Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-771/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasında toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən X2 xx.xx.2025-ci il tarixdən, X7 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqavilələri AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin aparıcı məsləhətçisi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, sözügedən işçilər həmin ərazidə işlədikləri zaman əmək müqaviləsi qüvvədə olmuşdur. Həmin işçilər ümumiyyətlə X4 Xidmətinə dəvət olunmamış, onların izahatları alınmamış, ətraflı araşdırma aparılmadan, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlər nəzərə alınmadan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs vəzifəli şəxsi Nümayəndə1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qüvvədə qalmışdır. Bu səbəbdən, barələrində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolda adları çəkilən işçilərin məhkəmə iclasında dindirilməsi ilə bağlı Şəxs nümayəndəsi Nümayəndə3 şifahi vəsatəti təmin olunaraq, şahidlərin məhkəmə iclasında iştirakı təmin olunmuşdur. Məhkəmənin 20 fevral 2025-ci il tarixli iclasında dindirilən şahid X7 ifadə verərək bildirmişdir ki, 16 yanvar 2025-ci il tarixdə, Şəxs MMC ilə əmək müqaviləsinə xitam verilmiş və müqaviləyə xitam verildikdən sonra işğaldan azad olunmuş ərazilərdə Şəxs MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Məhkəmənin 20 fevral 2025-ci il tarixli iclasında dindirilən şahid X2 ifadə verərək bildirmişdir ki, hazırda başqa şirkətlə əmək münasibətlərindədir, Şəxs MMC ilə əmək münasibətlərinə 21 yanvar 2025-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra Şəxs MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri və proses iştirakçılarının izahatlarını qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar olunduğundan həmin maddə ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdən 16 yanvar 2025-ci il tarixədək Şəxs MMC-də çalışmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 05 avqust 2024-cü il tarixdən Şəxs MMC-də çalışmışdır. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 ilə əmək müqaviləsinı 21 yanvar 2025-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs barəsində işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X2 xx.xx.2025-ci il tarixdən, X7 xx.xx.2025-ci il tarixdən, hazırki tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X4 Xidməti tərəfindən 30 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, məhkəmə iclasında sənədlərin tədqiqi və sözügedən işçilərin ifadələrinin alınması nəticəsində aydın olmuşdur ki, həmin işçilər, yəni X7 və X1 işğaldan azad olunmuş ərazilərdə işlərin görülməsinə cəlb edildiyi dövrdə Şəxs MMC ilə bağladığı əmək müqaviləsi qüvvədə olmuş, əmək müqaviləsinə xitam verildikdən sonra isə həmin işçilər Şəxs MMC tərəfindən işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə cəlb edilməmişlər. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslı deyildir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib olunan 30 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib olunmuş 30 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından 30 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-771/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-771/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver