malik olmayan və metroloji sınaqdan keçmədiyindən xüsusi texniki vasitə ola bilməz. Üçüncüsü, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar İXM-nin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılma qaydası İXM-nin 114 və 115-ci maddələrində təsbit edilmişdir. Qəbul edilmiş qərarın nəticə hissəsi yəni qərara alınır hissəsində AR İXM-nin 327.1-1-ci maddəsi təsbit edilmiş, halbuki orada AR İXM-nin 114.1.4-cü maddəsinə əsasən qərar qəbul edilməli idi. Beləliklə, sadalanan qanunun normalarına əsasən barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31315010 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməli barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə X1na və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 31315010 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuş foto-şəkildən görünür ki, “CHANGAN QİYUAN Q07 PLUG-İN HİBRİD” minik markalı ** QX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto-şəkil inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, “CHANGAN QİYUAN Q07 PLUG-İN HİBRİD” minik markalı **-QX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 rayonu, Babək prospektində saat 08:39-da 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət edərək İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin X3 vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 31315010 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X7 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarın İXM-nin tələblərinə zidd olaraq qəbul edilməsi barədə şikayətin dəlillərini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1- 1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X3nə inteqrasiya olunmalıdır. Göründüyü kimi xüsusi texniki vasitələr yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik vasitələrdir. “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameralarının funksiyası isə Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı X6 çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X11 X3 vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 31315010 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X11 X3 vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 31315010 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar